SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Onlayn müsahibələrin keçiriləcəyi tarix şəxsi səhifələrə göndərilib
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix barədə məlumat göndərilib. Müsahibəyə qoşulmaq üçün keçid linki namizədlərin elektron poçt ünvanlarına göndəriləcək. Namizədlər eyni zamanda şəxsi səhifələrinə daxil olaraq videotəlimatla tanış ola bilərlər. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə dekabrın 14-də start veriləcək. Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!
11/12/2020 14:23
"Qarabağın məşhur müəllimləri" - Fərhad Ağazadə
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist Fərhad Ağazadədir. 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olub. Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub. Fərhad Ağazadə 1900-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra Xaldan, Şuşa, Gorus, Gəncə məktəblərində müəllim işləyib. 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirib, rus-müsəlman və "Səadət" məktəblərində çalışıb. Fərhad Ağazadə deyirdi: "Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır". Ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundovdan sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
11/12/2020 11:30
2021-2022-ci tədris ili üzrə Çində təqaüd proqramı
Çin Xalq Respublikası 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu 6 yanvar 2021-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
11/12/2020 10:39
"Dərs vaxtı"nın 11 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
11/12/2020 07:57
"Qarabağ Azərbaycandır!" onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib
"Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə rəsm işlərinin qəbulu dekabrın 15-dək davam edəcək. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər. İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar: - Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir; - Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər; - Rəsmlər maksimum A2 formatda olmalıdır; - Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş, flamaster, pastel təbaşir, tuş və s.); - Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır; - Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır; - Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin (ugim-3@mk.edu.az) elektron ünvanına göndərilməlidir. Müsabiqə 3 mərhələdə keçirilir: I mərhələ – 18 noyabr - 15 dekabr 2020-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu II mərhələ – 15-23 dekabr 2020-ci il. Rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi III mərhələ- 24-29 dekabr 2020-ci il. Müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi. Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək. Müsabiqə ilə bağlı əlavə suallarınız olarsa, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifələrinə müraciət edə və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yarada bilərsiniz. Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində təqdim olunub. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.
10/12/2020 09:33
"Dərs vaxtı"nın 10 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 10-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
10/12/2020 08:26
14 dekabrda onlayn müsahibələrə başlanılır
14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Qeyd edək ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər. Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: Bütün namizədlərə uğurlar arzu edirik!
09/12/2020 16:29
Xaricdə dövlət hesabına doktorantura təhsili üçün sənəd qəbulu davam edir
Təhsil Nazirliyinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində doktorantların təhsil, təqaüd, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərinin maliyyələşdirilməsi həyata keçirilir. Qeyd edək ki, ilk sənəd qəbulu 2019-cu ilin noyabr ayında başlamış Dövlət Proqramında artıq 56 tələbə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə namizədlər arasında seçilərək ABŞ, Almaniya, Birləşmiş Krallıq, Belçika kimi ölkələrdə təhsil alıb, tədqiqatlarını aparmaq hüququ qazanıblar. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər. Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.
09/12/2020 13:56
Şagirdlərimizin TİMSS 2019 nəticələri
Azərbaycanlı şagirdlər TİMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə uğurlu nəticələr əldə edib.
09/12/2020 13:04
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı