SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlər yalnız Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək. Təlimdə əhatə ediləcək mövzular: Təhsildə keyfiyyətin idarəedilməsi Təhsili idarəetmənin hüquqi əsasları Kompüter və təlim texnologiyaları Təhsildə statistika və təhlil Təhsilin idarəedilməsi və monitorinqi Təhsili idarəetmənin psixoloji əsasları Kurikulum: Nəzəriyyə və tətbiq Təhsildə maliyyənin idarəolunması Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum tələblər: Ali pedaqoji təhsil 3 (üç) il pedaqoji iş təcrübəsi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbuletmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı Məntiqi düşüncə bacarığı Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 20 fevral 2016-сı il. Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri müraciət forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslər təlimlərdə iştirak edəcəklər. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan əxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Əlavə: Müraciət formasını
12/01/2016 12:50
Dövlət Mükafatları Komissiyasının məlumatı
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az
28/12/2015 16:59
Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir
Hindistan Mədəni Əlaqələr Şurası (HMƏŞ) tərəfindən 1(bir) azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir. Təqaüd proqramına əsasən seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi qarşılanır. Səyahət xərcləri qarşılanmır. Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hİndistanda istənilən bakalavr və magistr proqramını əhatə edir. Proqrama dair ətraflı məlumat Hindistanın Azərbaycandakı Səfirliyinin www.indianembassybaku.in və HMƏŞ-in www.iccr.gov.in internet saytlarından əldə oluna bilər.
25/12/2015 09:42
“Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramı
İsverçənin Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Tədqiqatları İnstitutunda 2016-cı ilin mart ayından etibarən “Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramına başlanılacaqdır. Proqramın dəyəri 9600 İsveçrə frankıdır. Azərbaycandan olan dövlət qulluqçuları üçün ümumi proqram xərclərinin 50% qarşılanır. Müraciət üçün son tarix 15 yanvar 2016-cı ildir. Daha ətraflı məlumatı http://graduateunstitute.ch/environment internet səhifəsindən əldə etmək olar.
25/12/2015 09:41
“Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası
2016-cı ilin 25 iyun - 5 avqust tarixlərində Norveçin Oslo Universitetinin təşkil etdiyi “Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası keçiriləcəkdir. Tədbirdə iştirak üçün təqaüd alınması ilə bağlı müraciətlər üçün son tarix 1 fevral 2016-cı ildir. Daha ətraflı məlumatı http://www.uio.no/english/studies/summerschool/ internet səhifəsindən əldə etmək olar.
25/12/2015 09:40
Banqladeş Mühəndislik və Texnologiya Universiteti xarici tələbələrin qəbulunu elan edir
Banqladeş Mühəndislik və Texnologiya Universiteti 2015-2016-cı tədris ili üçün müxtəlif ixtisaslar üzrə xarici tələbələrin qəbulunu elan edir. Müraciət üçün son tarix: 31 dekabr 2015 Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.buet.ac.bd/wp-content/uploads/2015/08/UG_Foreign_2015-16.pdf
03/12/2015 17:34
Magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri
Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutu (Cİİ) İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Təhsil Mübadiləsi Proqramı çərçivəsində İƏT üzvü ölkələrdən olan tələbələr üçün 2016-cı ildə magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri təklif edir. Təqaüdlər üçün son müraciət tarixi 15 dekabr 2015-ci ildir. Təqaüdlər barədə ətraflı məlumat bu ünvandan əldə oluna bilər: http://ww3.comsats.edu.pk/internationalstudents/OIC.aspx
23/11/2015 10:45
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir
Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti Təşkilatın Nizamnaməsinin surəti Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti Təşkilatın VÖEN-in surəti Təşkilat haqqında məlumat Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)
12/11/2015 13:53
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur
Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası. Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür. Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il. Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Vüsalə Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16) E-poçt: h.vusale@edu.gov.az Tərcümeyi-hal (CV) formatı
12/11/2015 08:07
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı