SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasından sevindirici xəbər
19-28 sentyabr 2020-ci il tarixlərində Sankt-Peterburqda 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. 105 ölkə və 616 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz virtual formada Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən qoşulublar. Azərbaycanı olimpiadada 6 şagirdimiz təmsil edib. Onlardan Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Ağazadə bürünc medala layiq görülüb. Həmin liseyin IX və XI sinif şagirdləri Toğrul Abbasov və Abbas Məmmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin X sinif şagirdi Yusif Qasımov və Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Vüqar Quliyev isə həvəsləndirici sertifikata layiq görülüblər. Qeyd edək ki, şagirdlərimiz 1993-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 8 gümüş, 37 bürünc medal əldə edilib.
29/09/2020 11:24
Dərslərə davamiyyətlə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin Məlumatı
İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!
29/09/2020 10:52
"Dərs vaxtı"nın 29 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 29-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
28/09/2020 21:48
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib
Sentyabrın 28-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 2 oktyabr saat 23:59-da başa çatacaq. Namizədlər qeydiyyat zamanı şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil edib, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. Namizədlər təhsil haqqında sənəd (diplom və ona əlavə) və əmək kitabçasını elektron ərizədə müvafiq xanalara yükləyərkən əmək kitabçası və təhsil haqqında sənədin yazılı qeydlər olan bütün səhifələrinin skan edilərək ayrı-ayrılıqda vahid fayl formatında olmasını nəzərə almalıdırlar. İmtahan mərhələsində iştirak zamanı yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün namizədlər elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq. Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə dair videotəlimat
28/09/2020 15:56
Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan məktəblilərimiz
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur. Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!
28/09/2020 13:26
Təhsil Nazirliyinin açıqlaması
Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu , həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə “Zəfər sənindir!” deyirik.
28/09/2020 11:16
"Dərs vaxtı"nın 28 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 28-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.
28/09/2020 09:24
552 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq
Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq. Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər: Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elan ediləcək vakant yerlər
26/09/2020 09:49
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı