• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Novruz mühazirəsi” keçirilib

Martın 17-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak edib. Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uaytın “Dil və mədəniyyət” mövzusunda mühazirəsi dinlənilib. Dil və mədəniyyətin qarşılıqlı təsir vasitələrindən danışan mühazirəçi burada dil faktorunun yaratdığı ünsiyyət imkanları ilə mədəniyyətin özünütənqidetmə formulunun əsas rol oynadığını bildirib. Elzabet Uayt tarixdən bir sıra misallar çəkərək kulturoloji mahiyyətin vacibliyindən danışıb və qloballaşan dünyada dil fenomeninin təsiredici gücünün çox olduğunu qeyd edib. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Fevralın ayından start verilən “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Qeyd edək ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri,  ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird  vəsiqə qazanıb. Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər. Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər. Respublika fənn olimpiadalarının final turu aprel ayında keçiriləcək. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi  yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında birgə əməkdaşlıq barədə ilk anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd müxtəlif profilli istiqamətlər üzrə elmi-tədqiqat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Tədbirdə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov qeyd edib ki, müasir nailiyyətlərə əsaslanan turizm və menecment sahəsində uşaq və gənclərin maarifləndirilməsi, ekoloji turizm biliklərinin artırılması, kadr hazırlığı üçün nəzərdə tutulan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, nəzərdə tutulan əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılmasına təsir edəcək, yay məktəblərinin, düşərgələrin, seminarların və konfransların təşkilində, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edəcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində nəzərdə tutulan əməkdaşlıq şagirdlər arasında bərabər imkanlar yaradacaq.

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Ötən ildən etibarən, təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb.   Tələbələrin təəssüratlarını təqdim edirik:   Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin  tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm. Həsənağa Ağaquliyev –  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və  Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.   Günay Əsgərova – Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.  

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. Birinci mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir.

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.  Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır. Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər  derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının sədri ilə görüş

Martın 16-da təhsil naziri Mikayıl Cabbarov Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (IAUP) yeni seçilmiş sədri Kaxa Şengeliya ilə görüşüb.   Görüşdə Mikayıl Cabbarov qonağı üç illik müddətə sözügedən yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan ali təhsil müəssisələrinin IAUP ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İnternat məktəbində Novruz şənliyi

Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib. Bayram şənliyi meydana  Dədə Qorqud,  Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. Tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

Dövlət təltifi təqdim olundu

Martın 15-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuş Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimova ali mükafatı təqdim edib. Təhsin Mütəllimovun elm və təhsilin inkişafı sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Professor Təhsin Mütəllimov əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.

SABAH qrupları tələbəsi Harvard Konfransında iştirak edib

Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan,  beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Kamilla Nəbiyeva Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində İdarəçilik və diplomatiya mövzusunda keçirilən konfransda iştirak edib. Konfransda “Samsung” şirkətinin vitse-prezidenti, Tom Lantos adına İnsan Haqları Komissiyasının, Harvard və Kolumbiya Universitetlərinin professorları və bir çox tanınmış şirkətlərin nümayəndələr çıxış ediblər. Konfransda  qloballaşma, kiberdiplomatiya, miqrasiya və digər mövzular ətrafında müzakirələr aparılıb. Kamilla Nəbiyeva və xarici iştirakçılar qrup şəklində (case study) Çinin vətəndaşların qeydə alınması üzrə dövlət sisteminə aid (hukou sistemi) sənəd hazırlayaraq, təqdimatla çıxış ediblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı