SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
13-cü Avropa Keyfiyyət Təminatı Forumunda iştirak
Avstriyanın Vyana şəhərində 13-cü Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov tədbirdə iştirak edib. “Keyfiyyət təminatının əhatə dairəsinin genişləndirilməsi” mövzusuna həsr edilmiş builki foruma dünyanın 56 ölkəsindən 522 iştirakçı qatılıb. Forumda keyfiyyət təminatı üzrə ənənəvi mövzularla yanaşı, "e-təhsil", ömürboyu təhsil kimi yeni sahələrin keyfiyyət təminatı sisteminin qiymətləndirilməsi zamanı nəzərə alınmasınin vacibliyi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Keyfiyyət Təminatı üzrə Avropa Şəbəkəsinin (ENQA) məşvərətçi üzvü olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən qurumdur. EQAF Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatı sisteminin inkişafı üzrə aktual məsələlərin və son araşdırmaların nəticələrinin müzakirə edildiyi önəmli platforma hesab olunur.
19/11/2018 11:43
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır
22-24 noyabr 2018-ci tarixlərində dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək. İmtahanın Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında (ünvan: Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub. İmtahanın keçiriləcəyi tarix və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu noyabrın 5-dən 9-dək aparılıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.
17/11/2018 14:29
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyasına start verilib
Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir. Bakı şəhəri 322 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib. Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir. Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.
17/11/2018 12:46
IV SABAH Tələbə Debat Forumu
Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində 4-cü SABAH Tələbə Debat Forumu keçirilib. Forumun əsas məqsədi SABAH tələbələrinin müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, onlar arasında intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov intellektual forumların gənclərin formalaşmasına müsbət təsir etdiyini, rəqabət qabiliyyətini artırdığını vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, intellektual oyunların keçirilməsi yolu ilə dərsdənkənar biliklər əldə etmək olduqca mühüm məsələdir. Debat yarışlarının mövzusu Nazirlər Kabinetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında tədbirlər planına uyğun olaraq seçilib. Debat müzakirələri “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında aparılıb. Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 6 universiteti təmsil edən 21 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Bank of UNEC” və “Evtanaziya” komandaları finala vəsiqə qazanıblar. Tələbələrdən Hüseyn Əliyarlı (AzMİU), Nihad Babayev (AzMİU), Nərmin Mustafayeva (AzMİU), Nazpəri Qasımzadə (ADİU), Nərminə Xanəliyeva (BDU), Nərmin Bayramova (ADİU), Əhliman Süleymanlı (ADİU), Fəxri Nağıyev (ADİU), İsmayıl Səlimov (ADİU), Hüsniyyə İdrisova (ADUİ) “Forumun ən yaxşı natiqləri” adına layiq görülüblər. Forumun builki qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC” komandası olub. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat), 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-a yaxın ixtisas və 2200-dən çox tələbəni əhatə edir. Qeyd edək ki, DVC yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. DVC-nin aparıcı proqramlarından biri olan Milli Debat Proqramının məqsədi gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılmasıdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.
16/11/2018 16:53
Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edib
Noyabrın 16-da təhsil naziri Ceyhun Bayramov Saatlı şəhərindəki Gənclər Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
16/11/2018 14:57
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçiriləcək
Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verəcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Bir həftə davam edəcək aksiyada 100 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiyada ölkənin bölgələrinin xüsusiyyətlərini nəzərə alaraq şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və başqa ağaclar əkiləcək.
16/11/2018 12:26
Təhsil Nazirliyində görüş
Noyabrın 15-də təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında 2017-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Türkiyə təqaüdləri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.
15/11/2018 19:22
İstedadlı şagirdlər üçün səviyyə müəyyənləşdirmə imtahanı
Bakı şəhərində və 15 rayonda yerləşən 48 ümumi təhsil müəssisəsində təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib. 7-ci siniflərdə riyaziyyat və informatika, 8-ci siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanların məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarətdir. İmtahanların tədris ili müddətində 4 dəfə təşkil edilməsi planlaşdırılır. Qeyd edək ki, xüsusi istedada malik uşaqların akademik potensialının inkişafı üzrə bir çox tədbirlər icra edilməkdədir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhərində və 15 rayonda yerləşən 48 məktəbdə təşkil edilən xüsusi siniflərdə 1200-dən çox şagird zənginləşdirilmiş proqram əsasında təhsillərini davam etdirirlər.
15/11/2018 17:42
Qəbələdə özəl sektorla əməkdaşlığa dair “dəyirmi masa”
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələri ilə özəl sektor nümayəndələri arasında dual sistemə bənzər peşə təhsili sahəsində əməkdaşlığa dair “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da peşə təhsili və təlimi sahəsində həyata keçirilən islahatlar, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dövlət-özəl əməkdaşlığının istiqamətləri, dual sistemə bənzər peşə təhsili üzrə beynəlxalq təcrübə, peşə təhsili müəssisələri ilə özəl sektor arasında müxtəlif əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunub, işəgötürənlərin peşə təhsili sistemində yaxından iştirakının vacibliyi qeyd edilib. Tədbirin sonunda spesifik sektorun ehtiyacına hədəflənmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə edilib. “Dəyirmi masa”da Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən və peşə təhsili müəssisələri ilə kənd təsərrüfatı, eləcə də turizm sahəsində əməkdaşlıq edən 20-ə yaxın müəssisənin nümayəndələri iştirak edib. Qeyd edək ki, “dəyirmi masa” “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dual sistemə bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində təşkil olunub.
15/11/2018 16:32
TOPs layihəsi çərçivəsində “Açıq dərs”
Noyabrın 15-də “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv ibtidai sinfində fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib. 4-cü sinifdə keçirilən açıq dərsin məqsədi müxtəlif hərəkət kompleksləri və oyunlar vasitəsi ilə şagirdlərdə komanda ruhunun inkişaf etdirilməsinə nail olmaqdır. Dərsdə şagirdlər fərdi, cütlərlə və komandalı fəaliyyətlə öz bacarıqlarını daha da inkişaf etdirməyə çalışıblar. “Açıq dərs”in gedişini təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyinin direktoru Samr Şah, tərəfdaş təşkilatların digər rəsmi nümayəndələri və valideynlər izləyiblər. Qonaqlar valideynlərlə inklüziv tədrisdə fiziki tərbiyə dərslərinin tədrisinin uşaqlara olan təsiri haqqında səmimi söhbət ediblər. “Açıq dərs” yekunlaşdıqdan sonra təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyinin direktoru Samr Şah arasında tennis üzrə yoldaşlıq oyunu keçirilib. TOPs proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir. Layihənin əsas məqsədi müasir təhsil texnologiyaları ilə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılmasına nail olmaq və şagirdlərin fiziki-psixoloji sağlamlığının qorunmasını təmin etməkdir. Layihənin digər əsas məqsədlərindən biri də fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmasına nail olmaqdan ibarətdir. TOPs metodologiyası həmçinin inklüziv tədrisi də özündə birləşdirən təlim üsullarına malikdir. Bu metodologiya üzrə həm fiziki tərbiyə, həm də ibtidai sinif müəllimləri təlimlərdə iştirak edərək şən, təhlükəsiz və hamı üçün əlçatan dərslər tədris edirlər. Belə metodologiyanın tətbiqi nəticəsində müəllimlər siniflər üzrə tədris planında nəzərdə tutulmuş təlim nəticələrinə asanlıqla nail olurlar. Fiziki tərbiyə fənninin belə tədrisi şagirdlərdə fiziki göstəriciləri artırır və fənlərarası inteqrasiyanı təmin edərək digər fənlərin də qavranılmasına müsbət təsir göstərir. Qeyd edək ki, TOPs proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından ümumilikdə 250 ümumtəhsil məktəbi cəlb olunub.
15/11/2018 15:23
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı