• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə start verilir

Martın 30-dan IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar 11 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo,  taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla 6 zonada keçiriləcək. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar. Yarışlar aprelin 26-da başa çatacaqdır.

Cenevrədə  rezidentura keçən gənc həkim: “Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm” - Uğur formulu

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveçrənin Cenevrə Universitetində rezidentura keçən gənc həkim Kamran Əhmədovdur. Layihə Təhsil Nazirliyi1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Kamran Əhmədov 1988-ci il də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. İlk təhsilini Tovuz şəhər N.Tusi adına tam orta məktəbdə alan Kamran 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub. 2012-ci ildə İsveçrənin Cenevrə Universiteti Xəstəxanasında (Geneva University Hospital) ürək-damar cərrahı ixtisası üzrə rezidenturaya qəbul olub və hazırda sonuncu kursda təhsil alır. - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Azərbaycan Tibb Universitetində təhsil alarkən artıq qərar vermişdim ki, təhsilimi xaricdə davam etdirim. Öz ixtisasım üzrə yenilikləri öyrənmək, təhsilimi daha da təkmilləşdirmək istəyirdim. Bunun üçün İsveçrəni - Cenevrə Universiteti Xəstəxanasını seçdim. İstəyimə nail oldum və hazırda burada ürək cərrahiyyəsini öyrənirəm. Dövlət Proqramı mənim İsveçrəyə gəlməyimdə mühüm rol oynadı. Qeyd edim ki, İsveçrənin ən böyük uşaq cərrahiyyəsi xəstəxanası buradır. Mürəkkəb əməliyyatların icrasına görə, xüsusi ilə mənim də daha çox maraqlandığım uşaq ürək cərrahiyyəsi sahəsində Avropada və demək olar ki, dünyada ən irəli gedən müəssisələrdəndir. Dünyanın bir çox ölkələrindən bura gələn xəstələrimiz olur. - Niyə məhz bu ixtisası seçdiniz? - Həkim olmaq mənim uşaqlıq arzum olub. Xəstə insanlara kömək etmək, onları sağaltmaq istəyirdim. Məktəb illərindən bu peşəyə yiyələnməyi qarşıma məqsəd qoymuşdum. Bu sahədə məni daha çox ürək cərrahiyyəsi maraqlandırırdı. Bilirsiniz ki, bu gün dünyada ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı çoxdur. Hər il yüz minlərlə insan bu xəstəlikdən xüsusilə, konjenital (anadangəlmə) ürək xəstəliklərindən çox gənc yaşlarında dünyasını dəyişirlər. Xəstələrə yardım etmək, bu sahənin inkişafına öz töhfəmi vermək həvəsi ilə ürək cərrahiyyəsi ixtisasını seçdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Avropada, o cümlədən mənim təhsil aldığım İsveçrədə tibb təhsili alan tələbələr xəstələrlə daha yaxından təmasda olur. Bunun isə onların gələcəkdə öz işlərində daha da sərbəst və məsuliyyətli olmalarına kömək etdiyini düşünürəm. Bizim peşəmizdə təkcə biliklər kifayət etmir. Bu baxımdan da hesab edirəm ki, təcrübi dərslərin tələbənin mütəxəssis kimi yetişməsində mühüm rolu danılmazdır. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Azərbaycanın İsveçrədəki səfirliyi ilə əlaqələrimiz var. Onlarla birlikdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlərə qatılır, eləcə də ölkəmizin əlamətdar günlərinə həsr olunan tədbirlərdə iştirak edirik. Həmçinin buradakı həmkarlarıma Azərbaycanın tarixi, coğrafiyası, təbiəti, incəsənəti və mədəniyyəti haqqında məlumatlar verirəm. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Mən rezidentura təhsili aldığım üçün burada standart müəllim-tələbə anlayışı yoxdur, hamımız həkimik. Daha çox professor-həkim əlaqəsi və ya həkimlər arasında kollegial əlaqədən söhbət gedir. Professorlarla və digər həkim kolleqalarımla çox gözəl münasibətimiz var. - Daha çox hansı çətinlikləriniz olub? - Düşünürəm ki, hər bir insan xarici ölkəyə gəldikdə bir sıra çətinliklərə üzləşir: Yeni mühit, fərqli ölkə, fərqli insanlar. Ancaq bunların hamısı keçici olur. Zamanla hamısı düzəlir. Bütün uğurların əvvəlində çətinliklər olur, ancaq qazandığın nailiyyətlər bu çətinlikləri unutdurur. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Cenevrədə əcnəbilərin sayı çox olduğu üçün burada müxtəlif ölkələrdən olan insanlarla birlikdə işləyib təhsil alırıq. Onlarla yaxşı münasibətdəyik. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Azərbaycanda son illər elm və təhsilin inkişafında böyük addımlar atılıb. Xüsusilə, tibb sahəsi üzrə xarici ölkələrə gedərək təhsilini davam etdirən gənc həkimlərin sayı artmaqdadır. Bununla bərabər, xaricdə təhsil alan tələbələr, orada işləmiş, təcrübə qazanmış gənclər sonradan ölkəmizə qayıdıb bilik və bacarıqlarını digər tələbələrə çatdırsa, təhsil və elmimizin daha da güclənəcəyinə inanıram. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtım çox olmur. Ancaq vaxt tapdıqca bədii kitablar oxuyuram. Hərdən dostlarla futbol və tennis oynayıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir? - Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, Avropada öyrəndiklərimi tətbiq etmək istəyirəm. Xalqıma xidmət etmək, onların sağlamlığının qayğısına qalmaq məqsədimdir. Biliklərimi tələbələrlə paylaşmaqla onların inkişafına dəstək vermək  niyyətindəyəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Öz arzuları və məqsədləri uğrunda dayanmadan çalışsınlar. Bəzən insanın qarşısına xırda çətinliklər çıxır, bu çətinliklər onları qorxutmasın. Öz yollarından dönməsinlər. Karyerada uğur qazanmaq üçün çoxlu çalışmaq, arzularının arxasında dayanmadan getmək lazımdır. Yalnız iradəli, məqsədli, məsuliyyətli olanlar öz arzularını həyata keçirə bilərlər. Qarşıya çıxan çətinliklərə baxmadan irəliləmək, vaxtı düzgün bölüşdürmək vacibdir. Yəni işi sonraya saxlamamaq və yaxud əksinə hər şeyi vaxtında etmək... 1news.az

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar. Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, “British Council” təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak edib. Səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır. Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb. Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim edilib. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib. Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub, eyni zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və milli dəyərləri barədə məlumatlar veriblər. Qeyd edək ki, Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində 2016-cı ilin aprel ayından BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi həyata keçirilir. Məşğulluq səviyyəsini qaldırmaq üçün Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı müəllimlərin ingilis dili və tədris bacarıqlarının inkişaf etdirilməsi yolu ilə icma üzvlərinə birbaşa keyfiyyətli tədrisin təmin olunması məqsədi daşıyır.  Layihə çərçivəsində sözügedən rayonlar üzrə 10 ümumi təhsil müəssisəsini təmsil edən 75 ingilis dili müəllimi “British Council” təşkilatının xüsusi təlimçiləri tərəfindən keçirilən 15 günlük  (120 saat) təlimdə iştirak ediblər. Təlim iştirakçıları arasından seçilmiş müəllimlər öz icmalarında 150-dən artıq icma üzvünün iştirak etdiyi kurslarda 120 saatlıq ingilis dili  tədris ediblər.

Cüdo idman növü üzrə birincilik keçirilib

Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə 14-17 yaşlı idmançılar arasında açıq birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, şagirdlərin cüdo idman növünə olan marağının artırılmasından ibarət olub. Açılış mərasimində millət vəkili Dilarə Cəbrayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil edilən yarışların əhəmiyyətindən danışıblar. Oğlan və qızlar arasında müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışa 120 nəfərə yaxın idmançı qatılıb. Qaliblər kubok, diplom və medalları ilə təltif olunub.

Qalereyada “Açıq qapı” günü keçirilib

Martın 26-da Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü keçirilib. Qalereyanın dərnək rəhbərləri tərəfindən Novruz bayramı və yaz fəsli mövzusunda 24 ustad dərs keçirilib. Dərnək üzvlərinə rəsm, dekorativ-tətbiqi fəaliyyət, applikasiya, konstruksiya, ebru, kuklalar, rəqəmsal təsvir, animasiyalar, robot texnikası ilə bağlı məlumat verilib. Dərslərdə 4-17 yaş arasında, ümumilikdə 300-ə yaxın uşaq və gənc iştirak edib. Ustad dərslərində daha çox milli adət-ənələrimizi əks etdirən rəsm və əl işləri yer alıb. Uşaqlar milli geyimlərin forma, parça və naxışları ilə tanış olub, kəlağayının rəsmini çəkiblər. Həmçinin, kompüterdə mövzunu əhatə edən qrafik təsvirlər də yaradıblar. Təsviri Sənət Qalereyasında robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar əlavə proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər. Tədbirdə Türkiyənin İstanbul və Mersin şəhərlərində keçirilən iki beynəlxalq müsabiqədə qalib gələn dərnək üzvlərinə Türkiyə tərəfindən göndərilən təşəkkürnamələr təqdim edilib. “Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib. Bu mərhələdə bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. İştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 114 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün Nazirliyə təqdim olunub. Onlardan 9 nəfəri VIII, 30 nəfəri IX, 35 nəfəri X, 40 nəfəri XI sinif şagirdidir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.  Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır. Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər  derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Transfer.edu.az portalı ilə köçürülən tələbələr

Ötən ildən etibarən, təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb.   Tələbələrin təəssüratlarını təqdim edirik:   Aysel Mirzəyeva – Azərbaycan Tibb Universitetinin tələbəsi Mənim üçün çox gözlənilməz oldu. Proses o qədər dəqiqlik, qanunauyğunluqla oldu ki. Mən Təhsil Nazirliyinə tələbələr üçün belə bir şərait yaratdıqları üçün təşəkkür edirəm. Köçürülmənin təsdiq olunması ilə bağlı əmri çıxdıqdan sonra qısa bir müddətdə köçürülmə işləri tamamlandı və mən bir həftədir rahatlıqla yeni qrupla dərsə gedirəm. Əvvəl Azərbaycan Tibb Universitetinin  tibbi profilaktika fakültəsində təhsil alırdım, hazırda təhsilimi Müalicə işi fakültəsində davam etdirirəm. İnanıram ki, bu şansdan istifadə edib, inamları doğrulda biləcəyəm. Həsənağa Ağaquliyev –  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Türkiyənin Bilkent Universitetində təhsil alırdım. Tələbələrin köçürülməsi üçün yaradılan Transfer.edu.az portalından istifadə etdim. Tələb olunan sənədləri yüklədim və nəticə müsbət oldu. Hazırda mən Azərbaycan Dövlət Neft və  Sənaye Universitetində kompüter elmləri üzrə təhsil alıram. Yaradılan şərait üçün çox təşəkkürümü bildirirəm.   Günay Əsgərova – Azərbaycan Dillər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici dillər ixtisasi üzrə təhsil alırdım. Lakin ixtisasım o qədər ürəyimcə deyildi. Transfer.edu.az protalı fəaliyyətə başladıqdan sonra mən də bu imkandan istifadə etmək qərarına gəldim, sənədlərimi yüklədim və köçürülmə ilə bağlı cavab aldım. Hazırda Azərbaycan Dillər Universitetində Regionşünaslıq( Böyük Britaniya) ixtisası üzrə təhsilimi davam etdirirəm.  

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

Martın 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən 8-11-ci sinif şagirdləri olmaqla 114 nəfər iştirak edəcək. Birinci mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirlyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-ci il 7 noyabr tarixli əmrinə müvafiq olaraq keçirilir. Bu müsabiqə həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 2014-cü il 16 dekabr tarixli əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdən ibarətdir.

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

21-26 mart tarixlərində respublikanın regionlarında yerləşən dövlət uşaq müəssisələrinin şagirdləri üçün Bakı şəhərinə ekskursiyaların təşkili planlaşdırılır. Məqsəd şagirdlərin yaz tətillərini səmərəli təşkil etmək, onları mədəni-tarixi abidələr və muzeylərlə tanış olmalarına şərait yaratmaqdır. Tətil müddətində regionlardakı müəssisələrdən gələn şagirdlər Bakı şəhərində fəaliyyət göstərən internat məktəblərində qonaq olacaqlar. Şəhidlər Xiyabanı, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Qız qalası, Şirvanşahlar sarayı), Qala Dövlət Tarix Etnoqrafiya qoruğu, Dövlət Bayraq MeydanıAzərbaycan Milli İncəsənət Muzeyində və digər tarixi yerlərə təşkil ediləcək ekskursiyalarda regionlardan gələn şagirdlərlə yanaşı, ev sahibliyi edəcək internat məktəblərinin şagirdləri də iştirak edəcəkdir. Bundan başqa Bakı şəhərində yerləşən müəssisələrdə şagirdlər üçün əyləncəli proqramların təşkili də nəzərdə tutulub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı