• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İngilis dili müəllimi olmaq istəyənlərin imtahanı

Avqustun 31-də ingilis dili müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 1691 namizədin iştirakı nəzərdə tutulur. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Təhsil naziri Emin Əmrullayev Real TV-nin qonağı olub

Təhsil naziri Emin Əmrullayev Real TV-nin "Mir Şahinin vaxtı" verilişində qonaq olub. Verilişdə Təhsil naziri ilə maraqlı və səmimi fikir mübadiləsi aparılıb.  

Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - 28 avqust

.

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində qonaq olub. Verilişdə Təhsil naziri ilə pandemiya şəraitinə uyğun olaraq yeni tədris ilinə hazırlıq prosesi, təhsil müəssisələrində dərslərin təşkili qaydaları və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.  

Məktəblilər üçün intellektual oyunlar

Cari ilin may ayından etibarən  6-8-ci sinif şagirdləri üçün "Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilir. Oyun hər həftə Təhsil Nazirliyi tərəfindən “Ağıllı şəhər Bakı" layihəsi ilə əməkdaşlıq çərçivəsində onlayn formatda təşkil olunur. Hər həftə Bakı, Quba, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 100-dən çox məktəb komandası intellektual yarışmada öz bacarıqlarını sınayır, əyləncəli formada yeni biliklərə yiyələnirlər. Oyunun növbəti mərhələsi olaraq hər ay mini-çempionat keçirilir və ən yaxşı nəticə göstərən üç komanda xüsusi hədiyyələrlə təltif olunur. Bildirək ki, onlayn formatda 6-11-ci sinif şagirdləri arasında keçirilən "Fibonacci" intellektual yarışı da davam etdirilir. Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

Yeni tədris ilində pandemiya şəraitinə uyğun təhsil müəssisələrinin fəaliyyətinin təşkili qaydaları

.

Nazir müavini tələbələrlə görüş keçirib

Avqustun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrində təhsil alan tələbələrlə onlayn görüş keçirib. Görüşdə ali təhsil müəssisələrində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının sədrləri, eləcə də Prezident təqaüdü ilə təltif olunmuş tələbələr iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov pandemiya və postpandemiya dövründə ali təhsil müəssisələri qarşısında duran vəzifələr, yeni dərs ilinə hazırlıqla bağlı tədrisin təşkilinə dair görülən işlərdən, bu sahə üzrə dünya təcrübəsindən, mövcud şəraitdə məsafədən tədrisin təşkilinin əhəmiyyətindən, qarşıda duran yeni çağırışlardan və onların həlli yollarından söz açıb. Firudin Qurbanov qeyd edib ki, pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə ölkə rəhbərliyi tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alıb. Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər planlaşdırılıb və həyata keçirilib. Eyni zamanda, nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ali təhsil müəssisələrində kadr hazırlığının müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə həmçinin ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın yeni nəsil mütəxəssislərin hazırlanmasında və Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsində əhəmiyyəti xüsusi vurğulanıb. Pandemiya və post-pandemiya dövründə gənclərin rolu, bilikləri, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsi əsas məqsədlərdən biri kimi qeyd edilib. Sonra tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb. Bundan əlavə, tələbələr ötən dərs ilində pandemiya şəraitində tədrisin məsafədən təşkili təcrübəsinə əsaslanaraq yeni tədris ilinə hazırlıq məqsədilə fikirlərini bölüşüb və bir neçə təkliflər səsləndiriblər. Görüşün sonunda Firudin Qurbanov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.

Bakı Mühəndislik və INHA universitetləri arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Avqustun 28-də Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı üzrə müqavilənin imzalanma mərasimi və mətbuat konfransı keçirilib.  Onlayn təşkil edilən mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini icra edən, sektor müdiri Müjdat Həsənov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, INHA Universitetinin rektoru Myeongwoo Cho, İNHA Universiteti Tədqiqat və Biznes Fondunun prezidenti Taebeom Seo, akademik işlər üzrə prorektor Soobong Shin, tədqiqat və xarici əlaqələr üzrə prorektor Hyewook Won, Qlobal Təhsil Layihəsi Qrupunun dekanı Keeyoung Choi, beynəlxalq əlaqələr üzrə prorektor Jungho Kim, magistratura və doktorantura fakültəsinin dekanı Wonsup Hwang və digər şəxslər iştirak ediblər. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı 4 mühəndislik ixtisası istiqaməti (inşaat mühəndisliyi, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, informasiya texnologiyaları) üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramın icra dövrü ərzində hər il, hər bir ixtisas üzrə 25 nəfər olmaqla, 100 nəfərin qəbulu nəzərdə tutulub. İNHA ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən BMU-da bakalavriat pilləsinə qəbul aparılacaq. DİM-in təşkil etdiyi I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri elan olunduqdan sonra BMU tərəfindən sənəd qəbulu aparılacaq.            Qeyd edək ki, sözügedən proqrama sənəd qəbulu ilə bağlı elanla keçiddən tanış ola bilərsiniz. Bakalavriat pilləsində təhsilin 3 il müddətinə Azərbaycan Respublikasında ingilis dilində, 1 il müddətinə isə Koreya Respublikasında koreya dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra İNHA Universiteti tərəfindən BMU ilə birgə təşkil edilən onlayn riyaziyyat və fizika imtahanında və ingilis dilində müsahibədə iştirak etməlidirlər. Tədris İNHA Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Bakı Mühəndislik Universiteti, həm də İNHA Universitetinin diplomları veriləcək.  

Pandemiya dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda görüş

Avqustun 27-də COVİD-19 pandemiyası dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda videokonfrans keçirilib. Videokonfransda Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Peşə Təhsili Agentliyinin direktoru Pərviz Yusifov və bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri iştirak edib. Nazir müavini İdris İsayev koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüşdə pandemiya dövründə təşkil olunan teledərslərin, işəgötürənlərlə birgə düzgün peşə seçimi ilə bağlı keçirilən vebinarların əhəmiyyəti vurğulanıb. Bu il ilk dəfə gerçəkləşdirilən peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş elektron tələbə qəbulu sisteminin üstünlükləri və bunun peşə təhsili almaqda maraqlı olan tələbələrin cəlb edilməsindəki rolu qeyd edilib. Peşə təhsili müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər - 27 avqust

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı