• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şagirdlərimiz ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər.

Pandemiya ilə əlaqədar onlayn baş tutan müsabiqə üçün yaradılmış saytda iştirakçılara öz tədqiqat işlərinə dair videotəqdimat və fotoları yerləşdirmək şansı verilib. Müsabiqənin münsiflərinə isə məsafədən həmin işləri nəzərdən keçirmək və onları qiymətləndirmək imkanı yaradılıb. 

"Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri və İSEF müsabiqəsinin Beynəlxalq münsifi Samir Orucovun rəhbərliyi ilə Azərbaycanı təmsil edən şagirdlərimiz- Emil Rüstəmlinin “Fraktal nəzəriyyəsinin kompüter qrafikasında tətbiqi”,  Aylin Sadıxova və  Sila Sunanın “Günəş enerjisi ilə qidalanan çoxsaylı məhsul sistemi”, Məryəm Hacıyeva və Nigar Alşanovanın “Baykal başlıq otu dərman bitkisində nanodərmanın sintezi və onların antioksidant, antibakterial aktivliyi” və  Ruslan Bayramovun “Deep Learning-lə bitkilərin xəstəliklərinin aşkarlanması” adlı layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib və onlar finalçı medallarına layiq görülüblər. Həmin medallar "FedEx" beynəlxalq poçt vasitəsilə Azərbaycana gətirildikdən sonra qaliblərə təqdim olunacaq. 

Qeyd edək ki, müsabiqədə 56 dövlətdən 1030 layihə ilə 1255 nəfər iştirak edib.

1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində hər il 70-80 ölkədən  IX – XI  sinif şagirdlərindən ibarət  komandalar iştirak edir.

2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda  İSEF-də Azərbaycanı uğurla təmsil edir.


5 il əvvəl