• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn müsahibənin nəticələri məlumdur

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı iştirakını təsdiq etməyən 64 namizəd üçün keçirilmiş onlayn müsahibənin nəticələri məlumdur. Nəticələrə əsasən, 44 nəfər uğur qazanıb. Bu barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020- 2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar. Qeyd edək ki, sözügedən mərhələdə uğur qazanmamış namizədlərin apellyasiyaya müraciət etmək hüququ var. Bununla bağlı əlavə məlumat onların şəxsi səhifələrinə göndəriləcək.

Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət

Təhsil Nazirliyinin təşəbbüsü ilə yeni televiziya proqramının yayımına start verilib. “Mədəniyyət” telekanalında “Tətil vaxtı” adı ilə efirə gedən veriliş məktəblilərin yay tətili dövründə həftənin II və VI günləri saat 12.20-də yayımlanacaq. Yeni verilişin hazırlanması koronavirus infeksiyasının  ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsini təmin etmək məqsədi daşıyır. Proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və s. sahələr üzrə dərslər təqdim edilir. Eyni zamanda şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsini təmin etmək məqsədilə “Virtual məktəb” platforması üzərindən məktəblilər üçün təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti davam etdirilir. İyulun 6-dan şagirdlərin maraqlarına uyğun təşkil edilən “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə səkkiz minə yaxın məktəbli qoşulub. Xatırladaq ki, hər gün saat 15:00-da keçirilən tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunur. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşə qoşula bilir, ödənişsiz formada təşkil olunan dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər iştirak etmək imkanı əldə edir. Dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilir və dərsləri təkrar izləmək imkanı yaradılır.

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı

“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır  keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək. Xatırladaq ki, vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbulu, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. Azərbaycan və rus bölmələri üzrə təşkil olunacaq sınaq imtahanlarının keçid linkləri iyulun 14-dən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. 20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək. Qeyd edək ki, iyulun 24-də “Kurikulumun tədrisi üzrə vebinarlar”ın növbəti buraxılışında sınaq imtahanında təqdim edilən sualların düzgün cavabları veriləcək və nəticələr müzakirə olunacaq.

İlin sonuna 102 məktəb binası

2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.  Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

"Abituriyentlər üçün dərs vaxtı"nın 14 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  14 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Zəfər sənindir, Azərbaycan əsgəri!

Ordumuza zəfərlər, Vətən uğrunda şəhid olan oğullarımıza rəhmət diləyirik!

Peşə təhsili üzrə teledərslərin 13 iyul  cədvəli

"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 13 iyul  tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Abituriyentlər üçün dərs vaxtı"nın 13 iyul cədvəli

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan  "Abituriyentlər üçün dərs vaxtı"nın  13 iyul cədvəlini təqdim edirik.    Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr,  təhlillər, açıq və qapalı sualların "şifrələri",  kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləməyi unutmayın.

Rusiyada təhsil imkanı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir. Bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub. Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini info@dim.gov.az  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Tvinninq layihəsinin yekun konfransı keçirilib

Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib. Onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə həyata keçirilən layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub. Konfransı giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycanın ali təhsil sistemində aparılan əsaslı islahatlar və ali təhsilin əlçatanlığı üçün imkanların daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir müavini hazırda ölkəmizin ali təhsil pilləsinin 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış tövsiyələrə, bu sahədə müsbət dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirildiyini bildirib. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası barədə danışan Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb. Konfransda çıxış edən Avropa İttifaqının Bakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıqda təhsil sahəsinə xüsusi önəm verildiyini bildirib. Səfir “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tədbirin moderatoru olan Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iki ildən artıq müddətdə icra edilən layihənin həyata keçirilməsində davamlı dəstəyə görə Təhsil Nazirliyinə, Avropa İttifaqının Bakı Nümayəndəliyinə, Avropalı tərəfdaşlara, pilot universitetlərə, eləcə də müvafiq dövlət və özəl qurumlara təşəkkürünü bildirib. Sonra Fransa üzrə layihə rəhbəri Bruno Kurval, Litva üzrə layihə rəhbəri Giedrius Viliunas, Latviya üzrə layihə rəhbəri Baiba Ramina, layihənin Rezident Müşaviri Liza Baydanova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək layihə çərçivəsində görülən işlərdən və layihənin ölkənin ali təhsil sahəsində həyata keçirilən islahatlara verdiyi töhfələrdən bəhs ediblər. Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tvinninq layihəsinin pilot universitetlər üçün faydalarından, görülmüş işlərin real nəticələrindən və müvafiq istiqamətlər üzrə davamlılığın təmin edilməsi üçün atılacaq addımlardan söz açıblar. Tədbir iştirakçıları layihənin uğurla icra olunmasından məmnunluqlarını ifadə edib və layihə çərçivəsində yaradılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, icrasına 2018-ci ilin aprel ayında başlanılan sözügedən layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin davamı olaraq icra olunub. Son iki il ərzində icra edilmiş layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən ibarət olub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı