• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2020-ci təqvim ili rəqəmlərdə - Həssas qruplardan olan tələbələrə dəstək

Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunmuş festival keçirilib

Dekabrın 28-də Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə layihəsi çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalı keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş festivalın budəfəki mövzusu “Azərbaycan xalçaları” olub. Festivalın birinci mərhələsinin yekunu ilə bağlı tədbirdə çıxş edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənətinin qədim və zəngin tarixə malik olduğunu deyib. Nazir müavini bu qədim sənətin ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü vurğulayıb. Firudin Qurbanov təəssüf hissi ilə qeyd edib ki, erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, o cümlədən dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları qarət edilib. Nazir müavini bildirib ki, xalçanın onu yaradıcı xalqın həyatında necə böyük əhəmiyyət kəsb etdiyi bədii ədəbiyyatda  da öz əksini tapıb. Xatırladıb ki, buna ən bariz nümunə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanıdır. Romanda “Yusif-Züleyxa” xalçasını ingilisə satmaqdan qəti imtina edən Sonaya bütün xalq arxa durur. Onun qətiyyətli hərəkəti, “İtə ataram, yada satmaram” qənaəti xalqın birliyindən, mübarizə amalından, işğalçılara nifrət hissindən, milli varlığa sonsuz sevgisindən güc alır. Mir Cəlal xalqın nümayiş etdirdiyi bu milli həmrəyliyi, yenilməz iradəni sevə-sevə tərənnüm edir. Firudin Qurbanov əlavə edib ki, bu gün dövlətin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. Dövlət qayğısının nümunəsi olan və 2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Tədbirdə məlumat verilib ki, festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb. Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər. Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.

İşğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu

Dekabrın 28-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” adlı onlayn “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın keçirilməsində məqsəd Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqlarının artırılması, “Yaşıl şəbəkə” proqramı və “Mədəni irs məktəblilər üçün onlayn platforma”nın əhatə dairəsinin genişləndirilməsi və gücləndirilməsi olub. Həmçinin, uşaq və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakının təmin edilməsi, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, diyarşünaslıq, ekoturizmin inkişafı və ətraf mühitin mühafizəsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla birgə 2021-ci ilin l yarısında keçiriləcək silsilə tədbirlərə uşaq və gənclərin cəlb edilməsi də əsas məqsədlərdən olub. Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan xalqının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun Vətən Müharibəsində tarixi qələbəsi ilə həm də Qarabağ ərazilərinin ekoloji vəziyyətinin, milli-mədəni irsimizin bərpası və inkişafının təmin edildiyini vurğulayıb. Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Firudin Qurbanov diqqətə çatdırıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. İşğal olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır. Nazir müavinin sözlərinə görə, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək. Nazir müavini sonda tədbir iştirakçılarını Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, Qarabağın inkişafı və modernləşdirilməsi naminə uğurlar arzulayıb. Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə təqdimatlarla çıxış ediblər. “Dəyirmi masa”da mövzu ətrafında müzakirələr aparılıb və RUGİM tərəfindən “Yaşıl şəbəkə”, eləcə də “Mədəni irs məktəblilər üçün onlayn platforma”da keçirilən proqramların təqdimatı olub.   

"Dərs vaxtı"nın 29 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 29-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

İngilis dilinin tədrisində yeni yanaşma: "Happy Campers" dərsliyi - video

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır. “Edumedia-Azərbaycan” şirkəti tərəfindən yerli kontekstə və müvafiq təhsil proqramına uyğunlaşdırılan bu dərslik komplektinin məzmunu ibtidai sinif şagirdlərinin yaş psixologiyası xüsusiyyətləri nəzərə alınaraq, çoxlu sayda musiqi və didaktik oyunlardan ibarət dərs materialları ilə təchiz edilib. Sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.  

Peşə təhsili üzrə teledərslərin 29 dekabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 29 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

İkili diplom proqramı üzrə təhsil almaq istəyənlərin nəzərinə!

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir.  Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

6000-ci buraxılış: “Dərs vaxtı” efirdədir

Dekabrın 28-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin yeni tədris ilində 6000-ci buraxılışı efirə gedib. Cari ilin 11 mart tarixindən start verilən və həftəiçi 5 gün yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır. "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.  

Cari ildə kvalifikasiyaların tanınması sahəsində təkmilləşdirilmələr aparılıb

Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb. Son dövrdə xarici kvalifikasiyaların tanınması istiqamətində görülmüş işlər çərçivəsində digər dövlət qurumlarının məlumat bazaları ilə qarşılıqlı inteqrasiya təmin olunub. Həmçinin, elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb. Əlavə olaraq, Agentlik son dövrdə mütəmadi olaraq ekspert bazasını gücləndirib və aidiyyəti sahədə fəaliyyət göstərən Avropanın qabaqcıl qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirib. Görülən işlərin davamı olaraq, növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur. Cari ildə ilk dəfə olaraq vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması həyata keçirilib. Sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub. Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilməkdədir (Cari ildə 20 nəfər “bərbər” ixtisası üzrə bilik imtahanından keçib). Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyəinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq. Agentlik tərəfindən qeyd olunan sahələr üzrə proseslərin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər növbəti dövrdə də davam etdiriləcək.

2020-ci təqvim ili rəqəmlərdə - Yüksək texniki peşə təhsili

2020-ci tədris ilindən etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2 ixtisas üzrə yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı