• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətəndaşlarla iş bölməsinə 15 773 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15 773 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 132 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2641 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1447  (591 ərizə, 856 məktub) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, xaricdə təhsil, diplomların tanınması və digər bu kimi məsələləri əhatə edib.  


6 il əvvəl