SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
6000-ci buraxılış: “Dərs vaxtı” efirdədir
Dekabrın 28-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin yeni tədris ilində 6000-ci buraxılışı efirə gedib.
Cari ilin 11 mart tarixindən start verilən və həftəiçi 5 gün yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır.
"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl