• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

SABAH müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH müəllimləri 1-15 iyul 2020-ci il tarixlərində Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun (Российский государственный институт сценических искусств-ГИТИС) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib. Yarım ay davam edən kurslar peşəkar aktyor, rejissor və teatr pedaqoqları üçün nəzərdə tutulub. ADMİU-nun müəllimləri kurs çərçivəsində RDSSİ-in rektoru Q.Zaslavski, Rusiya Federasiyasının Xalq Artisti, Dram rejissorluğu kafedrasının müdiri professor İ.Rayhelhauz və bir sıra əməkdar incəsənət xadimləri, görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər. Bununla yanaşı, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti və digər fənlərin onlayn tədrisinin daha keyfiyyətli şəkildə keçirilməsi üçün professor-müəllim heyəti ilə müxtəlif müzakirələr aparılıb. ADMİU SABAH mərkəzinin təşəbbüsü ilə tədrisin keyfiyyətinin qaldırılması məqsədilə təşkil edilən ixtisasartırma kursunda iştirak edən müəllimlər təlimi uğurla başa vurduqları üçün sertifikat alacaqlar. Qeyd edək ki, bu vaxtadək praktiki dərslərin onlayn keçirilmə təcrübəsi olmadığı üçün bu ixtisasartırma kursları mövcud vəziyyətdən çıxış yolu kimi bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yeni təcrübələrin tətbiqi üçün ADMİU SABAH mərkəzinin tələbələrinə avqust ayında onlayn dərslərin keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videokonfransı

Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan millət vəkillərinin iştirakı ilə videokonfrans keçirilib. Konransı açıq elan edən Təhsil naziri Emin Əmrullayev bu görüşün təşkilində iştirak edən millət vəkillərinə komitə sədri Bəxtiyar Əliyev başda olmaqla təşəkkürünü bildirib. Təhsil naziri Emin Əmrullayev ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələnin ilk növbədə insanların sağlamlığının qorunması olduğunu bildirib, həmçinin yeni dərs ilinə hazırlıqla bağlı Təhsil Nazirliyinin gördüyü işlər barədə geniş məlumat verib. Nazir COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərin ictimaiyyətin diqqətinə çatdırıldığını qeyd edib. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev öz növbəsində bu əməkdaşlıq platformasını müsbət dəyərləndirərək Təhsil Nazirliyi ilə qanunvericilik hakimiyyəti arasında belə ünsiyyət kanallarının daha da genişləndirilməsinin vacib olduğunu bildirib, eyni zamanda pandemiya şəraitində yeni tədris ilinə hazırlıq mövzusunda fikirlərini qeyd edib. Komitə sədri Təhsil İnstitutunun təklifləri ilə millət vəkillərinin diqqətlə tanış olduqlarını deyib, bu sahədə Təhsil Nazirliyinin hazırlıq plan və təşəbbüslərini yüksək qiymətləndirib. Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərli, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədli, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı rəylərini bildiriblər. Tədbirin sonunda Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bügünkü görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.

Tələbələrin köçürülməsinə başlanılıb

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start verilib. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək  9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi zamanı ən çox verilən suallar

Liseylərə qəbul imtahanları keçirilir

Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb. İmtahanlar avqustun 26-dək davam edəcək. Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.  Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.  İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub. İmtahanlar  təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - fizika

.

Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - fransız dili

..

Müəllimlərin işə qəbulu üzrə test imtahanı fotolarda

.

Təhsil naziri Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Avqustun 14-də Təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tələbələrin köçürülməsinə başlanılır

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək  9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.   Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi zamanı ən çox verilən suallar

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı