SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir
- Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili
- Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili
Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
- Təşkilatın Nizamnaməsinin surəti
- Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
- Təşkilatın VÖEN-in surəti
- Təşkilat haqqında məlumat
- Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)