SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi qeyd olundu
Aprelin 7-də “JW Marriot Absheron” hotelində “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyi münasibətilə “Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm və Menecement Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı” mövzusunda məruzəsi dinlənilib. Nazir proqramın önəmindən danışaraq bildirib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Buna görə də bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibdir. Qeyd olunub ki, dövlət başçısı tərəfindən turizm sahəsinə yüksək diqqət və qayğı göstərilir. Bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub. Nazir bildirib ki, bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. 3 ayda ölkəmizə 544 min xarici turist səfər edib. Azərbaycan turizmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malikdir. 2025-ci ilədək Azərbaycan turizmi ÜDM-in 8 faizini təşkil edəcəyi gözlənilir. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxış edib. Ölkəmizdə təhsil sisteminin inkişafından danışan Mikayıl Cabbarov bildirib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Bu layihələr arasında Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur”. Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer “Avstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” adlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. Sonra Hans Boyer rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib. Daha sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyi
07/04/2017 18:24
Təhsil nazirinin Yardımlı şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Mikayıl Cabbarovun 10 aprel 2017-ci il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Təhsil naziri 17 aprel 2017-ci il tarixində saat 09:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində öncə qəbula yazılmış Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
07/04/2017 15:11
Diaqnostik qiymətləndirmənin keçirilməsinə başlanılır
Aprelin 7-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, ilk diaqnostik qiymətləndirmə 16-21 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. 5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 aprel 2017-ci il tarixlərində Tovuz rayonunda keçiriləcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 may 2017-ci il tarixlərində Qax rayonunda təşkil olunacaq. 12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək. Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 may 2017-ci tarixlərində keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək. Qeyd olunub ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. Sonda media nümayəndələrini maraqlandıran suallara cavab verilib.
07/04/2017 14:32
“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi davam etdirilir. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilir. Müsabiqənin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Layihədə şagirdlərə qənaətcil davranış prinsiplərinə xidmət edən enerji və su ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur. Proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilib. Məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb. Müsabiqənin “Yaşıl bufet” mərhələsi isə məktəblərdə ekoloji təmiz məhsulları təbliğ etmək məqsədi daşıyıb. Bu mərhələdə şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida rasionunun tərkibini öyrəniblər. Tullantıların azaldılması məqsədilə şagirdlər tərəfindən 10 tona qədər kağız tullantıları və plastik qablar toplanılıb təkrar emal üçün “Az.Ekol” MMC-nin dəstəyi ilə təhvil verilib. Layihə dekabr ayının sonuna qədər davam edəcək. Müsabiqənin yekununda “Yaşıl şəbəkəyə” daxil olan “ekoloji yönümlü” və “enerji effekti”nin tələblərinə uyğun olaraq, məktəblərin ekoloji pasportlaşdırılması həyata keçiriləcək. Həmçinin “Mənim məktəbim ətraf mühitə diqqətlidir” adlı ekoloji emblemi təqdim olunacaq.
06/04/2017 18:46
SABAH qruplarının heyəti xarici səfərdə olub
SABAH qruplarının professor-müəllim heyəti Paris-Sorbon Universitetinin keçirdiyi layihə çərçivəsində mübadilə proqramı üzrə İspaniya Krallığının Madrid şəhərində səfərdə olub. İspaniyanın Kral Xuan Karlos Universiteti, Madrid Komplutense Universiteti və Nebrija Universitetində görüşlərdə olan heyət həmin universitetlərdə tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında müzakirələrdə iştirak edib. SABAH qruplarının digər heyəti Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda keçirilən (Prague İnstitute for Qualification Enhancement) təlimlərə qatılıb. Müəllimlər "Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və təcrübə", tələbələr isə “Akademik yazı” adlı təlimlərdə iştirak edib.
06/04/2017 18:35
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. İdman tədbirləri çərçivəsində Qazax rayon Olimpiya İdman Kompleksində boks, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının meydançasında atletika, Şəmkir rayon Olimpiya İdman Kompleksində sərbəst güləş, Sumqayıt Olimpiya İdman Kompleksində cüdo, "Şüa" İdman klubunda stolüstü tennis, Masallı Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. Ölkənin 30-a yaxın şəhər və rayonundan 1000 nəfərədək məktəblinin qatıldığı yarışlarda boks idman növü üzrə I yerə Gəncə şəhərinin, II yerə Şəmkir rayonunun, III yerə Qazax rayonunun, atletika idman növü üzrə I yerə Göygöl rayonunun, II yerə Mingəçevir şəhərinin, III yerə Ağdam rayonun, sərbəst güləş idman növü üzrə I yerə Şəmkir rayonunun, II yerə Gəncə şəhərinin, III yerə Ağdam rayonun, cüdo idman növü üzrə I yerə Sumqayıt şəhərinin, II yerə Siyəzən rayonunun, III yerə Xızı rayonunun, stolüstü tennis idman növü üzrə I yerə Nərimanov rayonunun, II yerə Nizami rayonunun, III yerə Qaradağ rayonunun, taekvando idman növü üzrə I yerə Masallı rayonunun, II yerə Lənkəran rayonunun, III yerə Biləsuvar rayonunun komandaları layiq görülüb. Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib. Yarışların açılış mərasimlərində təhsil şöbələrinin, yerli icra orqanlarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərin bədii hissələrində idmançıların nümunəvi çıxışları olub, yaradıcılıq müəssisələrinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər. Qeyd edək ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaqdır.
06/04/2017 17:56
“Təbəssüm” rəqs qrupu IV Beynəlxalq Xoreoqrafiya Festivalında
Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Vaxtanq Çabukiani adına IV Beynəlxalq Xoreoqrafiya Festivalında iştirak edib. Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar. “Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və qrup münsiflər heyəti tərəfindən festivalın laureatı adına layiq görülüb.
06/04/2017 14:48
Cocuq Mərcanlıya səfərdən foto anlar
Ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbənin və media nümayəndələrinin iştirakı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərdən foto anlar
06/04/2017 12:34
Olimpiadalara hazırlıq məsələləri müzakirə olunub
Aprelin 5-də Təhsil İnstitutu tərəfindən olimpiadalara hazırlıq ilə bağlı “Dəyirmi masa” keçirilib. Tədbirdə olimpadalara hazırlıq məsələləri və institut tərəfindən bununla bağlı məktəblər üçün hazırlanacaq xüsusi kurikulum barədə müzakirələr aparılıb. “Dəyirmi masa”da Təhsil İnstitutu tərəfindən riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak etmiş və gələcəkdə iştirak etməyi düşünən şagirdlər, həmçinin fənn müəllimləri üçün çap olunan vəsaitin təqdimatı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, Təhsil İnstitutunun rəhbərliyi, şöbə müdirləri və məktəb direktorları iştirak edib.
05/04/2017 17:57
Cocuq Mərcanlıya səfər
Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib. Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub. Səfər iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub. Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. İştirakçılara Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, 150 şagird yerlik məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb. Səfər iştirakçıları 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə görüşüb, həmçinin ərazidə ağac əkiblər. Səfər çərçivəsində Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə görüş keçirilib. Daha sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş keçirilib, məktəbdə təhsil alan şəhid övladlarına kitablar hədiyyə olunub. Səfər iştirakçılarına Ermənistanın təcavüzü və işğalı, aprel döyüşləri ilə bağlı məlumatların əks olunduğu bukletlər təqdim olunub. Sonda xatirə fotoşəkli çəkilib.
05/04/2017 17:25
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı