• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 15 dekabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 15 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn iclası baş tutub. Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib ki, dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkədən 580 000-dən çox şagird, 310 000 valideyn, 52 000 müəllim, 19 000 məktəb iştirak edib. 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllimlə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak edən ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələri ilə ölkəmizin tarixi nəticə əldə etdiyini qeyd edən Elnur Nəsibov deyib ki, azərbaycanlı şagirdlər 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. TIMSS 2019-cu il beynəlxalq qiymətləndirilməsində ölkəmizin göstəriciləri barədə təqdimatla çıxış edən  Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Aygün Qurbanlının sözlərinə görə, riyaziyyat üzrə nailiyyətimiz TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə mövqe tutub. Həmçinin, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub. İclasda iştirak edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov,sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, Təhsil İnsitutunun direktor əvəzi Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mayis Əliyev  çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlərin  Cənubi Qafqazda ən yüksək nəticə ilə Fransa, İspaniya, Yeni Zelandiya kimi  inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək göstəriciləri böyük uğurdur. Bundan sonra da beynəlxalq qiymətləndirmələrdə nailiyyətlər qazanılması məqsədilə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Sonda İctimai şuranın sədr müavini Nadir İsrafilov “Təhsil strategiyası: yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

51-ci Beynəlxalq Fizika Olimpiadasında qazanılan uğur

7-14 dekabr 2020-ci il tarixlərində 51-ci Beynəlxalq Fizika Olimpiadası (Beynəlxalq Virtual Fizika olimpiadası) təşkil edilib. 47 ölkə və 235 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz onlayn qaydada qoşulublar.  Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurla iştirak ediblər. Belə ki,  Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Murad Bəşirov bürünc medala, həmin gimnaziyanın XI sinif şagirdi Sirac Yəhyazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə isə olimpiadanın “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.

Onlayn müsahibələrə start verilir

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Müsahibə mərhələsi “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər. Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=tTXd4FJHO1k&feature=emb_title Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

"Dərs vaxtı"nın 14 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Dərs vaxtı" izləyicilərinin nəzərinə!

Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib. Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq. "Dərs vaxtı" proqramının müvafiq cədvəli  "Dərs vaxtı"nın "Facebook" səhifəsində paylaşılacaq. Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

.

Təhsil naziri "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə görüşüb

Dekabrın 11-də təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə videogörüş keçirib. Layihənin 4 yaşı münasibətilə təşkil edilən görüşdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin  əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra layihə barədə videoçarx nümayiş olunub. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin 4 illik fəaliyyəti ərzində görülən işlərdən söz açıb. Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

"Dərs vaxtı" proqramında "Virtual məktəb" dərsləri

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək. Dərslərdə "Virtual məktəb"lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaq. Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik yayımlanan cədvəlində tanış ola bilərsiniz.

TIMSS 2019 nəticələri baxış bucağında

Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər  Fransa, İspaniya, Yeni Zelandiya kimi  inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar. Bununla bağlı tanınmış elm və təhsil adamlarının fikirlərini öyrəndik.    AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Sevindirici haldır ki, şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələri Avropanın  bir sıra inkişaf etmiş ölkələrindən öndədir, Cənubi Qafqazda isə ən yaxşısıdır. Eyni zamanda təbiət fənlərində də bu nəticəyə çatmalıyıq”. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara çığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.   Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimhan Mahmudov: “ Şagirdlərimizin riyaziyyat göstəricilərini təqdir edirəm və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsini arzulayıram”.   Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev: “Şagirdlərimizin riyaziyyat üzrə nəticələri indiki halda bizə yeni baxış üçün imkan yaradır, eyni zamanda təbiət fənləri üzrə sistemli iş aparmağı qarşımıza məqsəd kimi qoyur.   Unutmayaq ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.   ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla: “58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu, orta məktəblərimizin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir”.      

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı