SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Elmi jurnallar
Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən elmi və elmi-metodik jurnallar, o cümlədən 1 elektron və 2 beynəlxalq elmi jurnal mühüm rol oynayır. Son illər Təhsil Nazirliyi tərəfindən daha iki jurnal - “Kurikulum” jurnalı və “Gənc İstedad” jurnalı təsis edilib.
Ali məktəblərdə nəşr olunan jurnalların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən və Ali Attestasiya Komissiyası tərəfindən tanınan dövri elmi nəşrlərin siyahısı