SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Dərs vaxtı"nın 3 iyun cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 3-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
02/06/2020 14:51
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyunla bağlı “Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib. Tədbir Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə başlayıb. Firudin Qurbanov videomüraciətində müasir dövrdə hadisələrin tez-tez dəyişdiyini və həyatın bütün sferaları üçün yeni tələblər diktə etdiyini bildirərək, uşaqların buna hazırlıqlı olmağının vacibliyini qeyd edib. Nazir müavini çıxışında Azərbaycanda uşaq və gənclərin gələcək hərtərəfli inkişafı, uşaqların müdafiəsi, onların potensialının stimullaşdırılmasına xüsusi diqqət yetirildiyini, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra dövlət proqramlarının təsdiq edildiyini və hazırda onların uğurla yerinə yetirildiyini vurğulayıb. Qeyd edilib ki, uşaq və gənclərin hərtərəfli inkişafına yönələn tədbirlərin gücləndirilməsi və istedadlı uşaqların potensialının dəstəklənməsinin dövlət siyasəti səviyyəsində qəbul edilməsi dövlət qayğısının bariz nümunəsidir. Firudin Qurbanov buna müvafiq olaraq istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə ənənəvi olaraq hər il Təhsil Nazirliyi tərəfindən bir sıra ölkə və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin 1 iyun 2020-ci il tarixində Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz Birlikdə Güclüyük!” məktəblilərarası beynəlxalq onlayn "dəyirmi masa"nın keçirilməsinin qərara alındığını bildirən nazir müavini sözügedən tədbirin keçirilməsində əsas məqsədin pandemiya dövründə müxtəlif ölkələrdə uşaqların asudə vaxtlarının və məsafədən təhsilin səmərəli formada təşkil edilməsinin təmin olunması, eyni zamanda uşaqlar arasında dostluq münasibətlərinin qurulmasından ibarət olduğunu qeyd edib. Mövcud pandemiya ilə əlaqədar onlayn platformada – ZOOM tətbiqi vasitəsilə təşkil edilən dəyirmi masada Azərbaycan məktəbliləri ilə yanaşı 15-ə yaxın ölkənin məktəblilərinin iştirak etdiyini vurğulayan nazir müavini tədbirdə aparılacaq müzakirə və fikir mübadiləsinin müasir dövrdə uşaqların hərtərəfli inkişafında, faydalı təcrübənin öyrənilməsində mühüm töhfəsini verəcəyini qeyd edərək, iştirakçıları bu müzakirədə aktiv iştirak etməyə dəvət edib, onlara uğurlar arzulayıb. Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin dünya uşaqlarına təbrik videoroliki nümayiş olunub. ABŞ, Belarus, BƏƏ, Qətər, Koreya, Qazaxıstan, Türkiyə, Moldova, Gürcüstan, İspaniya, Qırğızıstan, Rusiya Federasiyası, Fransa, İsveç, Finlandiya, Tailand və Myanmadan 30-dan artıq məktəblinin iştirak etdiyi onlayn dəyirmi masada pandemiya dövründə onlayn təhsil və asudə vaxtın təşkili məsələləri müzakirə edilib, sonda isə iştirakçılar tərəfindən dünya uşaqlarına təbrik və arzular ünvanlanıb.
02/06/2020 11:30
Peşə Təhsili üzrə Dövlət Agentliyinin “AzerGold”la əməkdaşlığı
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum tərəflərin təlim və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq, razılaşdırılmış mövqe və birgə fəaliyyətlərini müəyyən edir.
02/06/2020 10:39
Təhsil naziri uşaqları təbrik edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir”adlı onlayn tədbir keçirilib. Məktəbli uşaqların iştirakı ilə keçirilən onlayn tədbirdə Təhsil naziri Ceyhun Bayramov və BŞTİ-nin müdiri Rəşad Tağıyev də iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq nümunələrini həmyaşıdlarına təqdim etmək, bacarıqlarını daha da inkişaf etdirmək, onları ictimaiyyətə tanıtmaq, uşaqlarda özünəinam, Vətənə məhəbbət, dostluq, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək, ümumilikdə onlar arasında daha yüksək əhval-ruhiyyə yaratmaqdan ibarətdir. Təhsil naziri Ceyhun Bayramov uşaqları bayram münasibətilə təbrik edərək bu günün bütün dünyada uşaqların müdafiəsi işinə diqqəti artırmaq məqsədilə qeyd olunduğunu nəzərə çatdırıb. Nazir ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bütün uşaqlar üçün bərabər təhsil imkanlarının təmin olunduğunu söyləyən C.Bayramov koronavirus (COVİD-19) pandemiyası dövründə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycanda yaradılmış şəraitdən bəhs edib. BŞTİ-nin müdiri Rəşad Tağıyev ölkəmizdə uşaqlara dövlət səviyyəsində diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu ənənənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. İdarə müdiri çıxışı zamanı Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri kimi uşaqların sağlam, firavan böyüməsi və gələcəklərinin tam təmin olunmasına xüsusi şərait yaradıldığını bildirib. Onlayn tədbir paytaxt məktəblilərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. Çıxış edən məktəblilər uşaqlara olan diqqət və qayğının əhəmiyyətinə dair fikirlər söyləyiblər.
01/06/2020 17:32
Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr
İyunun 1-də tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata start verilib. İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq. Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
01/06/2020 16:56
"Dərs vaxtı"nın 2 iyun cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 2-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
01/06/2020 16:35
I sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə start verilib
İyunun 1-də 2020-2021-ci tədris ilində xüsusi təhsildə I sinfə qəbul olunacaq və həmçinin təkrar müayinəsi tələb olunan sağlamlıq imkanları məhdud uşaqların müayinə olunma prosesinə start verilib. Psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən həyata keçirilən proses sentyabrın 30-dək davam edəcək. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronovirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə müayinə zamanı riayət olunmasına və eləcə də müayinə tarixlərinə dair təlimati məktub yerli təhsili idarəetmə orqanlarına göndərilib. Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsilə cəlb olunmaları barədə qərar psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən uşaqların fiziki çatışmazlıqlarının, əqli və (və ya) psixi ləngimələrinin diaqnostikası əsasında verilir.
01/06/2020 16:07
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fləşmob
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Dünya sənindir" adlı fləşmob təşkil olunub. Fləşmobun təşkilində əsas məqsəd uşaqları təbrik etmək, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən dolayı təhsildə yaranan fasilə dövründə uşaq və gənclərdə ruh yüksəkliyini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Fləşmobda Mərkəzin pedaqoji heyəti və “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri iştirak ediblər. Mövcud profilaktik vəziyyət nəzərə alınaraq sosial məsafə saxlanılmaqla hazırlanan fləşmob sosial şəbəkələrdə yayımlanmaqdadır.
01/06/2020 15:34
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə informatika fənnindən 72 teledərs
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 teledərs (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) ictimaiyyətə təqdim olunub. Bununla yanaşı olaraq, ölkədə karantin rejimini nəzərə alaraq Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb. Ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan və 110-u isə rus bölməsi üzrə yaradılıb. Layihə çərçivəsində təqdim olunan bütün teledərslər və videodərslər layihənin youtube kanalında yerləşdirilib - https://www.youtube.com/channel/UCFTA-7TfHaLu0AUrDOXnd6g/videos. Videodərslər həmçinin “Alqoritmika” platformasında təqdim olunub. Qeyd edək ki, teledərslər və videodərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. “Facebook” və “YouTube” kanalındakı “Rəqəmsal bacarıqlar” səhifəsinə izləyicilərin marağı və şagirdlərin video formatında rəyləri gündən-günə artır. Paylaşılan videodərslərə 300 min dəfədən çox baxılıb. https://www.youtube.com/channel/UCFTA-7TfHaLu0AUrDOXnd6g/videos , https://www.facebook.com/reqemsalbacariqlar/ “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir. 2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.
01/06/2020 15:12
VI "Virtual əlaçı" bilik yarışmasının nəticələri
VI "Virtual əlaçı" bilik yarışmasının nəticələri elan olunub. VI həftənin əlaçılarını diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
01/06/2020 14:44
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı