• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2019-2020-ci tədris ili - Dərsliklər

322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait   2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib. Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib. 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7233214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək. Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.   Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb   2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.    Elektron dərslik portalından istifadə sayı iki dəfə artıb   2019-2020-ci ildə Təhsil Nazirliyinin  www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1 103 257, portala ümumi daxilolma sayı 3 102 531, səhifələrə ümumi baxış sayı isə 22 466 350 olub. Müqayisə üçün deyək ki, ötən tədris ilində bu rəqəmlər müvafiq olaraq 704 470, 1 869 193, 13 599 894 təşkil edib. www.video.edu.az  portalında videolara baxış sayı 383 948 dəfə olub.

136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan keçib

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir. Ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb.  8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib. Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.

2019-2020-ci tədris ili - Xaricdə təhsil və əcnəbi tələbələr

 226 nəfər xaricdə təhsil almaq hüququ qazanıb   2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 177, Çində 30, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 12, Qazaxıstanda 2, ümumilikdə isə 226 nəfər xaricdə təhsil alıb.    90-dan artıq ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə   2019-2020-ci tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 90-dan artıq  ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alıb.

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 8-ci iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-cı iclası keçirilib. Onlayn keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub.  Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini, həmçinin digər iclas iştirakçılarını salamladıqdan sonra layihənin 8-ci rübü ərzində görülmüş işlər barədə qısa məlumat verib. Yaqub Piriyev layihənin başlıca nailiyyətlərindən birinin kompetensiya əsaslı təhsil proqramlarının çərçivə sənədinin işlənib hazırlanması olduğunu nəzərə çatdırıb və faydalılığı barədə danışıb.  Daha sonra Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək bildirib ki, karantin rejiminin elan olunmasına baxmayaraq, Tvinninq layihəsi fəaliyyətini davam etdirib, bir sıra sənədlər üzərində iş aparılıb. Sonra layihənin Rezident Tvinninq Müşaviri Liza Bıdanova 8-ci rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri iştirakçıların diqqətinə çatdırıb. Yekunda layihənin komponent rəhbərləri son rüb ərzində öz komponentləri çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.

Məzun günü - Təhsil naziri "Son zəng"i çaldı

2019-2020-ci tədris ilinin virtual "Son zəng"i yaddaşlara həkk olunacaq. Bu tədris ilinin məzunları üçün "Son zəng" ötən illərdən fərqli olaraq Təhsil naziri tərəfindən çalındı. Əziz məzunlar, hər birinizi təbrik edir və uğurlar arzulayırıq!  

“Milli Qurtuluş Günü”nə həsr olunmuş beynəlxalq "dəyirmi masa"

İyunun 16-da dünya ölkələrində yaşayan Azərbaycanlı uşaq və gənclər üçün “Milli Qurtuluş Günü”nə həsr olunmuş  onlayn beynəlxalq "dəyirmi masa" keçiriləcək.   Tədbir Təhsil Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Onlayn "dəyirmi masa"nın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar-sosial-iqtisadi inkişafın sürətləndirilməsi, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsi, elm, təhsil, mədəniyyət, idman, incəsənətin sürətli inkişafı, həmçinin onun tarixi qayıdışı ilə Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdan ibarətdir. COVİD-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil ediləcək tədbirdə 10-dan çox müxtəlif ölkədə fəaliyyət göstərən Azərbaycan diaspora üzvlərinin 9-14 yaşlı uşaqlarından ibarət 60, ümumilikdə isə 100 məktəblinin iştirakı planlaşdırılır. Onlayn tədbirdə iqtisadi və siyasi cəhətdən daim inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənə, xalqa, millətə, eyni zamanda ölkəmizə sədaqət və hörmət ruhunda tərbiyə edilməsi, milli-mədəni irsimizin və müstəqilliyimizin ləyaqətlə qorunub saxlanılması haqqında sənədli film nümayiş etdiriləcək. Bundan əlavə, "dəyirmi masa"da yuxarıda qeyd olunan istiqamətlər üzrə nailiyyətləri olan uşaqlar çıxış edəcək, müvafiq məsələlər ətrafında müzakirələr aparılacaq.

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş virtual sərgi

3-10 iyun tarixlərində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş respublika virtual rəsm sərgisi keçirilib. Sərgi Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan sərginin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, həmçinin elm, maarif və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrünün milli məfkurə daşıyıcısı olan şəxsiyyətinə ehtiramla yanaşmaqdan ibarətdir. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilən sərgidə regionlarda və Bakı şəhərində fəaliyyət göstərən 40 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 100-dən artıq nazirliyin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir. İşlənmə texnikası sərbəst olan rəsmlərdə Nəriman Nərimanovun həyat və yaradıcılıq fəaliyyəti ilə yanaşı Azərbaycanın tarixi abidələri, dövlət rəmzləri və zəngin mədəni irsi də öz əksini tapıb.  

2019-2020-ci tədris ilinin virtual “Son zəng”i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq. İlk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər. Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz. Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirəcək.  

VIII "Virtual əlaçı" bilik yarışmasının nəticələri

VIII "Virtual əlaçı" bilik yarışmasının nəticələri elan olunub. VIII həftənin əlaçılarını diqqətinizə çatdırırıq. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Teledərslər yeni formatda

İyunun 12-də “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımı olacaq. Teledərslər inteqrativ dərslər formatında təqdim olunacaq. Əziz şagirdlər, hər birinizi 12 iyun saat 09:30-dan 12:00-dək dünyanın tam mənzərəsini anlamağa imkan yaradan inteqrativ dərsləri izləməyə dəvət edirik. Ancaq bir gün yayımlanacaq inteqrativ dərsləri izləməyi unutmayın. Qeyd edək ki, COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb.   Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı