SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Biz sülh istəyirik!" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş "Biz sülh istəyirik" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlarla görüş təşkil etmək, onlar arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri yaratmaq, həmvətənlərimizin sülh arzularının, tarixi qələbə sevincinin ifadə olunmasına şərait yaratmaqdan ibarət olub. "Dəyirmi masa"da Amerika, Türkiyə, Almaniya, İsveç, Kanada, Gürcüstan, Norveç, Ukrayna, Misir və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlar, o cümlədən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edib. Görüşdə iştirakçılar bütün dünya uşaqlarına sülh arzu etdiklərini, torpaqlarımızın işğaldan azad edilməsi ilə qürurlandıqlarını qeyd edib və Azərbaycanın tarixi qələbəsi münasibətilə təbriklərini ifadə ediblər.
30/12/2020 15:17
Təhsil naziri ilin yekunları ilə bağlı İctimai Şura ilə görüşüb
Dekabrın 29-da təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn formatda görüş keçirib. İlin yekunlarına həsr olunmuş görüşdə təhsil naziri əvvəlcə Şura üzvlərini Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə təbrik edib və bunun dövlətimizin inkişafı üçün çox əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Emin Əmrullayev işğaldan azad edilmiş torpaqlarımızda növbəti il üçün təhsil istiqamətində əhəmiyyətli işlərin planlaşdırıldığını qeyd edib. Nazir eyni zamanda Şura üzvləri ilə 2021-ci ildə nazirlik tərəfindən planlaşdırılan fəaliyyətlər barədə də fikirlərini bölüşüb. İctimai Şura sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə təbriklərə qoşulub və 2021-ci ildə təhsil sahəsində böyük dəyişikliklər ili olacağına inamını qeyd edib. Görüşdə iştirak edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Nadir İsrafilov, İlqar Orucov, Mirzə Cəfərzadə və Mais Əliyev 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar. Görüşdə Şura üzvləri nazirliyin 2020-ci ildə həyata keçirdiyi islahatlar barədə məlumatlandırılıb və bu işlərin mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə təhsilin yenidən təşkili məsələlərində ictimaiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb. Sonda təhsil naziri İctimai Şura üzvlərini qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb. Nazir 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək islahat və tədbirlərin icrasında İctimai Şura ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.
30/12/2020 13:38
"Könüllülər ili"nə həsr olunmuş hesabat konfransı
Dekabrın 29-da “Könüllülər ili” adlı hesabat konfransı keçirilib. COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin ən uğurlu modellərindən birinin ölkəmizdə könüllülük hərəkatının yaranması olduğunu xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, hər bir bölgəyə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Firudin Qurbanov könüllülük hərəkatının təhsil sisteminə müsbət təsir göstərdiyini də qeyd edib. Bildirib ki, tələbələrin bu hərəkata cəlb olunması onlarda aktiv həyat mövqeyi, vərdiş və bacarıqlarını inkişaf etdirir, biliklərini artırır, vətənpərvərlik ruhunu gücləndirir. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramı barədə danışan nazir müavini deyib ki, bu hərəkatla tələbə-gənclərin həyat və fəaliyyətində yeni bir mərhələ başlayıb. Nazir müavini qeyd edib ki, yeni çağırışlar yalnız tələbə-könüllüləri deyil, bütün gəncləri qlobal çağırışlara adekvat fəaliyyət sahələri seçməyə, yüksək peşəkarlığa malik, rəqabətə davamlı mütəxəssis kimi yetişməyə, innovativ və yaradıcı fəaliyyətə səfərbər etməlidir. Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini, onlar tərəfindən həyata keçirilən humanitar aksiyaları diqqətə çatdıran Firudin Qurbanov deyib ki, 100-dən çox BİR Könüllü “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyət göstəriblər. Eyni zamanda müxtəlif müddətlərdə keçirilən “Könüllü donor”, “Könüllü qonşu”, “Gələcəyimizi qoruyaq!” aksiyalarında yüzlərlə BİR Könüllü fəal iştirak edərək pandemiya dövründə əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərə töhfə verib. Vətən Müharibəsi dövründə Azərbaycan könüllüləri fəal iştirak edib, cəbhə ilə yanaşı informasiya müharibəsində də düşmənə layiqli cavab veriblər. Nazir müavini çıxışının sonunda ölkədə könüllülük hərəkatına töhfə vermiş hər kəsə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin Seyidzadə və konkfransda iştirak edən könüllülər çıxış ediblər. Konfransda könüllülər ili ərzində görülmüş işlərə dair videoçarx da nümayiş olunub.
30/12/2020 12:43
2020-ci təqvim ili rəqəmlərdə - Müəllimlər üçün təlimlər
Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində "Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib.
30/12/2020 09:12
Şagirdlərin məktəbdənkənar fəaliyyət üzrə iştirakı təmin olunub
2020-2021-ci tədris ilinin dekabr ayı ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən onlayn formatda təşkil olunan dərslərdə 25 233 qrup və dərnək üzvlərinin, 1 533 pedaqoji heyətin iştirakı təmin olunub. Dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 17 uşaq-gənclər idman-şahmat məktəbi üzrə müxtəlif idman növlərində 15 766 məktəbli, 960 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhəri İdman Liseyi üzrə 2 898 məktəbli, 165 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 100-dən çox müxtəlif dərnək üzrə 6 569 şagird, 408 dərnək rəhbəri cəlb edilib. Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər uşaqların fiziki sağlamlıqlarının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar. Bundan əlavə, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” telekanalında həftəiçi yayımlanan "Dərs vaxtı" proqramı çərçivəsində məktəbdənkənar fəaliyyət, futbol və futzal idman növləri üzrə ustad dərsləri yayımlanır. Qeyd edək ki, cari il ərzində ümumilikdə 45 mindən çox məktəblinin və 3 mindən çox pedaqoji heyətin məktəbdənkənar təhsil sahəsi üzrə onlayn dərslərdə iştirakı təmin edilib.
30/12/2020 09:06
2020-ci təqvim ili rəqəmlərdə - Məktəbdənkənar fəaliyyət
Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib.
30/12/2020 08:44
"Dərs vaxtı"nın 30 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
30/12/2020 08:22
Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüşüb
Təhsil naziri Emin Əmrullayev “Həmrəylik Günü” və “Vətən müharibəsi”ndəki qələbə münasibəti ilə xaricdə akademik fəaliyyətlə məşğul olan, dünyanın aparıcı universitetlərində çalışan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib. Görüşün əsas məqsədi xaricdə akademik fəaliyyətlə məşğul olan soydaşlarımızın ölkəmizdə təhsil sahəsinin inkişafı ilə bağlı təkliflərini dəyərləndirmək, eyni zamanda bu sahədə aparılan islahat və görüləcək işlər barəsində həmyerlilərimizi məlumatlandırmaqla yanaşı, onların bu prosesə fərdi töhfəsini müəyyən etməkdən ibarət olub. Görüşdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, dünyanın qabaqcıl xarici ali təhsil müəssisələrində elmi araşdırma ilə məşğul olan məzunlar, eyni zamanda digər təqaüd proqramları və ya şəxsi vəsaiti hesabına xaricdə təhsil almış və hazırda xarici ali təhsil müəssisələrində akademik heyətdə təmsil olunan şəxslərin bir qismi iştirak edib. Tədbir iştirakçıları ölkəmizdə elm və təhsilin inkişafı üçün xarici təcrübədən yararlanmaq məqsədi ilə fikir mübadiləsi aparıb, ali təhsil müəssisələrində tədris və tədqiqatın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Sonda təhsil naziri Emin Əmrullayev görüş iştirakçılarını Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, hər birinə uğurlar arzulayıb. Qeyd edilib ki, görüşdə səsləndirilən təkliflərin aidiyyəti üzrə dəyərləndirilməsindən sonra xaricdə akademik müstəvidə təmsil olunan soydaşlarımızın tədris, təlim və tədqiqat imkanları üzrə töhfəsi nəzərdən keçiriləcək və ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.
29/12/2020 17:05
6 164 209 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 20-27 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 164 209 təşkil edib.
29/12/2020 14:48
"Virtual məktəb"də 2019-2020-ci tədris ili üzrə siniflər silinəcək
Hazırda "Virtual məktəb" platformasında dərslər cari tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir. Bunu nəzərə alaraq, 1-2 yanvar 2021-ci il tarixlərində “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur. Bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlərdən köhnə siniflər üzrə işləri yekunlaşdırmaq xahiş olunur. Qeyd edək ki, platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olub, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər. Cari ilin 2 aprel tarixindən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.
29/12/2020 11:13
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı