• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

UFAZ-a qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında 500–dən artıq bal toplamış 523 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib, onlardan 462 nəfəri imtahanda iştirak edib. UFAZ-a qəbul imtahanında iştirak etmiş abituriyentlərin orta balı 597 təşkil edib ki, onlardan 262 nəfərinin balı 600-dən yüksəkdir. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. Təhsil nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru, Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen və digər nümayəndələr imtahan prosesinin müşahidə və ediblər, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar. İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar. Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər. Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikası Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə Sərəncam imzalayıb. UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.

Tanınmış ictimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

İyulun 25-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib. Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib. Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən  imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar.  Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev müəllimlərin işə qəbulunun imtahanla keçirilməsini yüksək qiymətləndirib, müəllim peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadığını bildirib. Xalq yazıçısı kompüter əsaslı imtahan prosesinin təşkilini XXI əsrin müəlliminin seçilməsində doğru yol olduğunu qeyd edib. Digər çıxış edənlər bu cür imtahanların şəffaf keçirilməsini gələcəkdə güclü təhsil sisteminin formalaşmasına xidmət edən vacib proses kimi qiymətləndiriblər. Qeyd edək ki, iyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək. İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Qax rayonunda "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi

18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən yuxarı sinif şagirdləri qatılıb. Ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgə müddətində iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda, breyn-rinq və müsabiqələrdə iştirak edib, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası" adlı sənədli filmi izləyiblər. Düşərgə müddətində məktəblilərin 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən "Mamırlı" şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilib. Düşərgə iştirakçıları ilisu dövlət Təbiət Qoruğunun ərazisində Qum kəndinin yaxınlığındakı meşədə və Ərdəva çayında ekoloji tədqiqatlar aparıblar. Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanan və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycanda və Gürcüstanda tarixən məskunlaşdıqları ərazilərə reintrodiksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil olunan bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu fəaliyyətin nəticəsində hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil olunur. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, İsmayıllı, Qax rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.  

Azərbaycan dili və ədəbiyyat üzrə imtahanlara start verilib

İyulun 24-də riyaziyyat, informatika və təsviri incəsənət üzrə keçirilmiş test imtahanlarında 2883 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə riyaziyyat üzrə 56, informatika və təsviri incəsənət üzrə 55 bal qeydə alınıb. İyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.  

Yay məktəbi Qəbələdə yekunlaşıb

İyulun 23-də "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib. Tədbirdə  layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Qəbələ filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Qəbələ Rayon Təhsil Şöbəsinin nümayəndəsi, Seyidqışlaq, Cığatel kəndindən olan məktəblilər iştirak ediblər. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Bildirilib ki,  "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaqdır. Qeyd edək ki, artıq üçüncü ildir ki, keçirilən yay məktəbinə iyulun 17-dən start verilib. Proqram çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edib. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

İyulun 23-də riyaziyyat üzrə (Azərbaycan və rus bölmələri) keçirilmiş test imtahanlarında 3168 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq 60 bal qeydə alınıb. İyulun 24-də keçiriləcək riyaziyyat,  informatika, təsviri incəsənət üzrə test imtahanlarında 3344 namizədin iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Yay məktəbi Şəkidə

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəki şəhərində keçirilib. Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Şəki filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Şəki Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblilər iştirak edib. Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar. Bildirilib ki,  "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edir. Növbəti yay məktəbi Qəbələ şəhərində keçiriləcək. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal

İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə bir nəfər müəllim yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. Qeyd edək ki, iyulun 23-də keçiriləcək imtahanda 3524 namizədin iştirakı nəzərdə tutulur.

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur. İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. İmtahanın nəticələri iyulun 27-də açıqlanacaq. Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədris aparılır. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edir. Tədris ingilis dilində aparılır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Renn 1 və ADNSU) əldə edəcəklər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı