• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Xarıbülbül" onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 23 noyabr - 15 dekabr tarixlərini əhatə edən uşaq-gənclər inkişaf mərkəzləri arasında “Xarıbülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd təhsilalanlara ölkəmizin tarixini daha dərindən mənimsətmək, onlarda vətənə məhəbbət və sədaqət hisslərini aşılamaq, istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Onlayn platformada təşkil olunan müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş qrupunda (7-13 yaş, 14-20 yaş) keçirilir. İştirakçılar yalnız 1 nominasiya üzrə müsabiqəyə qatıla bilərlər. Hər iki nominasiya üzrə ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə şeir nominasiyası üzrə Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı şeirlə və ya şagirdin öz yazdığı şeirlə qatılmaq mümkündür. Mahnı nominasiyası üzrə xalq mahnıları və Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazdığı mahnılar təqdim oluna, mahnı minusla və ya akopella ilə oxuna bilər. Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya +994 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994  55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr - 20 dekabr tarixlərini əhatə edən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verilib. İntellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir: I mərhələ: 23 noyabr-1 dekabr 2020-ci il. Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (ugim-2@mk.edu.az) göndərilməsi; II mərhələ: 1-15 dekabr 2020-ci il. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı; III mərhələ: 15-20 dekabr 2020-ci il.  İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi. Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook " səhifəsinə və +994 50  529 88 09 , +994 50  677 80 31 nömrələrinə müraciət edə bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 24 noyabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 24 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

5 754 809 dərs "Virtual məktəb"də

Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”dən faydalananların sayı artır. Belə ki, 15-21 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 285 399, müəllimlərin sayı 123 029, aktiv istifadəçilərin sayı 861 403 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 5 754 809 olub.

Dünyaca məşhur alim Əziz Sancardan 3 yaşlı Xədicənin təhsilinə dəstək

Kimya üzrə Nobel mükafatçısı, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini və bacısını itirmiş 3 yaşlı Xədicə Şahnəzərlinin gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb. Əziz Sancar müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı

Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq.  Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Qarabağın məşhur müəllimləri" - Səfərəli bəy Vəlibəyov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur. O,1861-ci ildə Şuşada anadan olub. 1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Səfərəli bəy müəllim kimi burada fəaliyyətə başlayıb və 1896-cı ilə qədər seminariyada işləyib. O, Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayıb. XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların Ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artır. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy tərəfindən açılıb. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub. Səfərəli bəy 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada iki il müəllimlik edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar. Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrət qazanmışdı. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

"Dərs vaxtı"nın 23 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 23-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Şuşa dərsi” keçirilib

Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib. Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu təhsil müəssisələrinin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Vaxtilə Şuşada məktəb direktoru, müəllim işləmiş və hazırda fəaliyyətlərini davam etdirən təhsil işçiləri, elm və təhsil xadimləri ilə aparılan müzakirələr vasitəsilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulub. Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” başlıqlı xalqa müraciətindən videoçarx təqdim edilib.  Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Qələbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb. Nazir müavini xatırladıb ki, 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edib. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail olub.  Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinin rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olduğunu deyən nazir müavini Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allahdən rəhmət, yaralılarımıza isə şəfa diləyib. Qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq. Firudin Qurbanov noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə hamını təbrik edərək vurğulayıb ki, əhalisinə görə Qarabağda ən böyük rayon olan Ağdam siyasi yolla, itkisiz azad olunub.   Nazir müavini çıxışına Qarabağın incisi, zəngin təbiət və mədəniyyəti ilə seçilən Şuşanın işğaldan azad edilməsi ilə bağlı dövlətimizin başçısı,  Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə davam edib: “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq. 30 illik həsrətə son qoyulur”.   Nazir müavini onu da bildirib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə hazırda müvafiq işlərə başlanılıb.     Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rol oynadığını qeyd edən nazir müavini bildirib ki, ötən yüzilliklərdən üzübəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusən görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub.     Şuşa qəza məktəbinin tarixinə toxunan Firudin Qurbanov deyib ki, bu qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulub. Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Bununla Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında, Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrki inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir.   Nazir müavini çıxışına bu sözlərlə davam edib:"Hazırda Şuşa rayonu üzrə 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilir. Bu gün də Şuşa məktəbləri, Şuşa müəllimləri harada olmalarından asılı olmayaraq, uşaqların əsl vətəndaş kimi və vətənpərvər böyümələrinə, biliklərə yiyələnmələrinə məsuliyyətlə yanaşırlar. Şuşa məktəbləri, Şuşa müəllimləri doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır. Onları yaşamağa və işləməyə ruhlandıran böyük inam, Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik verilməsidir".   Nazir müavini çıxışının sonunda tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən dəyərli fikirlər və irəli sürüləcək təkliflərin seminarın işinə töhfə verəcəyinə və gələcəkdə bununla bağlı keçiriləcək görüşlər, tədbirlər üçün Şuşada təhsilin inkişafının təmin olunmasında faydalı olacağına əminliyini ifadə edib. "Şuşa dərsi”nin moderatoru, T-NETWORK-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov öz növbəsində T-N-NETWORK olaraq Təhsil Nazirliyinin dəstəyi ilə silsilə olaraq təhsilin inkişafı istiqamətində müzakirələr təşkil etdiklərini vurğulayaraq, belə müzakirələri dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə T-NETWORK komandası adından xüsusi təşəkkür edib. Bildirilib ki, “Şuşa dərsi” Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planının tərkib hissəsidir. Müzakirələrdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov,  Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşada da məktəb direktorları işləmiş, hazırda Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru olan Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Naimə Əliyeva, eyni adlı məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək öz təcrübələrini paylaşıblar. Müzakirələr vasitəsilə "Şuşa məktəblərinin uğur sirri nədir?, Şuşadakı məktəblər hansı ənənələri ilə seçilib?, Hazırda bu ənənələrdən hansılar davam etdirilir?, Bu günün məktəblərinin Şuşa məktəblərindəki təlim-tədris praktikasından öyrənəcəyi nələr var?,  Dahilər yetişdirən məktəblərin xüsusiyyətləri nələrdir?, Daha bir Ü. Hacıbəyovun, Firudin bəy Köçərlinin və digər dahi şəxslərin yetişməsi üçün nələr etmək lazımdır?” kimi suallara cavab axtarılıb. Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən canlı yayımlanan və təhsil ictimaiyyətinin böyük marağına səbəb olan “Şuşa dərsi”ni 30 minə yaxın insan izləyib.  

Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb

Noyabrın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Nişantaşı Universitetinin rektoru Şenay Yalçın ilə görüşüb. Görüş zamanı Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib. Nazir Nişantaşı Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Gəncəni ziyarət etməsini və orada Ermənistanın hücumlarını pisləyən bəyanatı səsləndirməsini yüksək qiymətləndirib. Nişantaşı Universitetinin rektoru Şenay Yalçın Ermənistanın təcavüzünü pislədiyini və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha ifadə edib. Rektor münaqişədən zərərçəkmiş ailələrdən olan gənclər üçün rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən təhsil təqaüdlərinin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı