• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tenderə dəvət barədə bildiriş

Açıq tenderin nəticələri barədə bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.07.2018-ci il tarixində elan etdiyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair keçirilən açıq tenderin 1-ci, 2-ci, 3-cü və 4-cü lotları üzrə nəticələri aşağıdakı kimi olub: 1. 1-ci lot üzrə Odlar Yurdu Universiteti qalib elan olunub və onunla 2018-ci il noyabrın  14-də müvafiq satınalma müqaviləsi imzalanıb. 2. 2-ci lot üzrə Odlar Yurdu Universiteti qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb. 3. 3-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb. 4. 4-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.    Tender komissiyası

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan kondisionerlərin təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Gəmiqaya-S” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 noyabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin fənn kabinetlərində kommunal və kommunikasiya xətlərinin yenilənməsi işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13 noyabr 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17.

İsveçdə doktorantura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı

Ölkə:  İsveç Tədris ili: 2019/2020 Təhsil səviyyəsi: Doktorantura Maliyyələşmə:  Yaşayış xərcləri və sığorta Kvota sayı: 7 ölkə üzrə 45 yer Son müraciət tarixi:  12.12.2018 Müraciət səhifəsi və ətraflı məlumat: https://si.se/en/apply/scholarships/visby-programme-phd-postdoc/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi qaydada həyata keçirilir.   Əlaqədar şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova  (0125991155 dax. 5265)   Visby Programme - Scholarships for PhD studies and research 2019/2020

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatının balansında olan “Teksan”  markalı kabinli dizel generatorunun texniki servisi işinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Ultra Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 26 oktyabr 2018-ci il tarixində satınalınma müqaviləsi bağlanılıb.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan kondisionerlərin təmiri işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30 oktyabr 2018-ci il tarixdə, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin aparatı üçün üçün müxtəlif kartric və İKT avadanlıqlarının satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Toğrul-SƏ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 oktyabr 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Almaniyanın “The Berlin Graduate School Muslim Cultures and Societies” məktəbinin doktorantura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Almaniyanın “Freie Universität Berlin” ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “the Berlin Graduate School Muslim Cultures and Societies” ali məktəbində 2019/2020-ci tədris ili üzrə doktorantura təqaüd proqramı     Ölkə: Almaniya Federativ Respublikası  Ali təhsil müəssisəsi: “Freie Universität Berlin” Tədris ili: 2019/2020 Təhsil səviyyəsi: Doktorantura Tədris dili: İngilis dili Son müraciət tarixi: 05.11.2018 Ətraflı məlumat: http://www.bgsmcs.fu-berlin.de/en/index.html Müraciət səhifəsi: https://apply.drs.fu-berlin.de/bgsmcs/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi kimi elektron qaydada həyata keçirilir.   Əlaqədar şəxslər: Rəvan Süleymanov (0125991155 dax. 5231) Günəş Övsətova  (0125991155 dax. 5265)

Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz. Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər. Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 15 oktyabr 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixədək (30 gün müddətində) elektron müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı