• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Təhsil Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə edə bilərsiniz.

Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər.

Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər.

Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 15 oktyabr 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixədək (30 gün müddətində) elektron müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.


6 il əvvəl