• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Rəqəmsal təhsil” mövzusunda "dəyirmi masa" keçirilib

“Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri ilə bağlı Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyə infotur təşkil edilib.

İnfoturda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, layihələrin əhatə etdiyi müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Məqsəd infotur iştirakçılarını sözügedən layihələr çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

İştirakçılar əvvəlcə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni formatda keçirilən informatika dərsinin, həmçinin pilot layihə olan STEAM fənninin tədris prosesini izləyiblər.

Daha sonra İctimai Şuranın üzvləri və layihələrin əhatə etdiyi müəllimlərin iştirakı ilə “Rəqəmsal təhsil” mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa" çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin informatika fənnini mənimsəməsində rolu müzakirə olunub. Bildirilib ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Daha sonra bu ildən pilot olaraq həyata keçirilən “STEAM” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən başladılan layihə hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir.  Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.

İctimai Şuranın üzvləri də öz növbəsində şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihələrin rolunu yüksək qiymətləndiriblər. Yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb.

Sonda geniş fikir mübadiləsi aparılıb.


6 il əvvəl