SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - təsviri incəsənət
.
18/08/2020 20:26
Təhsil naziri Böyük Britaniyanın səfiri ilə görüşüb
Avqustun 18-də Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
18/08/2020 19:04
Peşə təhsili pilləsi üzrə tələbə olmaq istəyənlərin sayı açıqlanıb
8 263 nəfər 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu prosesində iştirak edərək elektron qeydiyyatdan keçib. Onlardan 6061 nəfəri ixtisas seçimi edib. Bildirək ki, peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar. Peşə təhsili pilləsi üzrə müraciət ünvanlayan şəxs müvafiq ixtisasları seçdikdən və təsdiq etdikdən sonra şəxsi kabinetinə daxil olaraq müraciətinin statusunu izləyə bilər. Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumi təhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər. Müraciətçinin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “videotəlimat”la tanış olmalı və digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlaya bilər. İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.
18/08/2020 17:27
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq. Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar. 2020-2021-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları
18/08/2020 11:48
Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin nəzərinə!
Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin şəxsi səhifələrində qeyd olunan vaxtdan 1 saat əvvəl imtahan təşkil ediləcək mərkəzdə olması vacibdir. Namizədlərin nəzərinə çatdırırıq ki, imtahan başlamazdan yarım saat əvvəl qeydiyyat başa çatır. Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahan mərkəzinə gələn namizədlərin imtahanda iştirakına icazə verilmir.
18/08/2020 11:36
İşə qəbul imtahanlarının növbəti günü
Avqustun 18-də Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3523 namizədin iştirakı nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
18/08/2020 09:34
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq. Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.
17/08/2020 19:16
Yeni tədris ilinə hazırlıqla bağlı canlı yayım
Avqustun 17-də saat 18:00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yeni tədris ilinə hazırlıqla bağlı canlı yayım olacaq. Sizi maraqlandıran sualları Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev cavablandıracaq. Mövzu ilə bağlı suallarınızı canlı yayım zamanı postun şərh bölməsinə yaza bilərsiniz.
17/08/2020 16:26
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı