• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Futbol və futzal idman növləri üzrə onlayn ustad dərslərə başlanılıb

Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin futbol bölmələrinin üzvləri və ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri üçün futbol və futzal idman növləri üzrə ustad dərslərin təşkilinə başlanılıb. Onlayn formatda “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində təşkil olunan futbol üzrə ustad dərslər Azərbaycan milli komandasının, eyni zamanda “Sabah” Futbol Klubunun üzvləri Bəhlul Mustafazadə, Ruslan Abışov, Rəşaq Eyyubov, Azərbaycan Texniki Universiteinin İdman Kompleksində təşkil olunan futzal üzrə dərslər milli komandanın üzvləri olan “Araz” Naxçıvan Futbol Klubunun Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev kimi peşəkar məşqçi-müəllimləri tərəfindən keçirilir. Qeyd edək ki, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar çoxlu sayda idman yarışları olduğu kimi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyasının illik İş Planına uyğun olaraq futbol və futzal idman növlərində uşaq və gənclərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan bir çox idman tədbirləri təxirə salınıb. Ustad dərslərin təşkilində məqsəd mövcud vəziyyətlə əlaqədar sözügedən idman növlərində fəaliyyətin davamlılığının təmin edilməsi, şagird və tələbələr arasında futbol və futzal idman növünə olan marağın artırılması, onların ev şəraitində asudə vaxtlarının səmərəli təşkili, fiziki hazırlıq və ustalıq səviyyələrinin inkişaf etdirilməsindən ibarətdir. Ustad dərslərin həftəiçi “Mədəniyyət” kanalında yayımı nəzərdə tutulub.

Milyonçu “Virtual məktəb”li

Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb”in 1 000 000-cu istifadəçisi uğurla qeydiyyatdan keçib. Bu istifadəçi Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Hikmət Quluzadədir. Bu günə “Virtual məktəb” layihəsi ölkə üzrə 935 min şagird və 89 min müəllimi əhatə edir. Portal vasitəsilə bu günə kimi 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib. Qeyd edək ki, aprelin 2-dən istifadəyə verilən “Virtual məktəb” portalının məqsədi Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün ölkə ərazisinə yayımlanan teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanları təqdim etməkdir. Hər gün imkanları genişləndirilən portalda video və audio dərslər keçirilir, teledərslərin izlənilir, Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir, yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir. Hər həftəsonu portalda canlı görüşlər təşkil olunur ki, bu görüşlərdə müəllimlər tərəfindən keçirilən uğurlu dərs nümunələri təqdim edilir və portalın tədris imkanları müzakirə edilir. Həmçinin mütəmadi olaraq məktəb direktorları və müavinləri ilə görüşlər təşkil olunur, layihənin tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları müzakirə edilir. Portaldan səmərəli istifadəni təmin etmək məqsədilə bu günədək 16 minə yaxın müəllim üçün Təhsil Nazirliyi tərəfindən onlayn təlimlər keçirilib. Hazırda şagirdlər üçün robot texnologiyaları, proqramlaşdırma və mühəndislik mövzuları üzrə onlayn kurslara start verilib. Artıq yeddinci həftədir ki, şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq məqsədi ilə “Virtual əlaçı” bilik yarışması keçirilir və portalda təqdim edilmiş test tapşırıqlarına ən tez və düzgün cavab vermiş ilk 10 şagird həftənin qalibləri elan olunur.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

İyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq. Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 1 iyun  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 1 iyun  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı"nın 1 iyun cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 1-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Fənn olimpiadalarının final turunun keçirilmə tarixində dəyişiklik 

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə final turu 11 iyun tarixində keçiriləcək. Səbəb  iyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının təşkili ilə əlaqədardır. Bildirək ki, daha əvvəl iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində final turunun keçirilməsi nəzərdə tutulmuşdu.  Qeyd edək ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 9-da isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək.  Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.  Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə  koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən 1 iyunla bağlı tədbirlər

İyunun 1-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masa, “Hər birimiz bir çiçək” rəsm müsabiqəsi, “Mənim uşaq dünyam” gənc rəssamların rəsm vernisajı, Mərkəzin dərnək üzvlərinin dünya uşaqlarına təbrik müraciətlərini əks etdirən “Dünya uşaqları dostluq edir” adlı videoçarxın hazırlanması və digər onlayn tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Həmçinin pandemiya dövründə uşaq və gənclərdə ruh yüksəkliyi yaratmaq, onları sözügedən əlamətdar gün münasibətilə təbrik etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən "Dünya sənindir" adlı fləşmob təşkil olunub. Eyni zamanda həmin günlə əlaqədar Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən onlayn fotomüsabiqə, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə incəsənət nümayəndələrinin iştirakı ilə uşaqlar üçün dəyirmi masalar təşkil ediləcək. Sadalanan tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlar arasında dostluq münasibətlərinin qurulması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir

Mayın 29-dan etibarən VII "Virtual əlaçı" bilik yarışmasına start verilir. Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

İyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq. Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər. Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.   Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə bağlı ən çox verilən suallar və cavabları

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı