SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbli ixtiraçılar
“Sabahın alimləri” müsabiqəsinin iddialı qalibləri Sabahın alimləri. İndi onlar universitetlərlə yanaşı, həm də ümumi orta təhsil müəssisələrində yetişir. Hər biri bir ixtiraçıdır. Hər kəsin böyük ümidlərlə baxdığı, hamının böyük nəticələr gözlədiyi məktəbli alimlər. Bu həftə “Sabahın alimləri” müsabiqəsinin finalı oldu. Ölkəmizin 14 şəhər və rayonundan olan 369 şagirdin 225 layihə ilə qatıldığı müsabiqənin finalında 311 şagird 187 elmi layihə ilə təmsil olunurdu. Layihələrdən 63-ü fərdi, 124-ü kollektiv işin nəticəsi idi. Müxtəlif nominasiyalar üzrə olan layihələrin arasında bu il mühəndislik kateqoriyası üzrə olanlar üstünlük təşkil edirdi. Hər bir layihədə məktəbli dəst-xətti hiss olunurdu. Onlar öz beyninin məhsulunu təqdim edir, gözlərində həyəcanla bildiriləcək rəyləri, hər kəsdən xoş söz eşitməyi gözləyirdilər. Şagirdlər stendinin qarşısında ixtiraları barədə danışmaq üçün əllərinə düşən bütün fürsətləri dəyərləndirir, qonaqlar hər ixtiraçını maraq dolu baxışlarla dinləyirdi. Fevralın 12-də təntənəli açılış mərasimi olan müsabiqə 2 gün davam etdi. Düz 2 gün idi ki, məktəblərin çoxunun ürəyi Azərbaycan Texniki Universitetinin idman zalında döyünürdü. Bu həyəcan dünən “Nizami” Kino Mərkəzində kuliminasiya nöqtəsinə çatdı. Öz layihəsinə güvənən, onu dünyaya çatdırmaq istəyən ölkə məktəblilərinin gərginliyi gözlərindən, səslərinin titrəməyindən aydın hiss olunurdu. Beləliklə, bu il Münsiflər Heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib oldu. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olundu. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir. Xatırladaq ki, layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilir. Amerikada Azərbaycanı təmsil et VIII dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəltdi. Ona görə də müsabiqədə iştirak şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərir. Bu iştirak sadəcə qalib olmaq deyil, həm də Amerikada Azərbaycanı təmsil etmək haqqı qazanmaqdır. Göründüyü kimi, müsabiqənin qazandırdığı etimad çox böyükdür. Azərbaycanı Amerikada öz ixtirası ilə təmsil etmək haqqı isə həmin ölkədə müxtəlif sahələrdə ixtisaslaşan görkəmli alimlərlə ünsiyyətdə olmaq, Nobel mükafatı laureatları ilə tanışlıq imkanıdır. Hiss olunur ki, bu imkanın həyəcanı artıq birincilik qazanan, döşünə qızıl medal taxan məktəblilərə sevincini tam yaşamağa imkan vermir. Çünki birincilik medalından sonra Amerika xəyalını gerçəkləşdirmək gəlir. Xatırladaq ki, ən yaxşı layihələrin qalibləri Amerika Birləşmiş Ştatlarında hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edirlər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar. Bu dəfə də, yəni may ayında Arizona ştatının Finiks şəhərində keçiriləcək sərgidə də Azərbaycan təmsil ediləcək. Nəhayət, dünən bütün mükafatçılar elan olunduqdan sonra ölkəmizi təmsil edəcək 6 layihə üzrə 8 şagirdin adı açıqlandı. Siyahıda mühəndislik istiqaməti üzrə Bakı şəhəri 283 nömrəli tam orta məktəbi və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyi təmsil edən Reyhan Camalova və Zəhra Qasımzadə, kompüter elmləri istiqaməti üzrə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydən Ruslan Bayramov, riyaziyyat istiqaməti üzrə Bakı Avropa liseyi və Bakı Avropa məktəbindən Rüstəm Abdullayev və Zamin Hüseynli, biologiya istiqaməti üzrə Bakı şəhəri 177 nömrəli tam orta məktəbin və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Vaqif Məmmədzadə və Seyidcan Nurullayeva, fizika və astronomiya istiqaməti üzrə Bakı şəhəri 6 nömrəli tam orta məktəbi təmsil edən Nigar Baxşəliyevanın adı var. Qızıl medallı “Sabahın alimləri” Riyaziyyat istiqaməti üzrə Rüstəm Abdullayev və Zamin Hüseynli riyazi teoremlərin isbatını daha asanlaşdıran və sürətləndirən kompüter proqramları təklif edirlər. Bu proqramı gələcəkdə digər fənlərlə də əlaqələndirib yeni isbat alqoritmləri əlavə etməyi düşünürlər. Rüstəm deyir ki, Amerikaya gedəcəkləri üçün çox həyəcanlıdırlar: “Layihəmizin layiqli bir iş olduğuna inanırdıq. Təbii ki, Amerikaya getməyin xəyalını da qurmağa başlamışdıq. Ancaq bu qədər əmin deyildik və siyahıda adımız çıxana qədər çox böyük həyəcan keçirdik”. Zamin Amerika səfərinə ideyalarını dünyaya çatdırmaq üçün bir vasitə kimi baxır: “Layihəmizi, fikirlərimi yaşıdlarıma, daha ağıllı insanlara çatdıracağam. Yeni dostlar, tanışlıqlar qazanacağam. Bu, öz üzərimdə işləməyim, inkişaf etməyim üçün böyük qazanc olacaq”. 283 nömrəli məktəbin X sinif şagirdi Reyhan Camalova və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdi Zəhra Qasımzadənin adını “Sabahın alimləri” cərgəsində eşitmək heç təəccüblü deyil. Yağış suyundan enerji istehsal edən ixtiraçılar yağış suyundan potensial enerji kimi istifadə etməyin yolunu tapıblar. Nəticədə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Bu layihə yağışlı ölkələrin ucqar bölgələrində yaşayan insanların enerjiyə əlçatanlığını artırır. Layihə ilə öz adlarını nəinki Azərbaycanda, bütün dünyada tanıtdıran ölkə məktəbliləri bu son uğuruna da biganə yanaşmır, əksinə, daha çox sevinirlər. Xatırladaq ki, “Sabahın alimləri” müsabiqəsində xüsusi təqdimatla çıxış edən məktəblilərimiz bu yarışda da fərqlənməyi bacarıblar. “Sabahın alimləri”ndə ilk dəfə iştirak edirdik. Bu müsabiqə bizim üçün tamamilə fərqli arena idi. Çünki indiyədək layihəmizi daha çox biznes yönümlü yarışmalarda təqdim etmişik. Bu dəfə isə elmi yönümlü bir yarışa qatıldıq və bu, bizim üçün tamamilə fərqli təcrübə idi”, - deyən R.Camalova eyni səviyyəli, düşüncəli, dünyagörüşlü uşaqlarla tanışlıq və dostluq qurmalarının bu müsabiqənin onlar üçün yaratdığı çox böyük qazanc olduğu qənaətindədir: “Münsiflər heyətinin layihə ilə bağlı verdiyi məsləhətlər isə gələcəkdə layihəmizi inkişaf etdirməkdə, o cümlədən başqa layihələr işləyərkən işimizə yarayacaq. Məncə, bu, çox önəmli faktordur”. Qələbələrinə sevinmələrinin isə çox səbəbi var: “Doğrudur, layihəmizin uğurları çoxdur. “Qlobal Sahibkarlıq Sammiti 2017”-də böyük marağa səbəb olub. Ancaq bizə xoşdur ki, bu layihə ilə “Sabahın alimləri” müsabiqəsində də qalib olduq. Adımız açıqlananda az qala ürəyimiz yerindən çıxacaqdı. Vətənimizin diqqətini hiss etmək bizim üçün daha böyük sevinc idi. Təbii ki, ona görə də sevinirik ki, doğma Azərbaycanımızı “İntel İSEF”-də təmsil etmək bizə nəsib oldu. Amerikada da uğurlu nəticələrimiz olacağına inanırıq”. Amerikaya qədər isə onlar layihələrini təkmilləşdirməyi düşünürlər: “Prototip üzərində işləyəcəyik. Slayd, çıxışımız üzərində işləyəcək, daha mükəmməl olmasına çalışacağıq”. Müsabiqənin finalındasınızsa... “Bu müsabiqənin finalındasınızsa, deməli, layihələriniz orijinallığı, özünəməxsusluğu, yaradıcılığı ilə seçilir”, - deyərkən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə balaca ixtiraçıların ondan gözlədiyi xoş sözü söyləməyə çalışmırdı, iki gün əvvəl stendlərdə gördüyü ixtiralara real qiymət verirdi: “İnanıram ki, bu iştirak sizin üçün xoş bir xatirə kimi qalmayacaq, həm də elmə olan marağınızı inkişaf etdirəcək, sabahın alimləri sırasında olacaqsınız!” M.Vəliyevanın fikrincə, “Sabahın alimləri”ndən biri olmaq həm də ölkə məktəblilərinin müasir dünyanın əsas çağırışlarından xəbərdar olması deməkdir: “Təşəbbüskar, yaradıcı-innovativ olmaq, fərqlənmək, seçilmək, komanda işində uğur qazanmağa çalışmaq, fikirlərini paylaşmağı, başqalarının fikrini qəbul etməyi bacarmaq kimi keyfiyyətləri özündə formalaşdırmaq müasir çağırışlardır. Müsabiqədə nailiyyətiniz sizin bu çağırışlara cavab verdiyinizin göstəricisidir”. Təhsil nazirinin müavini gənclərin potensialından düzgün istifadə edilməsi və onun düzgün istiqamətləndirilməsinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu da dedi: “Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dilləri öyrənməsi üçün imkanlar genişləndirilir. Bacarıqların inkişaf etdirilməsi müasir dünyanın tələblərindən biridir. Təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Ona görə də şagirdlərdə düzgün qərar vermək, tədqiqat aparmaq kimi bacarıqların formalaşdırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu məqsədə nail olmaq üçün bugünkü imkanlardan maksimum yararlanmağımız gələcək üçün qarşınızda daha böyük imkanlar açılmasına gətirib çıxarır”. Azərbaycan gənclərinin təhsil və elm sahəsində inkişafına yönələn dövlət proqramlarını xatırladan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğu qənaətindədir: “Əminəm ki, dövlətin həyata keçirdiyi bu işlərin nəticəsi olaraq gənclərimiz onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar”. Məktəblilərin həyatının ən önəmli müsabiqələrindən biri Müsabiqənin keçirildiyi ilk illərdən təşkilati dəstəyini əsirgəməyən Gənclər və İdman Nazirliyi bu ənənəni davam etdirmək niyyətindədir. “Sabahın alimləri”nin uğurları artdıqca, dəstək verənlərin ümidləri də artır. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev əminliklə hesab edir ki, “Sabahın alimləri” müsabiqəsi iştirakçı məktəblilərin həyatının ən önəmli müsabiqələrindən biridir. Nazir müavini təmsil etdiyi qurumun bu müsabiqə iştirakçılarının daim yanında olduğunu bildirərək istək və arzularını reallaşdırmaq üçün lazım olan dəstəyi göstərməyə hazır olduqlarını deyir. Elmlə ən istedadlılar məşğul ola bilirlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev hesab edir ki, “Sabahın alimləri” şagirdlərin elmi inkişafında ən uğurlu layihələrdən biridir. O, 2017-ci ildən bu yana ölkə məktəblilərinin beynəlxalq bilik və elm yarışlarında qazandığı uğurlara diqqət çəkərək deyir: “Elm və təhsil qoşa qanaddır. Elmi seçən şagirdlərə biz çox böyük ümidlər bəsləyirik. Müasir dövr çox fərqlənir. Bu dövrdə elm çox sürətlə inkişaf edir. Elmlə məşğul olmaq asan məsələ deyil. Ona görə də hər kəs elmlə məşğul ola bilmir. Elmlə ən istedadlılar, yüksək intellektli insanlar məşğul ola bilirlər”. Bunlar nəzərə alınaraq bu müsabiqənin iştirakçıları arasında Azərbaycanın adını elm sahəsində yüksəldəcək alimlər yetişəcəyinə ümid edilir. “Müasir texnologiyaların istifadəçisi deyil, yaradıcısına çevrilin” Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev hesab edir ki, IV sənaye inqilabı dövründə yaşadığımızdan, dövrün tələbləri ilə ayaqlaşmaq üçün istedadlı alimlərə, yenilikçi kadrlara ehtiyac var. “Sabahın alimləri” məhz bu tələblərə hazırlığın tərkib hissəsidir. Müsabiqə iştirakçılarına “Müasir texnologiyaların istifadəçisi deyil, yaradıcısına çevriləsiniz”, - deməklə şagirdlərin boynuna böyük məsuliyyət qoydu: “Hələlik isə bu və bu kimi müsabiqələrdə fəallıq göstərmək, uğurlar qazanmaq əsas hədəf olmalıdır. Müsabiqələrdə iştirak edib beynəlxalq əhəmiyyətli yarışlarda özünüzü və ölkəmizi tanıtdırmağınızı, əldə etdiyiniz nailiyyətlərə sevinib və bizi sevindirməyinizi arzulayıram”. Göstərilən qayğı bundan sonra daha mütəşəkkil formada davam edəcək Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva son 15 il ərzində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrə diqqət çəkir. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək proqramları çərçivəsində Azərbaycanda 1 milyondan çox uşağa qayğı göstərilib. Göstərilən qayğı bundan sonra daha mütəşəkkil formada davam edəcək. “Sabahın alimləri” müsabiqəsinin yeni dəstəkçiləri 7 ildir ki, iştirakçısı artmaqda olan “Sabahın alimləri” müsabiqəsinin ərsəyə gətirdiyi məktəbli ixtiraçıların sayı ildən-ilə artır. Maraqlısı odur ki, ixtiraçı iştirakçıların sayı artdıqca, onların uğuruna sevinənlərin, onlara dəstək vermək istəyənlərin də sayı artır. Qalib məktəblilərin uğuruna sevinənlər müsabiqəyə dəstək verən qurumların sayında da özünü göstərir. Bu siyahıda adı ilk dəfə səslənən BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı təmsil etdiyi şirkətin təhsilə verdiyi dəstəklə möhkəmləndiyini söyləyir. Onun sözlərinə görə, təhsilə dəstək BP şirkətinin sərmayə qoyduğu sahələrdən biridir: “Məhz təhsilə dəstək bizə imkan verir ki, bu ölkədə uzun müddət fəaliyyət göstərə bilək. İndi universitet tələbəsi olan oğlan və qızlar sabah BP-nin işçisi ola bilər. BP-nin Azərbaycanda tətbiq etdiyi texnologiyaları işlədən hər hansı mütəxəssis isə dünyada ən yaxşı mütəxəssis hesab olunur. Ona görə də BP təhsilə dəstəkdə maraqlıdır. Dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirməyə bundan sonra da davam edəcəyik”. Tamam Bayatlı “Sabahın alimləri” müsabiqəsinin onların məmnuniyyətlə dəstək verdiyi müsabiqələrdən olduğunu bildirib: “Çünki aranızda BP-nin işçisi ola biləcək innovativ fikirli, yeni texnologiyalarla işləyə bilən, qabaqcıl gənc ola bilər. Digər tərəfdən isə elə alim, ixtiraçı ola bilərsiniz ki, ixtiranız Azərbaycan iqtisadiyyatının sütunu hesab olunan neft və qaz sənayesində tətbiq olunaraq bu sənayeni inkişaf etdirər. Biz də bir şirkət olaraq bu ixtiradan faydalana bilərik”. Azərbaycan təhsilində keyfiyyət yüksəlişinə diqqət çəkən T.Bayatlı belə bir müqayisə aparıb: “Bir faktı qeyd edim ki, BP Azərbaycana gəldiyi ilk illərdə Azərbaycan ali məktəblərinin məzunları arasından işçi götürə bilmirdi. Yerli universitetlərin məzunları dünya səviyyəsində olan texnologiyaları işlədə bilmirdilər. Ona görə də məcbur olub Avropada təhsil almış gəncləri işə götürürdük. Artıq vəziyyət dəyişib. Son bir neçə ildə işə götürülənlər əsasən Bakıdakı ali məktəblərin - Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, UNEC və başqa universitetlərin məzunlarıdır. Kifayət qədər gərgin və yüksək səviyyədə keçirilən müsabiqələrimizdə elə Avropa, Türkiyə universiteti məzunları ilə eyni səviyyədə nəticələr göstərir, hətta onlardan daha yüksək göstəricilərlə şirkətimizə işə girirlər. Əminik ki, aranızdan məhz belə mütəxəssislər çıxacaq”. Onlar nailiyyətlərini davam etdirirlər Məlumat üçün qeyd edək ki, keçirildiyi 7 il ərzində “Sabahın alimləri” müsabiqəsində 1187 şagird iştirak edib. Həmin şagirdlər təhsildə müxtəlif uğurlara imza atmağa davam ediblər. Məsələn, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olublar. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər. Bu da o deməkdir ki, “Sabahın alimləri”nə qatılıb uğur qazananlar sadəcə ixtiraçılığa, elmi araşdırmalara həvəsli deyillər, həm də müvafiq elmi-nəzəri biliklərə yiyələnirlər. “Azərbaycan müəllimi” qəzeti
15/02/2019 17:58
Bakı Dövlət Universitetində doktorantlarla görüş
Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb. Görüşdə Firudin Qurbanov son illər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və uğurlu layihələr barədə məlumat verib. Firudin Qurbanov bu il 100 illiyi qeyd ediləcək Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verdiyini, həmçinin yüksək ixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu nəzərə çatdırıb. Daha sonra Firudin Qurbanov qeyd edib ki, dissertasiya mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktuallığı, onun ədəbiyyatda əksi, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınmalıdır. Həmçinin еlm və təhsilin qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişafını təmin edən prioritet istiqamətlər diqqətdə saxlanılmalıdır. Azərbaycan alimlərinə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən Firudin Qurbanov dünya elminə inteqrasiya məqsədilə dövlət başçısının 2018-ci il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görüləcək məsələlərdən danışıb. Tədbirdə doktorantlara lazımi məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
15/02/2019 17:14
Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı üçüncü komponenti çərçivəsində Azərbaycana səfər edən ekspert qrupuna Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktor müavini Yolanta Silka daxildir. Missiyanın məqsədi Akkreditasiya və Nostrifikasiya İdarəsinin, eləcə də ali təhsil müəssisələrinin akkreditasiya sahəsində potensialının artırılmasına dair seminarların keçirilməsi və əvvəlki missiyalar çərçivəsində Tvinninq ekspertləri tərəfindən proqram akkreditasiyası üzrə hazırlanmış meyar və göstəriciləri ali təhsil müəssisələrinin nümayəndələri ilə müzakirə etməkdir. Missiya çərçivəsində layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan universitetlərin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri üçün proqram akkreditasiyası mövzusunda seminarlar keçirilib və bu sahədə Avropa təcrübəsi seminar iştirakçılarının diqqətinə çatdırılıb. Seminarlar zamanı layihənin ekspertləri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları tərəfindən birgə işlənib hazırlanmış “Proqram akkreditasiyası üzrə meyarlar və göstəricilər” adlı sənəd layihəsi universitet nümayəndələri ilə müzakirə edilib. Seminarlarda 5 pilot universitetdən ümumilikdə 60-dan çox nümayəndə iştirak edib. Missiya zamanı ekspertlər tərəfindən ali təhsil müəssisələri üçün “Təlim nəticələrinin yazılması üzrə təlimatlar” adlı sənəd də işlənib hazırlanıb.
15/02/2019 16:40
Xaricdə təhsil ilə bağlı suallar canlı yayımda cavablandırılır
Cəsarət Valehovun təqdimatında “Həftənin sualı” verilişi canlı yayımdadır. Verilişin qonağı Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədlidir.
15/02/2019 15:48
Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur
Fevralın 15-də Bakı şəhəri 162 nömrəli tam orta məktəbə mediatur keçirilib. Mediaturun məqsədi məktəblərdə keçirilən təhsil robotları məşğələləri haqqında media nümayəndələrini məlumatlandırmaq olub. Mediaturda bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Təhsil robotları ilə təmin olunan məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunub. İnformatika, fizika, riyaziyyat və ibtidai sinif müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edib, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələniblər. Qeyd olunub ki, təcrübəyə əsasən robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir. Şagirdlərin konstruktorlar ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bu cür dərslərdə şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər. Elm və texnologiyalara olan marağı artırmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. Cari ildə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışına start verilib. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Hər il dünyanın 98 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda uğurla təmsil edib. Qeyd edək ki, cari ildə FLL mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci ilin oktyabrın 22-dən başlayıb və noyabrın 15-dək davam edib. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin aprel ayının 6-da baş tutacağı planlaşdırılır.
15/02/2019 15:05
2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramı
YUNESKO Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramını elan edib. Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və çin dilləridiir. Təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb. Prooqrama müraciət etmək istəyən Azərbaycan vətəndaşları cari ilin martın 1-dək Təhsil Nazirliyinin elektron ərziə sistemini və www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidirlər. Təqaüd proqramının müddəti 1 ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər. Təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün 3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci, əlavə aylıq təqaüd (80 $) isə YUNESKO tərəfindən qarşılanacaq. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
15/02/2019 14:53
Təhsil Nazirliyində mətbuat konfransı
Fevralın 15-də təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirib. Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb. Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlərin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir təqaüd sisteminin təkmilləşdirilməsinin ölkə Prezidentinin təhsilə qayğısının bariz nümunəsi olduğunu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Mətbuat konfransında məlumat verilib ki, ölkə Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artacaq. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq. 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
15/02/2019 12:45
Təhsil Nazirliyində mətbuat konfransı
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirilir.
15/02/2019 11:31
“Bizim müəllim”
Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsi bu dəfə Lənkəran şəhəri 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həyat Fərzullayevanı təqdim edir. “Şagirdlərim mənim dünyamdır” - deyən Həyat Fərzullayeva müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplayıb.
15/02/2019 11:19
Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Günün nəbzi” verilişinin qonağı olub.
Təhsil naziri Ceyhun Bayramov verilişdə ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarını ətraflı şərh edib. Nazir qeyd edib ki, təqaüdlərin məbləğinin davamlı olaraq artırılması ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
15/02/2019 09:37
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı