• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil avtobusu-2018” yay məktəbi Şəmkirdə keçirilib

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəmkir şəhərində keçirilib. Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Şəmkir filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Zəka Gənclər Mərkəzinin, rayonun Qaranüy modul tipli məktəbinin və digər məktəblərin şagirdləri iştirak ediblər. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Bildirilib ki,  "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır. İyulun 23-dək davam edən "Təhsil avtobusu - 2018" yay məktəbi Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Növbəti yay məktəbi Şəki şəhərində keçiriləcək. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.                    

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənədlərin qəbulu 5-20 iyul tarixlərində aparılıb. Transfer.edu.az portalı vasitəsi ilə 1333 nəfər tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 231 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün  qeydiyyatdan keçənlərin sayı 3152 nəfər olub. Onlardan 1378 nəfəri öz sorğusunu təsdiq edib. Nəticələr sentyabr ayında elan olunacaq. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.  Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.  

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək

İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb. İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Milli Mətbuat Gününə həsr olunmuş mərasim

İyulun 20-də təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrinin və bu sahədə peşəkarlıq nümayiş etdirən təhsil sahəsi əməkdaşlarının 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə təltif olunması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və media nümayəndələri iştirak edib. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Ceyhun Bayramov 143 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi "Əkinçi"nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən nazir Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk mətbuat nümunələrində yer almasını diqqətə çatdırıb. Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan təhsil naziri qeyd edib ki, ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Nazir bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib. Ceyhun Bayramov mətbuatın təhsil mövzusuna xüsusi diqqət və həssaslıqla yanaşmasını nəzərə çatdıraraq media nümayəndələrini təhsilin uğurlarını, problemlərini, bu sahədə həyata keçirilən islahatları cəmiyyətə çatdırmaqda daha da aktiv olmağa çağırıb. Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsindən danışıb. Şura sədri son zamanlar təhsil sahəsində dərin islahatların aparıldığını, cəmiyyətdə müəllim nüfuzunun artdığını da vurğulayıb. Sonra təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub. Mərasimdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında musiqi nömrələri səslənib. Tədbirin sonunda xatirə fotosu çəkilib.

Müəllimlərin işə qəbulu üzrə imtahanın izlənilməsi infotur

İyulun 20-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib. Tədbirdə sosial mediada fəal olan şəxslər, eləcə də bir qrup media nümayəndəsi iştirak edib. Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, imtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb. İyulun 19-da ibtidai sinif müəllimliyi və ingilis dili üzrə keçirilmiş test imtahanlarında 2958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq ibtidai sinif müəllimliyi üzrə 57, ingilis dili üzrə  58 bal qeydə alınıb. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

İyulun 20-də transfer.edu.az portalı vasitəsilə həyata keçirilən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır. Qeyd edək ki, sözügedən prosesə iyulun 5-də start verilib. Portala müraciət etmiş tələbələr köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malik olublar. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdiriblər. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb. İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya  üzrə test imtahanları keçirilib. Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcəkdir. Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.        

“Təhsil avtobusu-2018” yay məktəbi Masallıda keçirilib

İyulun 19-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Masallı şəhərində keçirilib. Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, Kapital Bankın Masallı filialının, “Ekspo 2025 Bakı” layihəsinin və Masallı Rayon Təhsil Şöbəsinin və rayonun Xallıcalı, Meşəkənar və Təkdam modul tipli məktəblərin şagirdləri iştirak ediblər. Bildirilib ki, "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır. İyulun 23-dək davam edən "Təhsil avtobusu - 2018" yay məktəbi Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. Diqqətə çatdırılıb ki, yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsasdəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TVvə “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilir. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlim və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Növbəti yay məktəbi Şəmkir şəhərində keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının dördüncü günü

İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-da günün birinci yarısınadək davam edəcək.Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcək. Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədən foto anlar

.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı