SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi davam etdirilir. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilir.
Müsabiqənin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Layihədə şagirdlərə qənaətcil davranış prinsiplərinə xidmət edən enerji və su ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur.
Proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilib. Məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb. Müsabiqənin “Yaşıl bufet” mərhələsi isə məktəblərdə ekoloji təmiz məhsulları təbliğ etmək məqsədi daşıyıb. Bu mərhələdə şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida rasionunun tərkibini öyrəniblər.
Tullantıların azaldılması məqsədilə şagirdlər tərəfindən 10 tona qədər kağız tullantıları və plastik qablar toplanılıb təkrar emal üçün “Az.Ekol” MMC-nin dəstəyi ilə təhvil verilib.
Layihə dekabr ayının sonuna qədər davam edəcək.
Müsabiqənin yekununda “Yaşıl şəbəkəyə” daxil olan “ekoloji yönümlü” və “enerji effekti”nin tələblərinə uyğun olaraq, məktəblərin ekoloji pasportlaşdırılması həyata keçiriləcək. Həmçinin “Mənim məktəbim ətraf mühitə diqqətlidir” adlı ekoloji emblemi təqdim olunacaq.
9 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl