• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

  Avqustun 12-dən etibarən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb. Vətəndaşlar karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər. Şəhadətnamələrin təqdim olunması prosesinin 15 iş günü ərzində yekunlaşdırılması planlaşdırılır. Nəzərinizə çatdıraq ki, bu xidmət mart 2020-ci il tarixindən başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində  “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur. Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 16 mart 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinədək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır.  

Peşə Təhsil Mərkəzinin kadr hazırlığı istiqamətində növbəti təşəbbüsü

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Active Group” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. “Active Group” MMC şirkəti dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan “BOSCH”, “TOTAL”, “DELPHI”, “SCHAEFFLER GROUP” və s. distribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür. Memoranduma əsasən, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur. Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Active Group” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığını öz qarşısına başlıca öhdəlik kimi təyin edən Mərkəz, dövlət və özəl sektorda əməkdaşlıq çərçivəsini artıq kifayət qədər genişləndirib.

Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

“KKM Group” ilə Peşə Mərkəzinin birgə əməkdaşlığı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “KKM Group” MMC arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva edən anlaşma memorandumu imzalanıb. Müasir texnologiyaların tətbiqi, informasiya texnologiyalarının inkişafı və yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edən “KKM Group” ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd kadrların peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Peşə Mərkəzinin “KKM Group” şirkəti tərəfindən rəqəmsal marketinq istiqamətində dəstək alacağı da anlaşma çərçivəsində qarşıda duran öhdəliklərdəndir. Bu öhdəliklərə əsasən, məhsul və ya xidmətlərlə bağlı müxtəlif faydalı materiallar hazırlayaraq müştərilərlə ünsiyyət qura bilməkdə, sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar üzərindən məlumatların çatdırılması istiqamətində fəaliyyət şamil olunur. Qeyd edək ki, gələcəkdə “KKM Group” şirkətinin mütəxəssisləri tərəfindən Mərkəzdə SEO Optimizasiya, SMM xidməti, E-poçt marketinq və məzmun marketinq istiqamətləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur.

"Your English Voice" müsabiqəsi iştirakçılarına natiqlik təlimi keçirilib

"Your English Voice” müsabiqəsinin seçim mərhələlərini uğurla keçən iştirakçılar üçün təlimlərə start verilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin “Azerbaijan Public Speaking” proqramının tərəfdaşlığı ilə keçirilən ilk təlim ingilis dilində təlimçi Ənvər Şükürovun iştirakı ilə natiqlik mövzusunda baş tutub. Təlimdə iştirakçılara natiqlik mədəniyyəti, ictimai nitq, bədən dili, effektiv ünsiyyət haqqında məlumat verilib və bu mövzularda müzakirələr aparılıb. Təlimçi Ənvər Şükürov dünyanın 143 ölkəsindəki fərqli şəhər, bölgələrdə 2 proqram (ictimai nitq və liderlik) üzrə fəaliyyət göstərən “Toastmasters International” klublar şəbəkəsinin üzvüdür. Həmçinin, ictimai nitq, təqdimat bacarıqları, natiqlik üzrə təlim sahəsində yüksək təcrübəyə malikdir. Qeyd edək ki, "Your English Voice” müsabiqəsi Təhsil Nazirliyinin SABAH qrupları və “British Council Azərbaycan”-ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Müsabiqə Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı

Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. 20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ verilir. “Kurikulumun tədrisi üzrə vebinarlar”ın sonuncu buraxılışında sualların düzgün cavabları təqdim olunacaq və bununla da artıq 3 aydır ki davam edən “Kurikulumun tədrisi üzrə vebinarlar” başa çatacaq. Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də  Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

“Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinarların ilkin mərhələsinə yekun vurulub

2020-ci ilin iyul-avqust aylarında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin (RUGİM) birgə təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün onlayn platformada maarifləndirmə proqramı həyata keçirilib. 18 iyul tarixində start verilən proqram çərçivəsində avqustun 8-də keçirilən ilkin mərhələnin yekununda BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov  mövzu ilə bağlı çıxış ediblər. Vebinarda hər iki nazirliyin nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş  2020-2022-ci illər üçün  Tədbirlər Planı haqda məlumatları diqqətə çatdırıblar. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müavini  Firudin Qurbanov həyatın özünün və insanın bütün təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun  əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd edib. Suyun səmərəli istifadə ilə davamlı inkişafa dəstək verərək eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktor olduğunu bildirən Firudin Qurbanov çıxışında “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün keçirilən vebinarların dövlət başçısının son sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyinin BMTİP ilə keçirilməsinin vacibliyini qeyd edib. Nazir müavini çıxışının sonunda Təhsil Nazirliyi adından göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, BMTİP-na təşəkkürünü bildirib və bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyərək, bundan sonra da ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında gənc nəslin daha aktiv iştirak etməyini tövsiyə edib. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu deyib. Vüqar Kərimov qeyd edib ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir.  Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Nazirliyin rəsmisi ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb. BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Çaru Bist tədbirdə çıxış edərək bütün dünyada 844 milyon insanın təmiz su çatışmazlığından əziyyət çəkdiyini, 600 milyon uşağın isə təmiz suya  çıxışının çox zəif olduğu ərazidə yaşadığını bildirib. O, beynəlxalq təcrübəyə əsasən bəzi ölkələrin su qıtlığı probleminə müxtəlif sektorlar üzrə su resurslarının səmərəli idarə olunması yolu ilə nail olunduğuna diqqət çəkib. Çaru Bist həmçinin bu gün gənclərin dünyada müsbət dəyişikliklərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıb. Çıxışında gənclərin malumatlılığının artırılmasında, maarifləndirmə proqramlarının həyata keçirilməsində, təbiətin qorunması, eləcə də bərpa olunan enerjinin təbliğ edilməsi və ekoloji cəhətdən təmiz təcrübənin mənimsənilməsi üçün yerli, milli və qlobal səviyyədə fəal iştirak etdiklərini qeyd edib. Onlayn tədbirlərdə “Su probleminin yaranma səbəbləri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “Maarifləndirmə: amalımız - sudan qənaətlə istifadədir!”, “Su problemi və gender”, “Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” və digər mövzularda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Umayra Tağıyeva, Faiq Mütəllimov, Rafiq Verdiyev, İradə İbrahimova, su problemləri üzrə müstəqil ekspert Rövşən Abbasov, KİV nümayəndəsi Orxan Kərimov, Gender eksperti Xalisə Şahverdiyeva, BMT İP baş proqram müşaviri Çingiz Məmmədov, BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihə assistenti Elanə Əlizadə və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər. Qeyd olunub ki, proqramın əsas məqsədi dünyada, o cümlədən Azərbaycanda da mövcud olan su problemləri, insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatı və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və su itkilərinin qarşısının alınmasında məktəblilərin məlumatlandırılması və  maarifləndirilməsi, həmçinin  müəllim və metodistlərin bu istiqamətdə biliklərinin artırılmasıdır. Hər şənbə günü iki saat ərzində mütəxəssis hidroloqların, ekoloqların, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı əməkdaşlarının, RUGİM-in mütəxəssislərinin, jurnalistlərin, ekoloji QHT nümayəndələrinin iştirakı ilə məlumatlandırıcı onlayn vebinarlar təşkil olunub, uşaq və gənc auditoriya və müəllimlər üçün təqdimatlar, interaktiv sorğular hazırlanıb, animasiya filmləri və sosial videoçarxlarlar nümayiş etdirilib, sual və cavablar üçün vaxt ayrılıb, məktəblər və ev təsərrüfatları üçün pilot layihələr məsələləri müzakirə edilib. Vebinarlar 300 iştirakçıdan ibarət bir qrupda onlayn olaraq keçirilib və sosial şəbəkələrdə canlı yayımlanaraq, hər bir maraqlanan uşaq və böyüklər onlayn yayımlara qoşulmaq, suallarını vermək və ya bir mütəxəssisə qulaq asmaq üçün linki əldə edə biliblər. Proqrama məktəblilərlə yanaşı, respublikanın 50-dən çox rayon mərkəzi də qoşulub. Ekoloji təhsilin Yer kürəsində davamlı inkişafa nail olmaq, ətraf mühitə təsiri azaltmaq üçün vacib amillərdən olduğunu bildirən nazirlik rəsmiləri bu tədbirin uşaq və gənclərin ekoloji tərbiyəsinin formalaşmasına, faydalı təcrübənin öyrənilməsinə töhfə verəcəyini qeyd ediblər. Bu məsələyə böyük maraq və gənc nəsil arasında maarifləndirmə işinin əhəmiyyəti nəzərə alınaraq, layihəni planlaşdırıldığı kimi 4 məlumat sessiyası ilə başa çatdırmamaq, sentyabr ayına qədər vebinarları davam etdirmək və maarifləndirici məlumat işləri üçün gələcək iş planını hazırlamaq qərara alınıb.

Peşə təhsili pilləsi üzrə tələbə qəbulu ilə bağlı mətbuat konfransı

Avqustun 10-da peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili pilləsi üzrə tələbə qəbulu ilə bağlı məlumat verib və yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili müəssisələrinə qəbul elektron qaydada həyata keçirilir. Peşə təhsili almaq istəyən, ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər 10-24 avqust tarixlərində https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat “Şəxsi kabinetim” bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə SMS bildiriş göndərilməsi də nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olunduqları müəssisəyə lazımi sənədlərin əslini təqdim etmək üçün dəvət olunacaqlar. Konfransda 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacağı və ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramların tətbiq olunacağı da açıqlanıb. Qeyd edilib ki, peşə təhsili pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş “Peşə təhsili haqqında” Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Həmçinin, 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Mətbuat konfransı zamanı peşə təhsili pilləsi üzrə görülən işlər də diqqətə çatdırılıb. Həmçinin qeydiyyat təlimatı nümayiş etdirilib və qeydiyyatdan keçmə qaydası haqda məlumat verilib. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı