SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 4-də 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə Təhsil eksperti, professor Şahlar Əsgərovun “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 04.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:00-da 23 nömrəli tam orta məktəbin akt zalında keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.
01/03/2016 14:45
Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.
Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ∙ ərizənin surəti ∙ əmək kitabçasının surəti ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir) ∙ bir ədəd ağ fonda rəngli fotoşəkil ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu (29 fevral 2016-cı il tarixindən 14 mart 2016-cı il tarixi saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Telefonlar: 599-11-55 (dax: 52-28) Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Qulluq funksiyaları: sektorun işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; təhsil sistemində məktəbdənkənar fəaliyyyətin həyata keçirilməsində, inkişaf proqramlarının hazırlamasında iştirak; idman profilli məktəbdənkənar təhsil müəssisələrinin vəziyyətinin təhlili, fəaliyyətlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; təhsilalanlar arasında yarış, birincilik, çempionat və digər idman tədbirlərinin keçirilməsinin təmin edilməsi. Vəzifənin tutulması şərtləri: təhsil: ali təhsil; iş stajı: 3 il; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə), xarici dil: rus dili (orta səviyyədə).
29/02/2016 11:42
2016-cı il Qlobal Koreya Təqaüd Proqramı
Beynəlxalq Təhsil və İşkişaf üzrə Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə 7 nəfər Azərbaycan Respublikası vətəndaşının iştirakı nəzərdə tutulan “Ali Təhsilin Yüksək Pillələri üzrə 2016-cı il Qlobal Koreya Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. Təqaüd proqramına ərizə qəbulu proseduru Koreya Respublikasının Azərbaycandakı Səfirliyi vasitəsilə həyata keçirilir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 18 mart 2016-cı ildir. Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür: http://studyinkorea.go.kr à GKS Notice no.86 http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714
26/02/2016 17:34
Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 01.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da UNEC-in əsas tədris korpusunun I mərtəbəsində yerləşən “Ağ zal”da keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6). Mühazirədə iştirak üçün geyim sərbəstdir.
25/02/2016 17:39
Ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə müsabiqə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqda “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üçün “Twinning” layihəsi”ni həyata keçirir. Həyata keçirilən layihə çərçivəsində ali təhsil sisteminin yenilənməsi, keyfiyyətin artırılması, müasir və beynəlxalq tələblərə cavab verən standartların müəyyənləşdirilməsi, eyni zamanda bu istiqamətdə islahatların aparılması üçün ekspert qrupunun formalaşdırılması məqsədilə müsabiqə elan edilir. Müsabiqədə iştirak etmək məqsədilə yalnız hal-hazırda ali təhsil müəssisələrində işləyən şəxslər müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki, müsabiqə nəticəsində formalaşdırılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək ekspert qrupunun üzvləri ali təhsil sistemi üzrə təşkil olunacaq ölkədaxili tədbirlərdə, müzakirələrdə iştirak etməklə yanaşı, beynəlxalq konfrans, seminar və digər bu tipli tədbirlərdə təmsil olunmaq imkanı əldə edəcəklər. Müsabiqədə iştirak edə bilər: Ali təhsil müəssisələri üzrə: - Akademik tyutorlar - Müəllimlər - Kafedra müdirləri - Digər struktur qurumların rəhbərləri Namizədlərdən gözlənilən keyfiyyətlər: - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - Məntiqi düşüncə bacarığı - Xarici dil biliklərinin olması (arzuolunandır) Qeyd: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ya digər proqramlar əsasında xarici ölkələrdə təhsil almış və hal-hazırda ali təhsil müəssisələrində çalışan şəxslərin müsabiqədə iştirak üçün müraciət etməsi arzuolunandır. Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər CV və müraciət formasını (ƏLAVƏ) dolduraraq anar.mirzezade@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 11 mart 2016-сı il. Seçim qaydaları: Müsabiqə 2 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (anar.mirzezade@edu.gov.az) göndərəcəkləri müraciət forması və CV əsasında seçiləcəklər. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslərin əsasında ictimai əsaslarla fəaliyyət göstərəcək ali təhsil sistemi üzrə ekspert qrupu formalaşdırılacaq.
23/02/2016 16:37
Macarıstanın Eövtvöş Lorand Universitetinin növbəti təqaüd proqramı
Macarıstanın Eövtvöş Lorand Universiteti 2016-2017-ci tədris ili üçün əcnəbi tələbələr üçün növbəti təqaüd proqramını elan edir. Macarıstanın qədim və nüfuzlu ali məktəblərindən biri olan Eövtvöş Lorand Universiteti 1635-ci ildən fəaliyyət göstərir. Tələbə mübadiləsi və təqaüd proqramlarına xüsusi önəm verən Eövtvöş Lorand Universitetində müxtəlif sahələr üzrə 50-dən artıq proqram təklif olunur ki, onlardan biri də Stipendium Hunqarikum təqaüd proqramıdır. Son müraciət tarixi: 1 mart 2016-cı il Təqaüd proqramı barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.elte.hu/en/article?id=NW-181
11/02/2016 17:34
Koreyanın EHWA Qadınlar Universiteti tələbə qəbulu
Koreyanın EHWA Qadınlar Universiteti “Xarici tələbələr üçün 2016-cı il Payız Qəbulu” elan edir. Payız qəbulunda iştirak etmək niyyətində olan xarici tələbələr cari ilin 04-25 aprel tarixlərində EHWA Qadınlar Universitetinə müraciət edə bilərlər. Sözügedən proqram Koreya dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, siyasi elmlər və beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, iqtisadiyyat, sosiologiya, psixologiya, riyaziyyat, statistika, kimya, ətraf mühit elmləri və mühəndisliyi, səhiyyə və s. sahələri əhatə edir. Proqram haqqında ətraflı məlumatı http://admission.ehwa.ac.kr və http://enter.ehwa.ac.kr keçidlərindən əldə etmək olar.
04/02/2016 10:52
Bruney ali məktəblərinə təqaüd proqramı
Bruney Dərussəlam hökumətinin 2016-2017-ci tədris ili üzrə təqaüd proqramı barədə elanı: Ölkə: Bruney Dərussalam Ali təhsil müəssisəsi: Bruney Dərussalam Universiteti, Sultan Shərif Əli adına İslam Universiteti, Bruney Texnologiya İnstitutu Təhsil səviyyəsi: bakalavr və magistr İxtisas istiqamətləri: www.ubd.edu.bn, www.unissa.edu.bn, www.itb.edu.bn, www.pb.edu.bn. Yaş həddi: 18-25 yaşadək (bakalavr proqramları üzrə), 35 yaşadək (magistr və doktor proqramları üzrə) Qarşılanan xərclər: təhsil haqqı, viza, yaşayış və yolxərci Aylıq təqaüdün məbləği: 1250 BND (təxminən 874 ABŞ dolları)
03/02/2016 17:38
Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı
02/02/2016 16:35
Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. Təlimlər yalnız Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi • Təhsili idarəetmənin hüquqi əsasları • Kompüter və təlim texnologiyaları • Təhsildə statistika və təhlil • Təhsilin idarəedilməsi və monitorinqi • Təhsili idarəetmənin psixoloji əsasları • Kurikulum: Nəzəriyyə və tətbiq • Təhsildə maliyyənin idarəolunması Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 3 (üç) il pedaqoji iş təcrübəsi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 26 fevral 2016-сı il. Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri müraciət forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslər təlimlərdə iştirak edəcəklər. Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Müraciət forması
18/01/2016 14:00
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı