SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Növbəti yerləşdirmə üzrə elektron sənəd qəbulunun müddəti uzadıldı
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə elektron sənəd qəbulunun müddəti 6 oktyabr saat 23:59-dək uzadılıb. Yerləşdirmədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, 536 yeni yaranan vakant yer elan olunub. Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqənin əvvəlki mərhələlərinə ümumilikdə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
05/10/2020 14:27
İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırılıb
Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar. Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.
05/10/2020 11:40
Təhsil naziri Emin Əmrullayevin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
Əziz müəllimlərimiz, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır. Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm! Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun! Əziz müəllimlər, Bu vacib və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram!
05/10/2020 10:39
"Dərs vaxtı"nın 5 oktyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 5-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
05/10/2020 07:54
Təhsil Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul köçürüb
Təhsil Nazirliyi işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyuruq. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir. Zəfər sənindir, Azərbaycan əsgəri!
03/10/2020 12:44
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə birinci mərhələ başa çatıb
2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə sözügedən mərhələ zamanı ümumilikdə 2091 müraciət daxil olub. Elektron müraciət mərhələsi üzrə müsabiqə nəticələrinin 7 oktyabr 2020-ci il tarixinədək elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar müraciətçinin "Şəxsi kabinet" bölümündə yer alacaq. Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün 8-17 oktyabr tarixlərində müsahibə həyata keçiriləcək. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri haqqında həm "Şəxsi kabinet" vasitəsilə, həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq. Müsabiqədə ümumtəhsil fənn müəllimlərinin seçimi zamanı isə namizədin MİQ və diaqnostik balı əsas götürüləcək. Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.
03/10/2020 09:44
2500-dən çox namizəd direktor olmaq üçün müraciət edib
Sentyabrın 28-dən start verilən direktorların işə qəbulu üzrə müsabiqədə iştirak üçün 2508 namizəd elektron qeydiyyatdan keçib, 1648 namizəd müsabiqədə iştirakını təsdiq edib. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq. Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq. Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin qaydalarına dair video-infoqrafika
02/10/2020 17:09
Növbəti yerləşdirməyə start verilir
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirməyə start verilir. Yerləşdirmədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 18:00-dan 5 oktyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Növbəti yerləşdirmə zamanı boş qalan vakant yerlərlə yanaşı, yeni yaranan vakant yerlər də elan olunacaq. Bu mərhələdə 4000-dən çox vakant yerin çıxarılması nəzərdə tutulub. Müsabiqənin əsas və əlavə yerləşdirilmə mərhələsinə 9562 vakant yer çıxarılıb və 6417 namizəd işə qəbul edilib. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
02/10/2020 15:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı