• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbəqədər təhsil

Məktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.

MÜNDƏRİCAT:

Qanunvericilik

Məktəbəqədər təhsil sahəsində başlıca fəaliyyət istiqamətləri:

  • Məktəbəqədər təhsil sisteminin fəliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak etmək;

  • Məktəbəqədər təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətli dövlət proqramlarının həyata keçirilməsinə nəzarəti təmin etmək;

  • Təlim-tərbiyə prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, məktəbəqədər təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət etmək;

  • Qanunvericiliyə uyğun olaraq məktəbəqədər təhsil sistemində demokratik idarəetmənin tətbiqinə nəzarəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirmək;

  • Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsinə nail olmaq.

 Məktəbəqədər təhsilin məqsədi

Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir.

 

Məktəbəqədər təhsil sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində hazırlanmış və təsdiq edilmiş sənədlər:

“Məktəbə hazırlığın təşkili Qaydaları” (Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli Qərarı);

“Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə” (Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli 178 nömrəli Qərarı);

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” (Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı);

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2017-ci ildə qəbul edilib);

“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” (Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı);

“Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları” (Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli Qərarı);

“Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası” (Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli Qərarı);

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” (Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 351 nömrəli Qərarı).

Bunlarla yanaşı, “Məktəbəqədər təhsilin kurikulumu”nun layihəsi də hazırlanmışdır.

 

Məktəbəhazırlıq qruplarına qəbul

Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.

 

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.