SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
TIMSS 2019 nəticələri baxış bucağında
Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar. Bununla bağlı tanınmış elm və təhsil adamlarının fikirlərini öyrəndik.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Sevindirici haldır ki, şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələri Avropanın bir sıra inkişaf etmiş ölkələrindən öndədir, Cənubi Qafqazda isə ən yaxşısıdır. Eyni zamanda təbiət fənlərində də bu nəticəyə çatmalıyıq”. |
|
|
|
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara çığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.
|
|
|
|
|
|
|
|
|
|
|
|
ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla: “58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu, orta məktəblərimizin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir”.
|
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl


Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimhan Mahmudov: “ Şagirdlərimizin riyaziyyat göstəricilərini təqdir edirəm və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsini arzulayıram”.
Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev: “Şagirdlərimizin riyaziyyat üzrə nəticələri indiki halda bizə yeni baxış üçün imkan yaradır, eyni zamanda təbiət fənləri üzrə sistemli iş aparmağı qarşımıza məqsəd kimi qoyur. Unutmayaq ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.