• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Sağlam Mühit – Sağlam Gələcək" layihəsi çərçivəsində məktəblilər üçün cizgi filmi

 “Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün iqlim dəyişmələri mövzusunda cizgi filmi hazırlanıb. Cizgi filmi məktəblinin dili ilə məişətdə iqlim dəyişmələrinin qarşısının necə alına biləcəyindən bəhs edir. Layihə çərçivəsində daha iki öyrədici animasiya filminin hazırlanaraq məktəbli, valideyn və müəllimlərə təqdim olunması, həmçinin iqlim dəyişmələrinin şəhər həyatı və təbiətdə yaratdığı fəsadlar, onların qarşısının alınması barəsində azyaşlı məktəblilər üçün maarifləndirici video-oyun tətbiqinin hazırlanması planlaşdırılıb. Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı - Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır. 2019-cu ilin iyun ayından başlamış “Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzuları üzrə təlimləndirilib. Təhsilalan və təhsilverənlərdən savayı, layihənin hədəf qrupu kimi valideynlər üçün məişət zəminində iqlim dəyişmələrinin qarşısının alınması vasitələrinin öyrədilməsinə dair onlayn vebinarlar təşkil olunub.  

2020-ci təqvim ili rəqəmlərdə - Məktəb tikintisi

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.  

"Qarabağ üçün yarat (Create for Karabakh)" virtual rəsm sərgisi keçirilib

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf  Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat (Create for Karabakh)” adlı virtual rəsm sərgisi keçirilib. Sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub. Virtual sərgidə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim olunub. Rəsmlərdə Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və qəhrəmanlarının döyüş əzmi öz əksini tapıb. Sərginin yekunu ilə bağlı təşkil edilən tədbirdə çıxış edən “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

2020-ci təqvim ili rəqəmlərdə - Məktəblilərimizin uğuru

2020-ci ildə Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 41 bürünc medal və 15 həvəsləndirici mükafat olmaqla ümumilikdə 63 medal əldə ediblər.

2020-ci təqvim ili rəqəmlərdə - İcma əsaslı məktəbəqədər təhsil qrupları

Ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

"Sağlam Mühit – Sağlam Gələcək" layihəsi çərçivəsində məktəblilər üçün çizgi filmi

 “Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün iqlim dəyişmələri mövzusunda çizgi filmi hazırlanıb. Çizgi filmi məktəblinin dili ilə məişətdə iqlim dəyişmələrinin qarşısının necə alına biləcəyindən bəhs edir. Layihə çərçivəsində daha iki öyrədici animasiya filminin hazırlanaraq məktəbli, valideyn və müəllimlərə təqdim olunması, həmçinin iqlim dəyişmələrinin şəhər həyatı və təbiətdə yaratdığı fəsadlar, onların qarşısının alınması barəsində azyaşlı məktəblilər üçün maarifləndirici video-oyun tətbiqinin hazırlanması planlaşdırılıb. Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı - Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır. 2019-cu ilin iyun ayından başlamış “Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 170 sinif müəllimi iqlim dəyişmələri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzuları üzrə təlimləndirilib. Təhsilalan və təhsilverənlərdən savayı, layihənin hədəf qrupu kimi valideynlər üçün məişət zəminində iqlim dəyişmələrinin qarşısının alınması vasitələrinin öyrədilməsinə dair onlayn vebinarlar təşkil olunub.  

Azərbaycan dili (dövlət dili) üzrə yeni dərsliyin fərqli cəhətləri – video

2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif Azərbaycan dili (dövlət dili) üzrə dərslik yeni nəsil dərsliklərin sırasındadır. Bu ildən etibarən təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili dövlət dili kimi yeni dərslik əsasında tədris olunur. Bu dərslik təlim digər dillərdə aparılan ibtidai siniflərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi resursu olub, məzmun, quruluş və tərtibat konsepsiyası baxımından qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Təhsil İnstitutu tərəfindən hazırlanmış sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.  

Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün vebinarlar

Dekabrın 25-dən etibarən Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün "Ortaq təhsil layihələrinin yaradılması" mövzusunda vebinarlara start verilir.  5 gün davam edəcək vebinarların təşkil olunmasında məqsəd iki qardaş ölkə arasında müəllimlərə öz layihə ideyaları barədə fikir mübadiləsi aparmağa və ortaq təhsil layihələri üçün bir araya gəlməyə şərait yaratmaqdır.  "Virtual məktəb" platforması üzərindən hər gün saat 21:00-da keçiriləcək vebinarların keçid linkləri “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində təqdim olunacaq.  Qeyd edək ki, vebinarlar ölkədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsi çərçivəsində həyata keçirilir. 

"Dərs vaxtı"nın 25 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 25-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Qələbə dərsləri"

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir. Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzuları müvafiq siniflər üzrə distant dərs zamanı istifadə etmək planlaşdırılır. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI siniflər üzrə uyğun materiallar tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin ( ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq. Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı ARTİ TİPİM-ə bildirmək xahiş olunur. Mövzularla qeyd edilən linkə ( http://www.tipii.edu.az/az/article/618-quot-qalaba-darslari-quot-silsilasindan-movzular) daxil olaraq tanış ola bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı