• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyada səfərdədir

Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir. Noyabrın 23-də nazir müavini Azərbaycan Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib. Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın yeni təyin olunmuş milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov 24-25 may 2017-ci il tarixində ADA Universitetində keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, o cümlədən Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, Azərbaycanda Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib. Görüşdə nazir müavini həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb. Görüşdə iki ölkə arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib. Daha sonra nazir müavini Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzini ziyarət edib.

Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanı izləyiblər

Noyabrın 23-də ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə imtahanların keçirildiyi Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasına mediatur təşkil olunub. Media nümayəndələri direktorların işə qəbulu üzrə imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsində 1600-dən artıq namizədin iştirakı nəzərdə tutulub. İndiyədək 757 namizəd bu mərhələdə iştirak edib. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Media nümayəndələrinə məlumat verilib ki, namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.  

Direktorların işə qəbulu üzrə imtahanlarda 757 namizəd iştirak edib

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir. İmtahan mərhələsində indiyədək 757 namizəd iştirak edib. Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir  Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni  əldə edib. Qeyd edək ki, bu mərhələdə 1600-dən artıq namizədin iştirakı nəzərdə tutulub.

Beynəlxalq rəqabətliliyin artırılması üçün

Ali təhsil sistemi yeni hədəflərə istiqamətlənir   Noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Proqrama uyğun olaraq müxtəlif qurumların üzərinə ayrı-ayrı vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə edilib. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq, xüsusi idarəetmə qrupunun formalaşdırılması nəzərdə tutulub. Həmin qrup sənədin əhatə etdiyi illər ərzində tədbirlər planının yerinə yetirilməsinə, ümumiyyətlə, proqramın idarə edilməsinə nəzarət edəcək. Növbəti aylar ərzində idarəetmə qrupunun fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb təsdiq üçün təqdim olunacaq. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin üzərinə böyük vəzifələr qoyulub və bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmək üçün qurum bütün səylərini birləşdirəcək.   Dövlət siyasətinin məntiqi davamı   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı Azərbaycanda ali təhsil müəssisələrinin rəqabətliliyinin qaldırılmasına xidmət edəcək sənəd olaraq yüksək qiymətləndirən təhsil naziri bunu ölkədə insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü hesab edir. Onun fikrincə, Dövlət Proqramı ölkəmizdə indiyədək həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bu vaxta qədər həyata keçirilən siyasətin əsasında isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və bu sənəd əsasında həyata keçirilən tədbirlər durur.   Xaricdə təhsil alanlarla bağlı məlumat bazası mövcuddur   Bəs, artıq başa çatmış ilk sənədin icra müddətində ölkə təhsil sistemi nəyə nail olub?   Rəqəmlərə əsaslansaq, 3558 Azərbaycan gənci dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində ölkə üçün prioritet istiqamətlər üzrə təhsil almaq imkanı əldə edib. Onların böyük əksəriyyəti təhsilini başa çatdıraraq ölkəyə qayıdıb və hazırda müxtəlif sahələrdə fəaliyyətini davam etdirir. Proqram üzrə xaricdə təhsil alanların hər biri ilə bağlı Təhsil Nazirliyində məlumat bazası mövcuddur və həmin bazadan istər gənclərin təhsilinin tanınmasında, nostrifikasiya prosesinin daha qısa müddətdə tamamlanmasında, istərsə də işə qəbulu üçün istifadə olunur. Belə ki, baza həmin gənclərin xaricdə təhsil almış məzunları işə götürmək istəyən müəssisə və təşkilatlara yönləndirilməsində müstəsna rol oynayır. Eyni zamanda, maraqlı qurumlarla, işəgötürənlərlə bölüşülür.   60 faizi özəl, 40 faizi isə dövlət sektorunda işləyir...   İndiyədək işə götürülmüş məzunlar barədə məlumatların toplandığı bazanın təhlili göstərir ki, onların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyətini davam etdirir. Təhsil naziri xüsusi qeyd edir ki, xaricdə təhsil proqramlarının məzunları dövlət qulluğuna qəbul üzrə müsabiqələrin test mərhələsindən azad olunub və onlar hər hansı vakansiya üzrə sadəcə müsahibə mərhələsinə qatılırlar. Bu da belə məzunlara işə qəbul zamanı verilən üstünlüklərdən biridir.   ...akademik fəaliyyətlə məşğul olurlar   Ceyhun Bayramov sevindirici fakt kimi diqqətə çatdırır ki, dünyanın ayrı-ayrı universitetlərində təhsilini başa vuraraq Azərbaycana qayıdan məzunlar əmək fəaliyyətini davam etdirməklə yanaşı, həm də akademik fəaliyyətlə məşğul olurlar. Onun sözlərinə  görə, Dövlət Proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyəti ilə ali təhsilə töhfə verir. Bu istiqamətdə ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, BDU, UNEC, Bakı Ali Neft Məktəbi xüsusilə fəaldır. 20-dən artıq gəncin isə Təhsil Nazirliyində işlə təmin olunduğunu deyən təhsil naziri hesab edir ki, rəhbərlik etdiyi qurum xaricdə təhsil üzrə proqramın nəticələrindən indiyədək səmərəli şəkildə faydalanıb.   Yeni nəsil ali məktəblər   Birinci Dövlət Proqramının icrası müddətində Azərbaycanda dünyanın inkişaf etmiş təhsil sistemləri siyahısında olan qabaqcıl ali təhsil müəssisələrinin - Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialları fəaliyyətə başlayıb. Azərbaycan ali təhsil sistemində artıq özünəməxsus yer tutan yeni nəsil ali təhsil müəssisələrinin - ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması da bu dövrün əsas hadisələrindəndir.   Yeni innovativ layihələr - SABAH   “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qürurverici daha bir nəticəsi - SABAH əhatəlilik baxımından yeni innovativ layihələr siyahısında öndə gəlir. Bu layihə üzrə 12 ali təhsil müəssisəsində müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Bir sıra innovativ yanaşmaları özündə ehtiva edən SABAH layihəsində dünyanın qabaqcıl universitetlərində istifadə olunan yanaşmalar tətbiq edilir.   İkili diplom proqramları   Əvvəlki Proqramın nəticəsi olaraq, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin aparıcı beynəlxalq universitetlərlə ikili diplom proqramlarının sayı son illərdə artıb. Ölkə iqtisadiyyatı üçün vacib istiqamətləri əhatə edən bu layihələrdən biri Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə yaradılan UFAZ-dır. Azərbaycan-Fransız Universitetində ölkə iqtisadiyyatı üçün mühüm olan 4 istiqamət - neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika mühəndisliyi  və kompüter elmləri sahəsi üzrə kadr hazırlığı həyata keçirilir. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxildir. 3 ildir fəaliyyət göstərən universitetin artıq yüksək nəticələri var. 420-yə yaxın gənc ikili diplom proqramlarında təhsilini uğurla davam etdirir. Təhsil naziri Ceyhun Bayramov deyir ki, bu sahədə nəticələrdən qarşı tərəf də razıdır və bunu böyük  məmnunluqla qeyd edirlər.   5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq   Elə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Əvvəlki proqram əsasında həyata keçirilən tədbirlərin yeni proqram üçün zəmin yaratdığını deyən təhsil naziri hesab edir ki, yenicə təsdiq edilən sənəd ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında nəzərdə tutulan hədəflərə iki istiqamət üzrə hərəkət planı cızılıb. Sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub. Təhsil naziri  Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını deyir. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiriləcək və tədris proqramları yenilənəcək.   İkili diplom proqramlarının tətbiqinin genişlənməsindən nə gözləyirik?   Təhsil naziri Ceyhun Bayramov deyir ki, ikili diplom proqramlarının tətbiqi ilə belə modulların sayı genişləndiriləcək. Hazırda beynəlxalq səviyyədə qəbul edilmiş sertifikat proqramları bəzi Azərbaycan universitetlərində nəzərə alınır. Həmin proqramları uğurla başa çatdırıb sertifikat alan tələbələrin standarta uyğun olmayan məzmunu keçməsinə ehtiyac qalmır: “Artıq bir sıra ali təhsil müəssisələrimiz bu yanaşmanı tətbiq edir. Məsələn, İT sahəsində, o cümlədən xarici dil üzrə qabaqcıl beynəlxalq şirkətlərin yaratdıqları məzmun və proqramlar var. Xarici dilin tədrisi ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən beynəlxalq qiymətləndirmə  proqramlarını keçib sertifikat əldə edənlər əvvəlcədən müəyyən olunmuş fənləri mənimsəmiş hesab edilir və bunun əsasında da onların kreditləri hesablanır”. Nazir belə hesab edir ki, bu, tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Odur ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərlərinə ikili diplom proqramlarında tədris olunan modulların həmin ali məktəbdə bu proqramların tərkib hissəsi olmayan ixtisaslarda da tətbiqini tövsiyə edəcək.   Doktorantura səviyyəsində xaricdə təhsil maliyyələşdiriləcək   İkinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək. Nazir hansı təşəbbüslərin maliyyələşdiriləcəyi ilə bağlı müəyyən məlumatlar da verib. Belə görünür ki, doktorantlar qarşısında növbəti 5 il üçün geniş imkanlar açılır. Məsələn, Azərbaycan gəncləri süni intellekt istiqaməti üzrə təhsil almaq istəsə, Təhsil Nazirliyi bunu müsbət qarşılayacaq: “Bu, hazırda bütün dünyada çox aktual mövzudur. Gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Təhsil Nazirliyi belə müraciətlərə müsbət yanaşacaq”. Bu mərhələyə qədər isə gənc doktorantların üzərinə xeyli iş düşür. Onlar araşdırma aparmalı, maraqlandıqları istiqamət üzrə təhsil proqramı haqqında məlumat toplamalıdırlar. Təhsil almaq istədikləri ali təhsil müəssisəsinin qəbul meyarlarına cavab verməli və həmin təhsil pilləsinə qəbul olunduqdan sonra dövlət proqramı vasitəsi ilə maliyyələşdirilmək üçün müraciət etməlidirlər. Yalnız bundan sonra dövlət onların təhsilinin maliyyələşməsinə baxa və yardım edə bilər.   Alimlərin qarşılıqlı əməkdaşlığı elmin inkişafına töhfə verəcək   Dövlət Proqramında Azərbaycan alimlərinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması da əksini tapıb. Nazirin fikrincə, xarici professor-müəllim heyəti ilə birgə tədqiqatların həyata keçirilməsi, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq. Xarici proqramlar üzrə cəlb edilmiş alimlər Azərbaycanda işini başa çatdırıb öz ölkələrinə qayıtdıqdan sonra belə, yaradılan bu əlaqələrin faydasını görmək mümkün olacaq: “Dünyada elm sahəsində baş verən yeniliklərdən görünür ki, alimlərin əldə etdiyi nəticələr bir deyil, bir neçə müəssisədə, hətta bir neçə ölkədə, qitədə əməkdaşlığın nəticəsidir”.   Dövlət Proqramı neçə doktorantı və hansı universitetləri əhatə edəcək?   Dövlət Proqramının verdiyi imkanlardan neçə nəfər doktorantın yararlana biləcəyi, yaxud ikili diplom proqramlarının hansı universitetlərdə tətbiq ediləcəyi də maraqlıdır. Ceyhun Bayramov qeyd edir ki, doktorantların sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. İkili diplom proqramlarının tətbiq ediləcəyi universitetlər isə hələlik müəyyənləşdirilməyib: “Sənədin qəbulundan cəmi bir neçə gün ötüb. Buna baxmayaraq, artıq Təhsil Nazirliyinə bir sıra ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Müraciətlərdən biri kənd təsərrüfatı üzrə ikili diplom proqramının təsis edilməsinə dairdir. Bu müraciətlə bağlı artıq Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlara da başlanılıb. İnformasiya Texnologiyaları sahəsi üzrə ikili diplom proqramının təsis edilməsinə dair müraciət də dəyərləndiriləcək. Təhsil sahəsi üzrə - müəllim hazırlığı, məzmun, qiymətləndirmə, psixologiya, psixoloji xidmətin təşkili, təhsilin idarəedilməsi kimi magistr proqramlarının təsis edilməsinə dair müraciətlər də var”. Bu proqramda iştiraka dair böyük motivasiya müşahidə olunduğunu vurğulayan nazir Dövlət Proqramının bir tərəfdən ali təhsil müəssisələri üçün geniş imkanlar açdığını, digər tərəfdən proqrama qoşulan təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu da qeyd edir. Belə ki, Proqrama qoşulmaq üçün təhsil müəssisələri xeyli iş görməlidirlər. Proqramların uyğunlaşdırılması, şəraitin təşkili və başqa məsələlər həll edilməli, bir sözlə, Proqramı qəbul edən müəssisənin bəlli potensialı olmalıdır.   Doktorantura təhsili üzrə seçim meyarları müəyyənləşdirilir   Təhsil naziri vəd edir: “Növbəti illərdə məhz bu Dövlət Proqramının uğurla icrası nəticəsində ilk ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərinin doktoranturasına qəbul olunmasının şahidi olacağıq. Dövlət Proqramına uyğun olaraq hər iki istiqamət üzrə müvafiq əlavə sənədlərin qəbul edilməsi, ikili diplom proqramı ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların hazırlanması, eyni zamanda doktorantura təhsili üzrə də seçim meyarları üzərində iş gedir. Qısa müddət ərzində həmin sənəd layihələri Nazirlər Kabinetinə təqdim ediləcək”. “Azərbaycan müəllimi” qəzeti

Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar davam edir

Noyabrın 22-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə başlanılıb. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edir. Namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. İmtahanlar noyabrın 23-də davam edəcək. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

İşəgötürənlərlə əməkdaşlıq genişləndirilir

Noyabrın 22-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafında işəgötürənlərlə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələri barədə geniş məlumat verib. Həmçinin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun qurulması üçün birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.  “Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resusları Direktorluğunun Biznes Tərəfdaşlıq, Karyera və İnkişaf üzrə direktoru Təyyar Mustafayev və Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyev  bir sıra peşə istiqamətləri üzrə ixtisaslı kadr hazırlığı, birgə tədris proqramlarının - kurikulumların hazırlanması və məzunların məşğulluğunun təmin olunması ilə bağlı  məsələlərdən danışıblar. Görüşdə qeyd olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi keçirilib. Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş akademik Yusif  Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.  Konfransda təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru Cəfər Cəfərov ölkədə elmin inkişafı üçün yaradılan münbit şəraitdən danışıb və konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini qeyd edib. Təhsil naziri Ceyhun Bayramov elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir ölkə Prezidentinin sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib. Bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib. Nazir bildirib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Elçin Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Tədbirdə gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər. Açılış mərasimindən sonra konfrans öz işini 15 bölmədə davam etdirib. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək. Konfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 500 tezis təqdim olunub. Konfransın materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin  dərc olunması  tövsiyə edilən  elmi nəşrlər siyahısına daxil ediləcək. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı 1991-ci ildən keçirilir. Konfransın keçirilməsində əsas məqsəd elm və təhsilin inteqrasiyası, gənc alimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və gənclərin elmi fəaliyyətə daha geniş miqyasda cəlb edilməsidir.

Təhsil naziri Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 21-də təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Peşə təhsili müəssisələri üçün Çindən gətirilmiş avadanlıqların təqdimatı

Noyabrın 22-də Abşeron Binə Peşə Liseyində Çin Xalq Respublikası Hökuməti tərəfindən həyata keçirilən “Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təqdimatı keçirilib. Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, eləcə də bir sıra peşə təhsili müəssisələrinin və işəgötürənlərin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev hazırda peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihə haqqında məlumat verən nazir müavini bildirib ki, Azərbaycan Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin sürücülərinin hazırlığını və ixtisasartırmasını həyata keçirmək üçün 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim sistemləri üzrə avadanlıqlar, iş masaları, mexanizmlər, alətlər və digər ləvazimatlar ölkəmizə gətirilərək Abşeron Binə Peşə Liseyində, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb. Daha sonra İdris İsayev peşə təhsili sahəsində göstərilən dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuaya təşəkkür edərək birgə əməkdaşlığın yüksələn xətlə inkişafına əminliyini ifadə edib. Səfir Vey Cinhua çıxış edərək son dövrlərdə Azərbaycanda müxtəlif sahələrdə, eləcə də peşə təhsili sahəsində görülən işləri yüksək dəyərləndirib, həmçinin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb. Tədbirin sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təhvil-təslim aktı imzalanıb. Tədbir iştirakçıları texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqlarla tanış olublar.

Təhsil Nazirliyində mətbuat konfransı

Noyabrın 21-də Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramının “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir qeyd edib ki, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.    Qeyd olunub ki, Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.      Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu  ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək. Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı