• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Dərs vaxtı"nın 2 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 2-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

İlk dəfə olaraq qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə sertifikatlar təqdim olunub

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Azərbaycanda ilk mexanizmin icrasını həyata keçirib. İlk imtahan Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf Marketing Baku” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. İki gün davam edən prosesdə namizədlər özünü qiymətləndirmə, yazılı imtahan və praktiki tapşırıq mərhələsindən keçiblər. İmtahan üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təsis və sədrlik etdiyi qiymətləndirmə komissiyası bütün prosesə nəzarət edib. Komissiyaya TKTA ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Knauf Marketing Baku” şirkətinin nümayəndəsi, həmçinin qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ixtisaslaşmış beynəlxalq ekspert və iki yerli mütəxəssis cəlb edilib. Yuxarıda qeyd olunan nümayəndələrin iştirakı ilə TKTA tərəfindən təşkil edilən təltifolunma mərasimində imtahanın bütün mərhələləri üzrə yüksək nəticə göstərmiş namizədlərə rəsmi sertifikatlar təqdim edilib. Qeyd edək ki, ölkəmizdə ömürboyu təhsilin təminatı hədəfinə nail olunması baxımından, vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri kvalifikasiyaların tanınması, başqa sözlə onların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda aidiyyəti təhsil sənədinin verilməsi prosesi xüsusi önəm kəsb edir. Belə ki, bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək.

Ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair suallar və onların cavabları

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər necə keçirilməlidir? Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri (bütöv qrup və yarımqruplar üçün) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib https://edu.gov.az/az/page/555.  Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. “Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə  keçirilir. Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman “Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri “Ətraf aləmlə tanışlıq”, digəri isə “Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir. Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.   Sual: Məktəbəhazırlıq qrupunda distant dərslər nəzərdə tutulurmu? Cavab: Xeyr, nəzərdə tutulmur.   Sual: Məktəbəhazırlıq qrupu 2 yarımqrupa bölündüyü halda uşaqlar yalnız 6 saat təlim keçirlər. Belə olan halda onların almadıqları biliklər necə kompensasiya ediləcək? Cavab: Qrupda uşaq sayı az olduğundan müəllimlər daha intensiv işləyərək 2 mövzunu əhatə edəcəklər. Həmçinin teledərslərdə məktəbəhazırlıq qrupu üçün məşğələ vardır. Həmin məşğələ həm də valideynlər üçün  tövsiyələr təqdim edir.   Sual: I – IV siniflərin dərs cədvəlində hansı yeniliklər var? Cavab: Oktyabrın 1-dən I – IV sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərdə iştirak edəcək. Nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib. Şagird sayı 200-dən az olan məktəblərdə (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) sinifdə şagirdlərin sosial məsafə gözlənilməklə yerləşdirilməsi mümkün olduğu halda, ibtidai siniflər həftədə 5 dəfə ənənəvi qaydada dərsə gələ bilərlər. Bu zaman fiziki tərbiyə dərslərinin keçirilməsi tövsiyə edilmir.   Sual: V – IX siniflər nə zaman əyani dərslərə başlayacaq? Cavab: 1 oktyabr tarixindən V – IX sinif şagirdləri əyani dərslərə başlayıb. Bütün ölkə üzrə V – IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərdə iştirak edirlər.   Sual: V –IX siniflərin dərs cədvəli necə qurulmalıdır? Cavab: Dərs cədvəli nümunəsi (VII sinfin timsalında) Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib. https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-yarimqrup.pdf https://edu.gov.az/upload/file/ders-cedvelleri/ders-cedveli-7-ci-sinif-3gun-butov-sinif.pdf   Sual: Sinifdə şagird sayı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verirsə, V – IX siniflər 5 gün dərsə gələ bilərmi? Cavab: Xeyr. Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur. Epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.   Sual: Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda şənbə günləri dərs keçirilə bilərmi? Cavab: Xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini  nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.   Sual: Distant dərslər necə keçirilməlidir? Cavab: Ölkədə hərbi vəziyyət qüvvədə qaldığı müddətdə teledərslərdən yararlanmaq və şagirdlərdə müstəqil öyrənmə bacarıqları formalaşdırmaq tövsiyə edilir.   Sual: Əyani dərslərin gündəlik sayını artırmaq olarmı? Cavab: Tövsiyə edilən dərs cədvəllərində I – IV sinif şagirdləri üçün  həftədə 10-11 saat, V – IX sinif şagirdləri üçün isə 15 saat əyani dərs nəzərdə tutulur. Şagird yarımqrupları üçün əyani dərslərin miqdarını artırmaq bir neçə səbəbdən mümkün deyil: I səbəb – müəllimin izafi dərs yükü yaranır ki, bu da yolverilməzdir. II səbəb – şagird sıxlığını azaltmaq məqsədilə məktəblərin növbəli rejimə keçməsi və hər növbə arasında minimum 1 saat vaxtın sinif otağının dezinfeksiyasına və təmizlənməsinə ayrılması səbəbindən şagird yarımqruplarının gündəlik dərs yükünün artırılması cədvəldə problem yaradır.   Sual: X – XI sinif şagirdləri hazırda distant dərslərdə iştirak edə bilmirlər. Hansı tədbirlər görülür? Cavab: X – XI sinif şagirdləri teledərslərə baxmaqla yaranmış fasiləni kompensasiya etməlidirlər.

30 sentyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesi 15 oktyabr tarixinədək distant formada davam etdiriləcək. Həmin tarixdən etibarən isə tədris prosesinin hibrid olaraq - əyani və distant formalarda təşkili nəzərdə tutulur. Belə ki, oktyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədrisin əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlarda yerləşən peşə təhsili müəssisələrində isə həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilməsi planlaşdırılır. Distant tədrisin təşkili zamanı əsasən nəzəri modul və fənlərin tədrisinə üstünlük verilir. Distant dərslər virtual məktəb platforması üzərindən təşkil edilir və dərs saatının müddəti 30 dəqiqə müəyyən edilir. Sözügedən tədris prosesinin təşkili zamanı həmçinin teledərslərin izlənməsi xüsusilə təşviq edilir. Əyani tədrisin təşkili zamanı dərslər yarımqruplar şəklində, qrupda tələbə sayı 15 nəfərdən az olduğu təqdirdə isə tam qrup şəklində aparılacaq. Riyaziyyat, Azərbaycan dili, xarici dil və çağırışaqədərki hazırlıq kimi fənlərin tədrisi əyani formada aparılacaq. Həmçinin tədris dili rus dili olan qruplarda rus dili əyani tədris ediləcək. Dərslər növbəli cədvəl əsasında təşkil olunacaq, bundan əlavə modul və fənnin nəzərdə tutulan ümumi dərs saatları saxlanılmaqla, təlim nəticələri üzrə mövzular birləşdirilərək yarımqruplarda tədris ediləcək. Ümumtəhsil fənləri üzrə əyani dərslər həftədə 3 dəfə tətbiq edildikdə həftəlik əyani tədris saatı 6 saat, həftədə 2 dəfə tətbiq edildikdə 4 saat, rus bölməsi üzrə isə 5 saat təşkil edir. Bildiririk ki, əyani tədris formasında dərs saatı 30 dəqiqə müəyyən edilir. İstehsalat təlimi və modul üzrə praktiki dərslərdə 2 dərsin birləşdirilərək tədris edilməsi nəzərdə tutulur. Modullar blok formada ayrılmış cəmi dərs saatının miqdarı dəyişmədən onun tədrisinə ayrılan həftələr qısaldılaraq tədris ediləcək. Modul üzrə qiymətləndirmə bütün təlim nəticələrinin tədrisi başa çatdıqdan sonra 2 həftə ərzində aparılacaq.  

Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulunun müddəti uzadılır

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-dək uzadılıb. Müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq. Qeyd edək ki, elektron sənəd qəbulunun müddətinin uzadılması ölkədəki hərbi vəziyyət və internetə çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Müsabiqəyə elektron sənəd qəbulu başa çatdıqdan sonra növbəti mərhələlərin keçiriləcəyi tarix barədə ətraflı məlumat veriləcək. Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!  

Məktəbdənkənar təhsil müəssisəsində hərbi vətənpərvərlik mövzusunda təlimlər

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda maarifləndirmə təlimlərinə start verilib. Təlimlərin keçirilməsində məqsəd ölkədə elan olunan hərbi vəziyyət dövründə uşaq və gənclərin vətənpərvərlik ruhunun daha da artırılması, milli ordumuzun qüdrətinin təbliğ edilməsi, həmçinin Mərkəzin pedaqoji heyətinə ilk yardımın göstərilməsi, mülki müdafiənin dinc dövrdən hərbi vəziyyətə keçirilməsinin qaydaları və ardıcıllığının izah edilməsindən ibarətdir. "Mülki Müdafiə”, “İlk Tibbi Yardım” istiqamətləri üzrə təlimlər Mərkəzin əməkdaşı,  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov və müəssisənin peşəkar təlimçiləri tərəfindən keçirilir. Qeyd edək ki, sözügedən təlimlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.

V-IX siniflər əyani təhsilə başlayıblar

Oktyabrın 1-dən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları distant formada tədris ediləcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi pandemiya şəraitinə uyğun olaraq təşkil edilir, sanitar-epidemioloji qaydalara bütünlüklə əməl edilir.

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Pandemiya ilə əlaqədar olaraq sosial məsafə gözlənilməsi mümkün olmayan qruplarda məşğələlər  yarımqruplar üzrə  tədris olunacaq. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir. Qeyd edək ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşağın cəlb edilməsi nəzərdə tutulur.

Təhsil nazirinin videoqəbulunun vaxtı dəyişdirilib

Təhsil naziri Emin Əmrullayevin Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinləri ilə 2 oktyabr 2020-ci il tarixində nəzərdə tutulmuş videoqəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı