SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Koreya Respublikasında 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd proqramı bakalavriat səviyyəsi üzrə elan edilib. Proqramda iştirak etmək istəyənlər üçün son müraciət tarixi 20 oktyabr 2020-ci il nəzərdə tutulub. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
07/10/2020 15:11
"Dərs vaxtı"nın 7 oktyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 7-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
06/10/2020 19:56
Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!
Təhsil Nazirliyi bildirir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 12-dək uzadılıb. Bildiyiniz kimi, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur. Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.
06/10/2020 15:13
Cəbrayıl rayonunun təhsil statistikası
Bu gün Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri də işğaldan azad olunub. Cəbrayıl rayonunun təhsil statistikasını təqdim edirik: Biz Sizə inanırıq, #AzərbaycanƏsgəri! #ZəfərSənindir! #QarabağAzərbaycandır
06/10/2020 13:12
3 mindən çox namizəd direktor olmaq üçün müraciət edib
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2479 namizəd elektron ərizəsini təsdiq edib. Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. İmtahan mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.
06/10/2020 10:21
"World Skills International” təşkilatına üzvlüyə son hazırlıq işləri
Azərbaycanın “World Skills International” (WSI) təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üzrə son tədbirlər həyata keçirilməkdədir. Ötən həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə WSI təşkilatının rəhbər heyəti arasında təşkilata üzvlük istiqamətində onlayn görüş baş tutub. Bu görüşün davamı olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı WSI təşkilatının fəaliyyət prinsipləri, standartları, eyni zamanda peşə yarışlarının keçirilmə qaydaları və prosedurları barədə Azərbaycan tərəfinə ətraflı məlumat verilib. Qeyd edək ki, WSI dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin Olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə üzvlüyün təsdiqlənməsi gözlənilir.
06/10/2020 09:34
"Dərs vaxtı"nın 6 oktyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 6-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
05/10/2020 21:03
Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatır
Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-da başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixədək miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq. Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.
05/10/2020 15:05
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı