• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələrin nəzərinə!

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir. Cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər. Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.  Hazırda müraciətlərin qəbulu və  emalı prosesi davam edir.

"Dərs vaxtı"nın 26 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Son 3 il üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələri

Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub. Son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1013 nəfər, 2020-ci ildə 1163 nəfər həmin yaş aralığında olan şəxslərdir. Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə  17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir. 2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1139 nəfərini kişilər, 1135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1126 nəfərini kişilər, 1353 nəfərini qadınlar təşkil edib. 2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Belə ki, Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Ağdaş rayonlarıdır.

"Qarabağın məşhur müəllimləri" - Məmməd Aslan

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Məmməd Aslandır. O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə ali təhsilini tamamlayaraq təyinatla doğulduğu Kəlbəcər rayonuna göndərilib. Əmək fəaliyyətinə rayonunun Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. Ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamı olan Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. "Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb"- deyirdi. Şair bir şeirində "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər...", deyə yazmışdı. Amma bu gün o Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi Kəlbəcər... Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Kəlbəcər rayonunun təhsil statistikası

.

"Dərs vaxtı"nın 25 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 25-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

İnformatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində növbəti uğur

Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri təşkil edilib. 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formada keçirilib.  Artıq ikinci dəfədir ki sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bu turnirdə bürünc medal qazanıb.  Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi  "Azercell Telekom" şirkətinin dəstəyi ilə hayata keçirilir.

"Qarabağın məşhur müəllimləri" – Soltan Hacıbəyov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Soltan Hacıbəyovdur. Bəstəkar, dirijor, pedaqoq Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olub. Onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisi ilə bərabər, atasının əmisi oğlu, dahi Üzeyir Hacıbəyovun böyük xidməti olub. O, 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəyovun ailəsində yaşayaraq təhsil alıb. Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olaraq çalışıb. 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

"Dərs vaxtı"nın 24 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 24-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Virtual təhsilə dəstək" layihəsi

Təhsil Nazirliyinin "Virtual məktəb" üzrə dəstək çağırışlarına qoşulan “Enginet” şirkəti tərəfindən “Virtual təhsilə dəstək” layihəsinə start verilib. “Virtual təhsilə dəstək” layihəsinin məqsədi pandemiya dövründə təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində təhsil işçiləri ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar.  Bununla yanaşı, təqdim edilən xüsusi tarif vasitəsilə müəllimlər pulsuz mobil nömrə əldə edərək, güzəştli rabitə və internet imkanlardan faydalana bilərlər. Təqdim olunan bütün üstünlük və güzəştlərdən yararlanmaq və “Virtual təhsilə dəstək” layihəsinə qoşulmaq istəyən müəllimlər *1199 nömrəsinə zəng edərək və ya www.birlink.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, layihə “Enginet” şirkətinin təşkilatçılığı ilə “Bakcell”, “Azedunet”, “Microsoft Azərbaycan”, “Smart Electronics” şirkətləri və Təhsidə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı