• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi

Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində peşə təhsilinin inkişafı istiqamətində görülmüş işlərdən danışan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. Təhsil naziri çıxışında qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunub. Mikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək agentliyin qarşısında qoyulan mühüm tələblər və prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Agentliyin direktoru peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını bildirib. Sonra iştirakçılar Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binası ilə yaxından tanış olublar.  Qeyd edək ki, ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.

“Düzgün esse yazılışı” seminarı keçiriləcək

Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi direktor vəzifəsinə işə qəbul olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı  təşkil edəcək. Mayın 13-də Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində keçiriləcək elektron sınaq imtahanından dərhal sonra "Düzgün esse yazılışı" seminarının təşkili də nəzərdə tutulur. Seminarda esseyə qoyulan tələblər, qiymətləndirmə meyarları izah ediləcək, esse yazısından yüksək bal əldə etməyin yolları öyrədiləcəkdir. Sınaq imtahanında iştirak etmək istəyənlər http://bit.ly/2qSvf1U linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məktəb rəhbərləri üçün təlim kursu keçirilir

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Məktəb idarəçiliyi proqramı” adlı təlim kursu keçirilir.   Təlim kursunun əsas məqsədi məktəb direktorlarına qabaqcıl təhsil sistemi və effektiv məktəb idarəetməsi haqqında məlumat vermək, onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu xüsusi dəvət olunmuş Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Cumaat Bin Masdavud tərəfindən keçirilir. Kurs çərçivəsində liderlik, vaxtın idarəolunması, ünsiyyət bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar da  təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər məktəb direktoru seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub

SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə “Uber” beynəlxalq texnologiya şirkəti tərəfindən dəstək göstərilib. Belə ki, şirkət birinci qrup əlil olan Masər Həsənova universitetə “Uber” servisi ilə pulsuz gediş-gəliş imkanı yaradıb. Qeyd edək ki, Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. M.Həsənov "Everest – ilk addım", "Mənim Bakım" , "Kapoeyra" sənədli filmlərin, "Dünya biz  düşündüyümüzdən daha yaxşıdır" sosial video-çarxın, "Sevgi naminə" qısametrajlı filmin, “Payız uzunluğunda sevgi" kino-etüdün müəllifidir. Bu məqsədlə keçirilən görüşdə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax Masər Həsənova bilik əldə etməkdə kömək göstərməkdən məmnun olduqlarını bildirib. Fiziki məhdudiyyətli insanları dəstəkləməklə onların başqaları ilə bərabər inkişafına kömək etdiklərini deyən baş direktor bununla cəmiyyətin inkişafına töhfə verə biləcəklərinə inandığını deyib. SABAH qruplarının İcraiyyə Komitəsinin  rəhbəri Şahin Seyidzadə bildirib ki, tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir. Şahin Seyidzadə “Uber” şirkətinə bu təşəbbüs və Masər Həsənova göstərdiyi dəstək üçün təşəkkür edib.   "Uber" professional sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiqi hazırlanmış beynəlxalq texnoloji şirkətdir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib. Tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları iştirak edib. Ziyarət zamanı əməkdaşlar Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olublar. İştirakçılara ulu öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib. Ulu öndərin xatirəsinin böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ənənəvi olaraq Heydər Əliyev Mərkəzi ziyarət edilir. Nazir müavini ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünya miqyasında tanınması, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından misilsiz xidmətlərindən danışıb. Firudin Qurbanov ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun,  onun müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, bu gün Azərbaycanın regionun ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayıb. Dövlətimizin davamlı tərəqqisindən danışan nazir müavini bildirib ki,  son illərdə ölkəmizdə mötəbər tədbirlərin, eləcə də bu günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artdığını bir daha nümayiş etdirir. Çıxış edənlər ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətindəki zəngin fəaliyyətindən danışıblar. Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən 5 nəfər əməkdaşının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.

"Məktəb bağları" layihəsi başa çatıb

IDEA İctimai BirliyiBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi başa çatıb. Layihənin yekunu olaraq Təhsil Nazirliyinin tabeliyində olan Kimya-biologiya təmayüllü Respublika Liseyində və A.S.Makarenko adına Respublika Humanitar Fənlər təmayüllü Gimnaziyada ağac əkilib. Qeyd edək ki, “Məktəb bağları” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə şagirdlərlə birgə 100 ədəd badam, nar və gavalı ağacları əkilib. “Məktəb bağları” layihəsi çərçivəsində respublikanın 54 rayon və şəhərlərinin 270 ümumtəhsil məktəbində pedaqoji kollektivin iştirakı ilə meyvə ağacları əkilib. Layihə çərçivəsində hər bir rayonun iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağacları əkilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır. Ekoloji təhsil və maarifləndirmə işlərini fəaliyyətində prioritet edən IDEA İctimai Birliyi gənc nəsli təbiətin mühafizəsi üzrə səylərə cəlb etmək, təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların ətraf mühitlə bağlı biliklərinin artırılmasına müsbət təsir göstərmək məqsədilə Təhsil Nazirliyi ilə birgə artıq bir sıra layihələr həyata keçirib. Layihənin yekun tədbirində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllüləri də fəal iştirak ediblər.

"Şahin" hərbi-idman oyununun final yarışı keçirilib.

Ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib. Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə iştirakçılar müxtəlif sədlərdən keçərək maneələri dəf etmək bacarıqlarını nümayiş etdiriblər. Final turunun nəticələrinə əsasən, I yeri Nizami rayonun komandası , II yeri Kürdəmir  rayonunun komandası, III yeri isə Zərdab rayonun komandası tutub. Qalib komandalar  Fəxri fərman və hədiyyələrlə təltif olunublar. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində  mühüm rol oynadığını qeyd ediblər. Qeyd edək ki, yarışlara mart ayında start verilib. Zonaların hər birindən I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanıblar. Yarışlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.

12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə start verilib

Mayın 11-də növbəti diaqnostik qiymətləndirməyə start verilib.  Qiymətləndirmə  Qax Olimpiya İdman Kompleksində keçirilir. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər. 

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib. Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə  psixologiyası”  adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Cari ildə keçirilən təlimlərdə 1000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Ötən il isə layihə üzrə 46 seminar  təşkil olunub. Layihə və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyətinin qurulması, qarşılıqlı münasibətlərin tənzimlənməsi və keçid dövrünün problemlərinin aşkar edilərək həll yolunun müəyyən olunmasıdır. Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 23 təlim keçiriləcək. Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyətin qurulmasından, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaqla tədrisin səmərəliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində təlim və görüşlər zamanı aktual mövzular seçilib müzakirə olunur, peşəkarlar tərəfindən faydalı və vacib məsləhətlər verilir. AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini futbol yarışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında mini futbol üzrə “Nardaran kuboku” yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd Nardaran məktəblilərinin idmana olan marağını daha da artırmaq, futbol idman növünü məktəblilər arasında təbliğ etməkdən ibarət olub. “Təhsil” Respublika İdman Mərkəzinin təkilatçılığl və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda 10 komanda mübarizə aparıb. Yarışda Bakı şəhəri 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası “Nardaran kuboku”nun qalibi olub. “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası II yerə, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla ilə təltif edilib. Qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Nardaran qəsəbəsində yerləşən 130 və 295 nömrəli tam orta məktəblərdə idmanın şahmat, cüdo, futbol, stolüstü tennis növləri üzrə bölmələr fəaliyyət göstərir, bu idman növləri üzrə mütəmadi olaraq Nardaran məktəbliləri arasında yarışlar keçirilir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı