• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə teledərslərin 25 dekabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 25 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Qayıdış" onlayn respublika rəsm müsabiqəsi yekunlaşıb

25 noyabr-22 dekabr tarixlərində keçirilən “Qayıdış” onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində məqsəd Qarabağı gənclərə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarət olub. Onlayn platformada 3 yaş qrupu üzrə (6-11 yaş, 12-14 yaş, 15-18 yaş) keçirilən müsabiqədə Bakı və Naxçıvan şəhərlərində, eləcə də respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 42 uşaq-gənclər inkişaf mərkəzlərindən 193 rəsm işi ilə 182 dərnək üzvü iştirak edib. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə istedadlı iştirakçılar qiymətləndirilərək qaliblər müəyyən olunub. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları, digər iştirakçılar isə həvəsləndirici diplomlarla təltif olunub.

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində şagirdlər üçün onlayn yarış

Dekabrın 25-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma və riyaziyyat üzrə 8-15 yaş arası şagirdlər üçün "Qış onlayn yarışı"na start veriləcək. Yarış yeni il ərəfəsində şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda onların proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Yarışın süjetinə əsasən, iştirakçılar 31 dekabr tarixinədək qarşıdan gələn yeni ili xilas etməlidirlər. Bunun üçün onlara verilən tapşırıqları düzgün yerinə yetirməlidirlər. Yarışda şagirdlər sinif yoldaşları ilə birgə 3-6 nəfərdən ibarət komanda yaradaraq iştirak edə bilərlər. İştirak üçün http://questreg.algoritmika.az/ keçidi vasitəsilə platformadan qeydiyyatdan keçmək lazımdır. Qaliblərə hədiyyələr iki - beynəlxalq və yerli nominasiyalar üzrə təqdim olunacaq. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən etibarən Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, 120 000-dən çox şagirdi əhatə edir.

"Dərs vaxtı"nın 24 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 24-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Azərbaycan dili (tədris dili) üzrə yeni dərsliyin fərqli cəhətləri – video

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində istifadəyə verilən yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)” dərsliyi də var. Təhsil İnstitutu tərəfindən dərslik komplektinin hazırlanma prosesində dünyada qəbul olunmuş müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri, habelə şagirdlərdə oxu və yazma savadlılığının müəyyənləşdirilməsi üzrə PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplekti hazırlanıb. Sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.  

Peşə təhsili üzrə 200-dən artıq videodərs yayımlanıb

 “Koronavirus” (COVID-19) pandemiyası dövründə tədris prosesinin effektivliyinin artırılması məqsədilə peşə təhsili pilləsi üzrə telekanallar, həmçinin müxtəlif platformalar vasitəsilə 200-dən artıq videodərs yayımlanıb.  Videodərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə, dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Bugünədək peşə təhsili istiqamətində tədrisi aparılan əsas baza modulları üzrə 58, praktiki ixtisas dərsləri üzrə 124, nəzəri ixtisas dərsləri üzrə 35 videodərs çəkilib. Hazırlanan videodərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “Youtube” (https://bit.ly/2KobUFk) kanalı və Təhsil Nazirliyinin https://video.edu.az/ platforması üzərindən izləmək mümkündür. Qeyd edək ki, bir sıra dərslərin çəkilişində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsinə istiqamətlənən, BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilmiş layihələrin də qatqısı olub.

"Qarabağın məşhur müəllimləri" – Mirzə Xosrov Axundzadə

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri, görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir. 1889-cu il iyul ayının 13-də Şuşada anadan olub. 1906-cı ildən 1913-cü ilə qədər Şuşada "Nəşr-maarif cəmiyyəti", 1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olub və anadilli təhsili öz işi ilə təbliğ edib. 1920-ci ildə Şuşada təşkil edilmiş "Nərimaniyyə" və "Haşimiyyə" məktəbləri əhalinin maariflənməsində müstəsna rol oynayıb. Xosrov Axundzadə də bu məktəblərdə çalışırdı. O, 1928-ci ildə dərs demək üçün Xocavənd rayonuna göndərilib. 1932-ci ildə yenidən Şuşaya qayıdan Xosrov Axundzadə müəllimliyini burada davam etdirməklə yanaşı, eyni zamanda savadsızlığın ləğvi hərəkatında fəal iştirak edib. Həmçinin 1935-ci ildən başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifləndirici iş aparıb. Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi Xosrov Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi üzərində böyük əmək sərf edib. 50 illik pedaqoji fəaliyyəti dövründə öyrədə-öyrədə özü də öyrənirdi. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

V Beynəlxalq Meqapolislər Olimpiadasından 7 medal

16-22 dekabr tarixlərində Moskva şəhərinin təşkilatçılığı ilə virtual formada V Beynəlxalq Meqapolislər Olimpiadası keçirilib. Dünyanın 31 meqapolisinin iştirak etdiyi və fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilən beynəlxalq olimpiadada məktəblilərimiz uğurla çıxış edərək ümumilikdə 7 medal qazanıb. Belə ki, riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdləri Amin Cəfərzadə  və Toğrul Abbasov gümüş medal əldə edib. Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov, kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi  Xanım Yaqublu, informatika fənni üzrə Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Amin Cəlilov isə bürünc medala layiq görülüb. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri “Azercell” Telekom şirkətinin dəstəyi ilə həyata keçirilir. 

Məktəb psixoloqları üçün ixtisasartırma təlimləri

Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib.  Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlərin əsas məqsədi məktəb psixoloqlarının şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır.  Təlimlərə ölkə üzrə 800 məktəb psixoloqu cəlb olunub. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən "Microsoft Teams" platforması üzərindən keçirilir.  Bu günədək "Distant psixoloji məsləhət prosesinə giriş", "Psixoloji məsləhət prosesinə başlayarkən", "Onlayn təlim və superviziya", "Onlayn psixoloji məsləhətdə müraciət edən şəxsi məlumatlandırma", "Onlayn terapiyada psixodiaqnostik vasitələrin tətbiqi" mövzularında təlimlər keçirilib.  Qeyd edək ki, təlimlər 25 dekabr tarixinədək davam edəcək. 

"Dərs vaxtı"nın 23 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 23-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı