• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat sistemi istifadəyə verilib

2020-2021-ci tədris ili üzrə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi yaradılıb. Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək. Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.   Məktəbdənkənar təhsil müəssisələri üçün elektron müraciət sistemi üzrə təlimat

"Dərs vaxtı"nın 1 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 1-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

Tədrisin təşkili ilə bağlı yeni normalara dair brifinq

Sentyabrın 30-da ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair brifinq keçirilib. Təhsil naziri Emin Əmrullayev əvvəlcə erməni vəhşiliyinin qurbanı olmuş iki məktəbli -  Fidan və Şəhriyar Qurbanovların vəfatını dərin təəssüf hissi ilə bir daha qeyd edərək erməni təcavüzünün təhsilimizə vurduğu zərbədən danışıb. Təhsil naziri ötən illərin statistikası ilə yanaşı cari ilin iyul, sentyabr aylarındakı vəziyyət barədə məlumat verib. Qeyd edilib ki, cəbhəyanı ərazilərdə yerləşən 400-dən çox ümumi təhsil müəssisəsinin həftəlik dərs cədvəllərində dəyişiklik edilib. Cari dərs ilinin pandemiya şəraitində təşkili məsələləri barədə danışan Təhsil naziri bildirib ki, məktəblərdə görülən tədbirlər - şagird sıxlığına nəzarət, dərslərin tədrisi formalarının dəyişdirilməsi, sanitariya-gigiyena qaydalarına riayət öz nəticələrini verməkdədir. Ötən dövr ərzində həm ölkə üzrə ümumi yoluxmaların azalması, həm də məktəbdə yoluxma hallarının olmaması nikbin qərarlar qəbul etməyə əsas verib. Belə ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarına uyğun olaraq, oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq. Məktəbəhazırlıq qruplarında sabahdan yarımqruplar şəklində tədris prosesinə start veriləcək. Həmçinin 1 oktyabr tarixindən V-IX sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər. Brifinqdə qeyd olunub ki, növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.  Ölkənin digər regionlarında yerləşən və  şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir. 15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər. Diqqətə çatdırılıb ki, xüsusi, internat tipli xüsusi, inteqrasiya təlimli internat tipli məktəblərdə, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərində təhsil əyani formada davam etdirilir. Brifinqdə teledərslərin əhəmiyyəti və onların izlənmə faizinin artırılması mühüm məsələ kimi vurğulanıb. Həmçinin bildirilib ki, hərbi vəziyyətin tələblərindən irəli gələn internet xidmətlərindəki məhdudiyyət səbəbindən ali təhsil müəssisələrində tədris müvəqqəti dayandırılıb. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!

30 sentyabr 2020-ci il tarixindən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu aktivləşdirilib. https://e-telebe.edu.az elektron portalı ilkin olaraq cari tədris (2020-2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatının aparılmasına və oktyabrın 7-dən etibarən isə yuxarı kurs tələbələrinə münasibətdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətləri qəbul edir. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə, yəni  oktyabrın 7-dək yekunlaşmalıdır. Bildiririk ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır. 2019-2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün  təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2019-2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020-2021-ci tədris ilinin payız semestri (yarımili)  üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcək. 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az  elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssislərində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. Onlardan 11 372 nəfəri bakalavriat, 752 nəfəri magistratura, 2 830 nəfəri subbakalavr, 190 nəfəri ilk peşə təhsili səviyyəsində və 65 nəfəri isə texniki peşə təhsili pilləsində təhsil alır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər. http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatının aparılmasına dair müraciətlərin qəbulu cari ilin oktyabrın 7-dək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə cari ilin oktyabrın 7-dən 20-dək aktiv olacaq. Təhsil müəssisələrinə rəsmi internet səhifələrində elektron ünvan (https://www.e-telebe.edu.az) göstərilməklə müvafiq elanın yerləşdirilməsi və tələbələrin məlumatlandırılması tövsiyə olunur.

29 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi davam edir

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət edənlərin sayı 1325 nəfəri ötüb. Müraciət edənlər arasında ümumtəhsil fənn müəllimi  vakansiyalarına daha çox maraq müşahidə olunur. Qeyd edək ki, sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Proses 1 oktyabr tarixinədək davam edəcək.

Vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

"Dərs vaxtı"nın 30 sentyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

28 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

İşğaldan azad olunmuş kəndlərimizin təhsil statistikası

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı