• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi təşkil ediləcək.

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

 

Üç mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsi 3 gün ərzində onlayn formatda keçiriləcək və qeydiyyatdan keçmiş bütün şagirdlər "Rəqəmsal bacarıqlar" layihəsinin platformasında tapşırıqları həll edəcəklər.


Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər bir gün ərzində onlayn rejimdə keçiriləcək II mərhələyə buraxılacaqlar. Bu mərhələdə şagirdlərin proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını dəyərləndirmək üçün onlara müxtəlif tapşırıqlar veriləcək. Düzgün cavabların sayına və onların həllinə sərf olunan vaxta əsasən ən yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.

 

Müsabiqənin final mərhələsinə uğurla keçən şagirdlər komandalara bölünəcək. Finalda onlar əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər.


Sonda müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 


3 il əvvəl