• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

MİQ imtahanlarında "BİR" tələbə-könüllü dəstəyi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən  66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib. Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və “Bir” tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərir.

“Yeni çağırışlar və hədəflərə doğru”

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Yeni çağırışlar və hədəflərə doğru” adlı gənc müəllimlər üçün onlayn görüş keçirilib. 200 nəfərə yaxın təhsil işçisinin iştirakı ilə təşkil olunan görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Etibar Əliyev və Şahin Seyidzadə iştirak ediblər. Görüşdə Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanmasının əsas yer tutduğunu xüsusi qeyd edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və hazırda icrası davam etdirilən bir çox dövlət proqramlarında istedadlı gənclərin müəyyən edilməsi, yüksək intellektual bacarığa malik insan kapitalının formalaşdırılmasının müstəsna əhəmiyyətini vurğulayıb. Nazir müavini pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə onların cəlb edilməsinin ölkənin təhsil sisteminin əsas məqsədlərindən biri olduğunu bildirib. Firudin Qurbanov müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərdən, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilməsindən danışıb, həmçinin bu sahədə davamlı olaraq stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini vurğulayıb. Azərbaycanda gənclərlə iş sahəsində həm hökumət strukturlarının, həm milli donor institutlarının və eləcə də ictimai qurumların uğurlu fəaliyyətini, səmərəli əməkdaşlığını qeyd edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəhbərlik etdiyi qurumun gənclərə və onların birləşdiyi gənclər təşkilatlarına yönəlik fəaliyyətlərini, hədəflərini və gələcək addımlarını gənc müəllimlərin diqqətinə çatdırıb. Fərid Cəfərov gənc müəllimlərin təhsil və sosial inkişaf sahələrinə marağını nəzərə alaraq, onları Gənclər Fondunun imkanlarından fərdi və təşkilat olaraq yararlanmağa dəvət edib. Gənclərin müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru bilik və bacarıqlara yiyələnməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən millət vəkili Etibar Əliyev gənc müəlimlərin üzərinə düşə bilən vəzifələri sadalayıb. Cəmiyyətdə gənclərin aparıcı qüvvə olduğunu bildirən millət vəkili gənc müəllimlərin beynəlxalq və regional inteqrasiya sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadilələri aparmalarının təhsilə müsbət nəticələr gətirəcəyini vurğulayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələrini, gənclərin həyat və fəaliyyətində təsirli dəyişikliklərini qeyd edən millət vəkili Şahin Seyidzadə gənc kadrlara yaradılan imkanları və görülən işləri nəzərə çatdırıb. Şahin Seyidzadə pandemiya şəraitində gənc müəllimlərin aktiv, onlayn və sosial fəaliyyətini və eləcədə post-pandemiya dövrü üçün davamlı addımlarını yüksək qiymətləndirib. Onlayn görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 21-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək. Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarına start verilir

Avqust ayının 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib.  İmtahanların ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak edəcək. İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılacaq.  Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.

Yeni tədris ilində təhsil müəssisələri açılsın, ya açılmasın?

Namizədlər müəllim olmaq üçün hansı mərhələlərdən keçməlidir?

Müsabiqədə iştirak, keçirilmə qaydası barədə animasiya məzmunlu qısa filmi diqqətinizə çatdırırıq.  

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans təşkil edib

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib.  Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək bu il Beynəlxalq Gənclər Gününün “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” mövzusuna həsr olunduğunu və bu günün YUNESKO üzrə milli komissiyalar tərəfindən qeyd olunmasının təşkilatın dəyərlərinin təşviqində gənclərin rolunun vacibliyi barədə məlumatlılığı artırmağa xidmət etdiyini vurğulayıb. Elnur Sultanov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edərək, gənclərin YUNESKO-nun prioritetlərindən olduğunu bildirib və bu sahədə qəbul olunmuş mühüm proqramlar barədə məlumat verib. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev də çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tarixi, cari vəziyyəti və perspektivlərindən bəhs edib. Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin təhsili ilə bağlı görülən işlər, bu sahədə həyata keçirilən dövlət proqramları və YUNESKO ilə əməkdaşlıq barədə məlumat verib, gənclərdə sülh mədəniyyəti, dözümlülük, multikulturalizm dəyərlərinin aşılanmasına əsaslanan təhsilin vacibliyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası gənclər siyasətində yüksək dövlət fəallığı ilə xarakterizə olunur. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Firudin Qurbanovun sözlərinə görə, YUNESKO və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, ümumbəşəri və milli - mədəni dəyərlərə hörmət - aşılanması əsas yer tutur. Nazir müavini deyib ki, pandemiya dövründə gənclər siyasəti və onların təhsili dövlətimizin diqqət mərkəzindədir. Gənclər pandemiyanın sosial-iqtisadi təsirlərinə baxmayaraq, pandemiyaya qarşı qlobal reaksiyalarda fəallıq nümayiş etdirirlər. Onlar yalnız tibb işçiləri kimi deyil, həm də tədqiqatçı, könüllü, yenilikçi və kommunikator kimi rollarda sağlamlıq və təhlükəsizliyin keşiyində dururlar. Pandemiya və postpandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artırılması və müxtəlif sahələrdə qlobal fəaliyyətə cəlb edilməsi bizim əsas məqsədlərimizdən biridir. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yaradıcı sahələrdə gənclərin təşviq edilməsi ilə bağlı layihələr, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənclər üçün yaradılan imkanlardan, eləcə də musiqi, teatr, kinematoqrafiya sahəsində gənclərin əldə etdiyi uğurlardan bəhs edib, iqtisadi inkişafa töhfə verə bilən yaradıcı gənc nəslin formalaşması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə gənclərin informasiyaya çıxışının təmin edilməsi, onların texnoloji biliklərə yiyələnməsi, informasiya və kommunikasiya texnologiyaları istifadə imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov gənclər siyasəti sahəsində ölkəmizdə əldə edilmiş uğurlar, səmərəli dövlət idarəçiliyi və inklüziv inkişafda gənclərin rolundan danışıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə gənclər təşkilatlarının iştirakı ilə reallaşdırılan layihələr, eləcə də gənclərin xaricdə təhsilinə Fond tərəfindən göstərilən dəstək barədə məlumat verib, gənclərin ölkə daxilində və beynəlxalq səviyyədə iştirakının təşviq edilməsinin əhəmiyyətini, beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin vacibliyini vurğulayıb, gəncləri qabaqcıl təcrübələrin tətbiqi, ölkəmiz barədə həqiqətlərin təbliği, saxta məlumatlarının yayılmasının qarşısının alınmasında aktiv olmağa çağırıb. Azərbaycan YUNESKO Klublarının koordinatoru Cahangir Hacıyev ölkəmizdə bu klubların fəaliyyəti, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov müasir Azərbaycan gənclərinin fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihələr və gələcək planlardan bəhs edib. Sonda səsləndirilmiş təkliflər və təşəbbüslərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Müəllim, şagird və valideynlərlə videokonfrans

Avqustun 13-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının videokonfrans formatında keçirilən üçüncü iclasında iştirak edib. Tədbirdə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, İƏT-in Baş katibi Hadi Suleymanpur, İranın Təhsil naziri Mohsen Hacı Mirzae, Pakistanın Federal Təhsil və Peşə Təlimi naziri Şəfqət Mahmud və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. İclas zamanı çıxış edən Emin Əmrullayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət nəticələri barədə məlumat verib. Nazir həmçinin koronovirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə təhsilin davamiyyətinin təmin edilməsi məqsədilə atılan addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Emin Əmrullayev İƏT-ə üzv dövlətlərlə təhsil sahəsində əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə də toxunub. Tədbirdə Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi məqsədilə 2020-2022-ci illər üçün İş planı qəbul olunub.

Təhsil naziri Rusiya səfiri ilə görüşüb

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı