• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq. İlk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz. Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirəcək.  

Yüksək nəticə göstərən məktəbli şahmatçılarla videokonfrans

İyunun 11-də Təhsil nazirinin müavini Firudin Qurbanov şahmat üzrə onlayn beynəlxalq yarışlarda uğur qazanmış nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri ilə videogörüş keçirib. "Microsoft Teams” platforması üzərindən keçirilən görüşdə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, müəssisə rəhbərləri, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku”nda və şahmat üzrə onlayn Avropa çempionatında yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər. Firudin Qurbanov çıxışında ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısını, ulu öndər Heydər Əliyevin şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işləri, Ümummilli liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin əksər şəhər və rayonlarında şahmat məktəblərinin açılmasını, əldə edilən nailiyyətlərin yeniyetmələr arasında şahmata marağın daha da artırılmasına şərait yaratdığını bildirib. Hazırda beynəlxalq aləmdə tanınan məşhur şahmatçılarımız əsasən bu məktəblərin yetirmələridir. Bildirilib ki, şahmatın inkişafına göstərilən diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilib, 2009-cu ildə şahmatın inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra əhəmiyyətli işlər görülüb. Şahmatın geniş təbliği, bu idman növünə meyil və marağın gücləndirilməsi məqsədilə “Şahmat” fənni ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar çox sayda ölkədaxili, beynəlxalq idman tədbirləri təxirə salınıb.   Nazir müavini mövcud vəziyyətlə əlaqədar onlayn platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçıları mötəbər turnirlərdə əldə etdikləri yüksək nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, 9-10 may tarixində  Təhsil Nazirliyinin, Milli Məclisinin Gənclər və İdman Komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə onlayn platforma üzərindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku” keçirilib. Turnirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub. 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustasının qatıldığı onlayn “Beynəlxalq Təhsil Kuboku”nda ümumi hesabda Xəzər Babazadə (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 4-cü yeri, Vüqar Manafov (“Təhsil” RİM-in 4 nömrəli İOEUGİŞM) 5-ci yeri, Əhməd Əhmədzadə (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 9-cu yeri, Aydın Süleymanlı (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 12-ci yeri tutmuşlar. 12 yaşadək şahmatçılar arasında 2-ci yeri Rüstəm Rüstəmov (Sumqayıt şəhər 2 nömrəli UGİŞM), qızlar arasında 1-2-ci yerləri Gövhər Beydullayeva (Bakı şəhər 308 nömrəli tam orta məktəb) və Mələk İsmayıl (Sumqayıt şəhər 2 nömrəli UGİŞM) tutub.           16-31 may 2020-ci il tarixində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib. 34 ölkədən 249 şahmatçının qatıldığı Çempionatın “A” qrupunda reytinqi 1400-dək olan şahmatçılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Gülsənəm Ağayeva ümumi hesabda 2-ci yerə, qadınlar arasında 1-ci yerə, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl qadınlar arasında 2-ci yerə, Samux Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Aytac Məmmədova 3-cü yerə layiq görülüblər. 40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının “D” qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yerə erməni şahmatçısını üstələyən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layiq görülüb.

2019-2020-ci tədris ili – Teledərslər və virtual məktəb

Teledərslərin yayımı həyata keçirilib   COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat  “Mədəniyyət”  və “ARB Günəş” telekanalları üzərindən TV dərslər yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib. Həmçinin cari ilin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra”  verilişinin yayımına start verilib.    “Virtual məktəb” platformasının 1 milyondan çox üzvü var   2 aprel 2020-ci il tarixindən “Virtual məktəb” layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında “Virtual əlaçı” müsabiqəsi keçirilib. 100-dən artıq şagird bu müsabiqənin qalibi olub.

Virtual məktəbdə yeni xidmətlər istifadəyə verilib

Virtual məktəb  istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri təqdim olunub. Xidmətlərdən yararlanmaq üçün https://virtual.edu.az saytına daxil olub, “e-Poçt” və “e-Saxlanc” keçidlərindən istifadə etmək lazımdır. 50GB həcmində olan “@student.edu.az” elektron poçtu vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. İstifadəçilər elektron poçt vasitəsilə yazışma, çevik axtarış sistemi, təqvim və fərdi işin planlaşdırılması kimi alətlərdən istifadə edə bilərlər. Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif təhsil pillələrinə aid elan və yeniliklər virtual məktəb istifadəçilərinin “@student.edu.az” e-poçt ünvanına göndəriləcək.  İstifadəçilər öz elektron poçt qutularından virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrəni daxil etməklə faydalana bilərlər. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsi ilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi mümkündür. İstifadəçilər internetə çıxışı olan istənilən qurğudan virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrə ilə virtual saxlancına daxil olub oradakı məlumatları əldə edə və digər istifadəçilərlə birlikdə ortaq əməliyyatlar apara bilərlər.

2019-2020-ci tədris ili – Xüsusi və lisey siniflər

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib   2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.    Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri   Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb. Növbəti tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyət göstərəcək. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.

2019-2020-ci tədris ili – Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib   Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.    İcma əsaslı məktəbəqədər təhsil qrupları   2019-2020-ci tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.   Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

BDU tələbələrinə “Təhsil kartı” təqdim edilib

Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində tətbiq olunan “Təhsil kart”ları Bakı Dövlət Universitetinin tələbələrinə də təqdim edilib.   Qeyd edək ki, sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edəcəklər.  Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür.  Gələcəkdə təhsil kartının imkanlarını daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər. Artıq Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiq olunan layihənin yaxın zamanlarda əhatə dairəsinin daha da genişləndirilməsi və digər təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.  Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təlim-tədris prosesi bərpa olunduqdan sonra onlara təqdim olunması planlaşdırılır. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir.

"Dərs vaxtı"nın 11 iyun cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin iyunun 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Yeni Peşə Təhsil Mərkəzi növbəti ixtisasartırma təlimlərinə başlayıb

İyunun 9-dan etibarən "CİSCO" şirkəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən "Cisco" Şəbəkə Akademiyasında metodist-təlimçilər üçün peşəkar bacarıqların inkişafı mövzusunda növbəti distant təlimlər başlayıb. Təlimlər "CİSCO" şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilir. Tədris proqramına nəzəri biliklərlə bərabər, həmçinin "CİSCO" avadanlıqları üzərində distant təcrübi məşğələlər və simulyasiyalar daxildir. Belə ki, Mərkəzin təlimçiləri real avadanlıq və "Cisco Packet Tracer" simulyatorunu istifadə edərək texniki problemləri həll etmə bacarıqlarını təkmilləşdirir, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanırlar. Qeyd edək ki, "Cisco" Şəbəkə Akademiyası tərəfindən informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün geniş imkanlar yaradılıb. “Cisco" Şəbəkə Akademiyası Mərkəzdə təhsil alan tələbələr və çalışan mütəxəssislərə müasir məzmun, həmçinin müvafiq sertifikasiya proqramlarına çıxış imkanı yaradır.

Bu il XI sinfi 80 646 şagird bitirir

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.   2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub. 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı