• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir Beynəlxalq Təhsil Günü ilə bağlı tvit paylaşıb

Təhsil naziri Emin Əmrullayev 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi "Twitter" hesabında paylaşım edib.

 

Nazir qeyd edib ki, Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb.

 

Nazir tvit paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

 

Qeyd edək ki, məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olub.

 

1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.


3 il əvvəl