SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi haqqında elan
Azərbaycan Respublikasının Təhsil Nazirliyi 24-25 may 2016-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçirir. Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, multikulturalizm, iqtisadiyyat) hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, sənətşunaslıq; Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn, 2, cəh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix 11aprel 2016-ci il Nümunə
15/03/2016 09:01
Martın 15-də T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə təhsil eksperti Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 15.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında keçiriləcək. Ünvan: Bakı şəhəri, Şövkət Ələkbərova küçəsi 2. Mühazirədə iştirak üçün geyim sərbəstdir.
11/03/2016 17:39
Koreya Hökumətinin Təqaüd Proqramı
Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə üzrə Məktəbi “Koreya Dövlət Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. 3 illik təqaüd proqramına tələbə qəbulu aşağıda göstərilmiş proqramlar üzrə həyata keçirilir: - İctimai Siyasət üzrə Magistr Proqramı - İnkişaf Siyasəti üzrə Magistr Proqramı - İctimai İdarəetmə üzrə Magistr Proqramı Təqaüd Proqramına qəbul edilmiş tələbələr yol xərci, təhsil haqqı və aylıq təqaüdlə təmin ediləcəkdir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 25 mart 2016-cı ildir. Proqram haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/ keçidindən əldə etmək mümkündür. Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Koreya tərəfinə müraciət etməlidirlər.
10/03/2016 12:33
Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə akademik Muxtar İmanovun “Novruz fəlsəfəsi” və akademik Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 10.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında keçiriləcək. Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prosperti,115 Mühazirədə iştirak üçün geyim sərbəstdir.
09/03/2016 15:59
Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərinə görə mükafatlandırılması ilə bağlı elan
Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək. Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq. - Riyaziyyat və texniki elmlər; - Fizika, kimya, biologiya; - Humanitar elmlər; - İqtisadiyyat və idarəetmə; - Tibb elmləri. Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir. Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin “Thomson Reuters” (TR) bazaları üzrə qiymətləndirilməsi metodikası
09/03/2016 12:35
Çin Xalq Respublikasında Təhsil
07/03/2016 14:25
Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) növbəti “Novruz mühazirəsi” keçiriləcək.
Görüşdə Əməkdar müəllim Asif Cahangirovun “Təhsil Strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 09.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.
04/03/2016 16:09
Latviya Respublikası Təhsil və Elm Nazirliyinin 2016-2017-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramları barədə elan:
1. Ali təhsil müəssisələrində təhsil üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura/PhD Yaş həddi: 22 yaşadək Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: bakalavriat və magistratura tələbələri üçün 500 avro, doktorantura/PhD tələbələri üçün 670 avro Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv; http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ 2. Ali təhsil müəssisələrində tədqiqat üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün müddəti: 5 ay Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: gündəlik 30 avro və aylıq 300 avro yataqxana xərci Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv;http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ 3.Yay məktəblərində iştirak üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün məbləği: Yay məktəbi ərzində 711 avro Son müraciət tarixi: 04.05.2016 Müraciət forması: elektron (e-mail: scholarships@viaa.gov.lv) Rəsmi internet səhifəsi: www.viaa.gov.lv Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Latviya tərəfinə müraciət etməlidirlər.
03/03/2016 17:42
Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə “Ali Təhsil üzrə Qlobal Koreya Təqaüd Proqramı” (2016 Global Korea Scholarship: Korean Government Scholarship Program for a Graduate Degree) barədə elanını nəzərinizə çatdırırıq:
Ölkə: Koreya Respublikası Ali təhsil müəssisəsi: Ərizəçi tərəfindən müəyyənləşdirilir (universitetlər haqqında məlumat aşağıda qeyd olunan saytda göstərilir) Təhsil səviyyəsi: magistratura və doktorantura Təqaüd haqqında ətraflı məlumat: http//studyinkorea.go.kr →Notice no.86 və ya http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714 Sənədlərin təqdim etmək üçün son tarix: 18 mart 2016-ci il Sənədlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməlidir. Təqaüdlər ilə bağlı əlavə məlumatı Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı xanım Lee Hyunjoodan almaq olar. Elektron poçt ünvanı: priznanie@mofa.go.kr
02/03/2016 17:46
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Təcrübə proqramı və təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslər 1 il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə ona tabe qurumlarda təcrübə keçmək və təlimlərdə iştirak etmək imkanı əldə edərək, müəyyən edilmiş aylıq əməkhaqqı alacaqlar. Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi, (üstünlük bölgələrdən olan namizədlərə veriləcəkdir.) Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - İngilis dili bilikləri - Liderlik bacarığı - Yüksək motivasiya - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - İKT-dən istifadə bacarığı - Məntiqi düşüncə bacarığı - Təhsil qanunvericiliyi üzrə biliklər Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə www.miq.edu.az/tm portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müraciət üçün son tarix: 19 mart 2016-сı il. Seçim qaydaları: I mərhələ: www.miq.edu.az/tm portalında elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi;
02/03/2016 16:32
Filter
Xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı