• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi haqqında elan

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 24-25 may 2016-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçirir.

Konfransın istiqamətləri:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər);

- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya,  nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, multikulturalizm, iqtisadiyyat) hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, sənətşunaslıq;

  Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.

• İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

• Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.

• İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

                (Məsələn,  2, cəh.222).

Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və açar sözlər (hər üç dildə) verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur.

Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.

Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır.

Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 11aprel 2016-ci il

 

Nümunə


8 il əvvəl