• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrda 257 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, oktyabr ayı üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 95, Rusiyadan 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslar isə iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

 

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az  keçidinə daxil ola bilərlər.


2 il əvvəl